Türk mətbəxindən – Pide

image

Lazım olan ərzaqlar:

Xəmir üçün:

Süd – 2 stəkan
Yumurta – 1 ədəd
Duru yağ – 0,5 stəkan
Maya – 1 desert qaşığı
Şəkər tozu – 1,5 xörək qaşığı
Duz – 1 çay qaşığı
Aparana qədər un

İçlik üçün:

Mal əti – 500 qram
Quyruq – 2 tikə
Baş soğan – 2 ədəd
Acı bibər – 2 ədəd
Bibərli pomidor pastası – 2 xörək qaşığı
Kərə yağı – 2 xörək qaşığı
Duz, istiot, pul bibər, sarıkök – zövqə görə

Süfrəyə təqdim etmək üçün:

Cəfəri
Limon
Ayran

Hazırlanması:

Xəmir üçün lazım olan ərzaqları qarışdırıb yumşaq xəmir yoğururuq. 1,5 – 2 saatlıq acımağa qoyuruq. Bu arada içliyi hazırlayırıq. Ərzaqları ətçəkən maşının ən xırda gözündən keçiririk. Bişməyə qoyuruq, bişənə yaxın ədviyyatları əlavə edib soyumağa qoyuruq.
Xəmir acıdıqdan sonra sobanı yandırırıq ki, qızsın. Sonra bişirəcəyimiz qənnadı təbəqəsinə kalka kağız səririk. Xəmirdən əl içi boyda qoparıb kağızın üstündə yayırıq. Ortasına içlik qoyub pide forması veririk, bir tərəfdən uclarını birləşdirib qıraqlarını içliyə doğru çevirərək digər uca çatırıq. İçlik qoyulmuş halda 15 dəqiqə saxlayıb üzərinə yumurta çəkirik və bişməyə qoyuruq. Süfrəyə təqdim etdikdə üzərinə doğranmış cəfəri və limon suyu əlavə edilir. Nuş olsun☺️

Advertisements

03/03/2017 tarixində Mətbəximiz içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 5 Şərh.

  1. Bu gün əslində məndən müsahibə gözləyirdiniz, dəyərli dostlarım, elədirmi? Üzürlü sayın, bəzi səbəblərdən bu həftəki müsahibə təxirə düşdü. İnşAllah növbəti həftə 🙋🏻

    Bəyən

    • Sağlıq olsun təki.
      Pide isə çox gözəldir, çox dadlıdır, adama “Nə durmusan mən ye də” deyir 🙂 Allah süfrənizə bərəkət versin, yeyənlərə nuş olsun. Sizin də bişirən əlləriniz heç yorulmasın. Qarşıdakı günlərdə mən də bir cəhd edərəm, inşəAllah ki bu dəfə bəyənərlər.

      tərəfindən bəyənildi 1 şəxs

  2. Merhaba 🙂
    Pideyi çok çok severiz ve çok lezzetlidir.Peki lahmacun biliyor musun? En kolay tarifi yazdım. İstersen benim sayfamda ki bu linke tıklayıp bakabilirsin 🙂 https://keyfiyazilarim.com/2015/05/24/pratik-kolay-lahmacun-tarifi-lavasla-lahmacun-tarifi/

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: