Sevməyi bacarmayan qadına “eşq” dedik…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 7-ci yazı)

image

Həftənin cümə günündə yenə də xoş gördük sizləri, əziz dostlar! Hərdən özümü danlayıram ki, bu boyda məsulliyyətli işin altına nahaq girdim. Vaxt qıtlığından məndən inciyən, mesajlarına gec cavab yazdıqlarım, bəzən günlərlə səhifələrini ziyarət edə bilmədiyim dostlar olur deyə. Amma maraqlı, “tanıtmağa dəyərmiş” dediyim insanların yazısını görəndə, deyirəm, çox güman mənim anlayışlı dostlarım da məni başa düşərlər. Bu gün sizə çox maraqla oxuyacağınız və tanıdığınıza şad olduğunuz birini tanıdacam. Mənim çox dəyərli oxucularım, əgər razı olmadığınız məqamlar, fikirlər varsa, mütləq müsahibimə sualınızı və iradınızı bildirin.

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq?   

– Mən, Xəlilzadə Namiq. 33 yaşım var, subayam. Kimisinə görə yaxşıyam, kimisinə görə pis. Kimisinə görə gülər uz, kimisinə bəd xasiyyət. Amma insanına görə insanam. Çoxluğumda başqası, təkliyimdə özüməm. Özümə ittihamçı, özgəsinə vəkiləm. Kimsənin danışmadığı bir dil kimiyəm, kimsənin inanmadığı bir dəli, yazarının bilə oxumadığı bir kitab, heç çalınmayan bir musiqi, heç soruşulmayan bir sual kimiyəm. İnsanlar içində varam amma yox kimiyəm. Dolmuş bulud kimiyəm. Nə yağış olub yer üzünə tökülmədim, nə parçalanıb göy üzünə düzülmədim. Amma həmişə ətrafıma yağışdan sonra qalan paklığı, saflığı bəxş etdim. Çünki həyatı sevdim. Közərən ocaq kimiyəm. Nə atəş olub alovlanmadım. Nə də əriyib kül olmadım. Amma mən həmişə ərtafımdakı insanları isitdim. Çünki insanlığı sevdim.
Bogulan biri kimiyəm. Nə ürəkli hava aldım. Nə öləcək qədər havasız qaldım. Amma mən ətrafımdakılara bir rahatlıq bəxş etdim. Çünki yaşamağı sevdim. Ürəyini boşaltmaq istəyən biri kimiyəm. Nə ürəkdən gülə bilmədim, nə də dost-düşmən görməsin deyə hönkürtü vurub ağlaya bilmədim. Amma mənim qəlbim qan ağlasa da üzüm güldü həmişə. Çünki çəkdiyim mənimdir düşündüm. Heç kimsəni üzməyə haqqım yoxdur. Əzizlərimi doğmalarımı, dostlarımı üzüb, düşmənimi sevindirməmək üçün. Sevgisiylə qanadlanan biri kimiyəm. Sevgini hər zaman uca tutdum. Yerlərdə süründürmədim. Sevdiyimdən çox da sevilirəm. Amma mən öz sevgimi xəyallarımda qorudum. Sevgi mənim üçün toxunulmazdır, çünki ürəkdən sevirəm.
2. Caminin belə bir gözəl fikri var: Ömür səhifəsinə gözəl əməllərdən başqa heç nə yazmayın…gözəl əməllər deyəndə siz nələri düşünürsünüz, hansı əməllərdir bunlar?

– Bəziyə bu geniş dünyası dardır
Əməli sadəcə sözdür, şüardır.
Çoxunun yalandan tüstüsü vardır.
Mənim yananlara yazığım gəlir..

Həm hədəf, həm iş, həm də vasitə gözəl olmalıdır. Mənə görə də ağılla düşünüb vicdanla qərar verdiyin hər əməl doğru əməldir. Yetər ki, orda nəfsin payı olmasın. Atalarımız yaxşı deyib: “Ağac meyvəsi, insan əməlləri ilə tanınar”. Həyat bizlərə bir dəfə verilir. Mən həmişə də bunu düşünmüşəm ki, həyatın sirri yaşamaqda deyil, nə üçün yaşamaqdadır. İnsan daim öz-özünə sual verməlidir. Mən nə üçün və kimin üçün yaşayıram? Biz çox da yaşayarıq, az da yaşayarıq. Uzun ömür, ya uzun həyat zəngin yaşanmış həyatdır. Yasadığımız ömrü vaxt ilə deyil, əməllərlə ölçmək lazımdır. İnsan üçün ən yaxşı həyat gözəl mənalı və gözəl əməllə yaşanmış həyatdır. Həyatı illərin sayı ilə deyil, fəaliyyətlə ölçmək lazımdır.

Qabaqdan qalana dikmə gözünü
Qazan, comərd göstər daim özünü.
Qoy səni doyursun çəkdiyin əmək
Sənə öz hünərin eyləsin kömək.

İnsan dediyin öz işi, əməli ilə tanınar. Zəhmət çəkməyən, alın təri axıtmayan, kiminsə hesabına yaşamağa göz dikən insan heç vaxt yaxşı yaşaya bilməz. İnsan hər şeyə qadirdir. insanın əlindən heç bir iş qurtara bilməz. İnsan yaşamaq üçün qurmalı, yaratmalı və mübarizə aparmalıdır. İnsan yalnız halal əməyi, işgüzar fəaliyyəti ilə həqiqi ucalığa, şirin səadətə çata bilər. Həyatda elə insanlar var ki, bütün ömrü boyu var-dövlət qazanmağa çalışır, özünü oda-közə vurub xəzinə toplayır. Millətinə, vətəninə, əzizlərinə xatırlanacaq, yadda qalacaq heç bir şey etmir. Belə insanların ölən günü də yaddan çıxır. İnsan gərək elə gözəl işlər görsün, elə gözəl əməl sahibi olsun ki, həmişə adı dillərdə hörmətlə çəkilsin. Öz işi, əməli ilə tanınan insanlar çoxdur. Mən ancaq H.Z.Tağıyevin adını yazacam. Onun xeyirxah işi, əməli çoxdur. Onun tikdirdiyi gözəl arxitekturalı binalar indi də Bakının yaraşığıdır. H.Z.Tağıyev xalqımızın fəxri, örnəyidir. Xalqımız heç vaxt onu və onun xidmətlərini unutmayacaq. Hər bir insan həyatda öz nəcib işi, əməli, mənalı həyatı ilə tanınır və özündən sonra bir iz qoyur. Siz də bu işinizlə gözəl əməl sahibisiniz. Alqışa layiq həyat yolunuz var.
3. Bir adam sənin ona ehtiyacın olduğunu söyləmədən hiss edirsə, o adam doğru adamdır. -Həyatınızda doğru insanlar çoxdur, yoxsa yanlışlar?
– Bəzən həyatımızda olan bir insan bizi hərdən çətin seçimlər qarşısında qoyur. Hansı ki, o seçim bir anda həyatımızın bütün istiqamətini dəyişir. Hərdən bu seçimləri etmək də özü böyük bir cəsarət tələb edir. Çünki o seçim bizim həyatımızın bütün istiqamətini dəyişə bilər. Çox düşünmək lazım gəlir hərdən, lakin hərdən də bir anın, bir saniyənin içində seçimimizi edib həyatımızın istiqamətini dəyişirik. Nə qədər doğru və ya səhv edirik, yəni nəticəsini isə zaman göstərir bizə. Amma bir həqiqət olur ki seçimimizi geri döndərə bilmirik. Necə ki zamanı geriyə qaytarmaq kimi bir imkanımız olmursa, etdiyimiz seçimi də geriyə qaytarıb dəyişmək şansımız olmur. Amma həyatımda olan yanlış insanlar, deyərdim mənim həyat təcrubələrimi artırıb. Ən əsas yaxşı insanların qədrini bilməkdə. Çalışıram hər zaman qurunun oduna yaşı yandırmayım. Bir-birini dəli kimi sevənə də insan deyirlər, bir-birini it kimi çəkib yeyənə də. Dünyasını yenidən qurana da insan deyirlər, o dünyanı yıxıb yerlə bir edənə də. Ən böyük acını çəkənə də insan deyirlər, o acını verib yaşadana da. Sabahlara min ümidlə baxana da insan deyirlər, o ümidi min dəfə məhv edənə də. Bir insanın əlindən tutana da insan deyirlər, o insanın ayağından çəkənə də. Bir sevgi uğruna yaşayana da insan deyirlər, o sevgini içində boğmağa cəhd edənə də. “Bütün insanları sevirəm” deyə hayqırana, əməliylə bunu sübut edənə də insan deyirlər, çəkinmədən, düşünmədən insanlığın qəlbinə min acını sıxana da. Öz həyatını sevdiklərinə qurban verənə də insan deyirlər, özünə min qurban seçənə də. Xoşbəxtliyi insanlığa olan sevgidə, diqqətdə, dəyərdə, nəvazişdə görənə də insan deyirlər, soyuducuda ətin, cibdə pulun çox olmağında görənə də…
4. Üç şey: atılmış ox, deyilmiş söz və keçmiş günlər heç vaxt qayıtmır. Geri qaytarmaq istədiyiniz nələrsə varmı?
– Hər bir insanın həyatında özünə məxsus yaraları və itirdikləri var. Hamımız itirə-itirə gedirik, kimi valideyinlərini, kimi övladını, kimi sevdiklərini, kimi qardaşını, kimi bacısını bunları yığıb bir yerə toplasaq nə qədər acılarımız olar.
Həyatımızda gözəl olan çox şeyi itirdik… Uşaq vaxtı həyətdə oynadığımız oyunları, vəfalı qonşularımızı və hər zaman yaramıza məlhəm olan köhnə insanları. Bir zaman gələcək ki, düşünəcəyik bu günləri, necə qayğısız günlər imiş bu günlər…Dönmək üçün qazandığımızı qurban verməyə hazır olacayıq, amma mümkün deyil geri dönmək. Biz sanki hər günün qeyri-adi bir gün olduğunu dərk etmədən, laqeyidcəsinə keçib gedirik bu həyatdan. Halbuki insan başdan-başa özü həyatdır və həyatda yerini doldurmaq mümkün olmayan yeganə şey ölümdür. İtirə-itirə gedirik yanımızda olanlara vaxt belə ayırmırıq, amma gerək yanımızda olanları qoruyaq. Yaşadığı hər nə olur olsun sükr etməyi bacarmalıdır insan. Çətinə düşdüyündə varlığına sığınıb kömək dilədiyi kimi əldə edib sahib olduqlarına da şükr etməlidir. İtirəcəyinin qorxusunu yaşamaq yerinə, gücünün çatdığı qədərinin paylaşması rahatlığını yaşamaq gərək. Duyğular belə zamanında paylaşılmalı. Deyilən hər kəlmənin öz vaxtında deyilməsi sevincin bir addım sənə tez çatması və sənin “heyif ki”,”kaş ki” ilə başlayıb, ”ah”çəkərək bitirdiyin bir cümlənin olmaması deməkdir.

Hərə bir şey itirir.
Kimsə pulun, kimsə nüfüzün,
Bir başqası doğmasın,
Digəri ağlın, yolun.
Amma heç kim,
Xasiyyətin itirmir.
Kimsə onu borc vermir,
Kimsə onu özgələrdən götürmür.
İnsan qəlbən dəyişilmir,
Xeyir -şərə, qara-ağa
Fəsillər dəyişsə də,
İnsanı yaşatmağa.
İnsan gəlir dünyaya …
Özünü axtarmağa.
Hər kəs öz rəng çalarıyla,
Nəzər salır dünyaya.
Məncə bu kifayət edir,
Hər kəsin hansı tərəfdən,
olduğun anlamağa…
5. Əsla itirdiyin yerdə gözləmə, çünki gücsüzlər elə edər. Və bağlanan bir qapını bir daha döymə, bağlanan qapını acizlər döyər… Razısınız bu fikirlə?
– Fәrqimiz düşüncәlәrimizdir. Bizi hәyata bağlayan addımlarımız, mübarizәmiz, qalibiyyәt vә mәğlubiyyәtlәrimiz. Kimi asan yolla addımlamağı seçir, kimi dә maneәlәrlә dolu yoldakı vaxt itkisini. Geriyә baxmadan irәlilәmәk, sürәti artırmaq, büdrәmәk vә missiyamızı yerinә yetirmәk. Bunun üçün nәlәr lazım idi? Mәqsәd, risk, cәsarәt, sәbr vә ümid. Platon demiş ki, şan-şöhrәtini itirsәn dә, ümidini itirmә. Günәş hәr gün batır vә ertәsi gün yenidәn çıxır. Ümid, çarәsizliyә yeganә çarәdir. Vә biz nә qәdәr istiqamәtimizi dәyişsәk dә, külәk mәqsәdimizә yönәlәrәk әsir. İnsanlar, hadisәlәr, bizi dәyişәn hәyat vә bu dәyişikliklә mübarizә aparan bizlәr. Bir neçә il öncә, Varisin “Sonuncu ölәn ümidlәrdir ” әsәrini oxumuşdum. Vә kitab bitdikdәn sonra, hadisәlәri mәrhәlәlәrә böldüm. Sevgilәr, ayrılıqlar, xәyanәtlәr, parçalanmış insan hәyatı. Vә sonuncu ölәn ümidlәr. Bәzәn, gәlәcәyә iri addımlarla, sağlam getmәk üçün güclü silah axtarırıq.Kimliyindәn asılı olmayaraq, çoxunu әzib keçirik. Sonda isә hәmin silahın, özümüzdә olduğunu anlayırıq. Bәli, ümidlәr…Düşünә bilәn insan üçün hәr şey çox sadәdir. Duzu suda hәll etmәk kimi. Düşünmәyә tәnbәllik edәnlәr isә mәhlulun tәrkibini araşdırmadan ondan istifadә edir. Biz dәrk etmәsәk dә, uçuruma bir addım qalmış, ümidlәrimiz hәlә dә var olur. O addımı atmağı qәrara alsaq da, sonda közәrәn ümidlәr, sanki hәr şey yaxşı olacaq kimi işıq saçır könlümüzә. Ümid çarəѕizliyə yeganə çarədiɾ. Bәli,ümidlәr sonuncu ölür. Onu yaşadan isә bizlәrik..
6. Məşhur adam olmaq xoşbəxtlikdi, faydalı adam olmaq isə hamının borcudur. Amma niyəsə insanlar birinciyə daha çox üstünlük verirlər. Məhşur olmaq asandır, yoxsa hamı xoşbəxt olmağa can atır?
– İnsanların bir-birinə qarşı ən çirkin ifadələri işlətməsi böyük mədəniyyətsizlikdir. Nəzərə alsaq ki, bu çirkin ifadələri cəmiyyətimizin mədəniyyət səhnəsində tanınmış insanları daha çox işlədir, onda isə böyük bir təəssüf hissi ilə mədəniyyət sözünün özünə də nifrət edirsən. Yəni doğrudanmı insan yaşlandıqca bu qədər hər sözü işlədəcək şəkildə cılızlaşa bilir. Uşaq vaxtı tanınmış bir insanı ideal insan bilirdik. İndi isə tanınmış insan görəndə, onun nə vaxtsa özünü ifadə edəcəyi anı gözləyirik. Ona görə də mədəniyyətdən danışanları mədəni, şərəfdən danışanları şərəfli, qeyrətdən danışanları qeyrətli zənn etməyək hər zaman. Hər hadisənin nəticəsi olduğu kimi səbəbləri də var. Səbəblər şəxsi maraqlardan doğursa, bu EQO və PAXILLIĞIN özünü göstərməsidir. Tutaq ki, bir yazar başqasını bəyənmir. Bu zaman EQO dilə gəlir: “Onun ədəbiyyata dəxli yoxdur”. Bir müğənni digərini bəyənmir. Yenə EQO danışır: “Onun səsi yoxdur”. Hələ bir az imkanları olsa, deyərlər ki, “o heç insan deyil”. Özünə güvənən insan, əsla kimisə bu şəkildə alçaltmaz. Kim yazır yazsın, kim oxuyur oxusun. Əsas olan sənin bu xalqın gözündə, ürəyində olmağındır. Əgər varsansa, VARSAN demək. Dövrümüzün mövzusu: Özlərini “DAHİ” sayanlar, əslində isə istifadə olunan insanlar. Bir insanın şəxsiyyəti ilə əməli üst-üstə düşmürsə, demək ki, dediklərinin bir mənası yoxdur. Şəxsiyyət ən önəmli faktdır. O da ki kimdəsə ya var, ya yox. Elə insan var ki, çox zəngin biliyi, bacarığı var, ancaq şəxsiyyəti yoxdur. Elə insanların istifadə olunacağı yerlər də çoxdur indiki zamanda. Şəxsiyyəti olmayan insan kiminsə əlində işlətdiyi alət kimidir. Sabah da bir başqası işlədəcək onu öz maraqları naminə.
7. Xoşbəxt o adamdır ki, özgənin günahlarını saymağa vaxt itirməyib, öz şəxsi qüsurlarını düzəltməklə məşğuldur…Qüsurlarınızı görə bilməkdə çətinliyiniz yoxdur ki? Yoxsa hesab edirsiniz ki, qüsursuz birisiniz?
– Öz səhvini görməyən insan qabağa gedə bilməz. İstənilən məsələdə hər iki tərəf günahkardır. Çalışaq öz səhfimizi görək ki, kənardakı göstərməsin. Həyatda ən büyük səhv, özunu səhvsiz hesab etməkdir. Əslində səhvsiz insan yoxdur. Səhv zaman var, məkan var. Əslində səhv olan insan deyil. Səhv olan da düşüncələrdir. O düşüncələr ki, zaman və məkandan asılı olaraq yönləndirilir. Vücudumuz sadəcə icraedici funksiyanı daşıyır. İnsanlar proqramlaşdırılmış robotlardır. Həyatımızda elə səhvlər var ki, ömrümüz boyu bizə əsl bir dərs olur. Elə səhvlər olur ki, özün-özünə bağışlamırsan. Hər gün özümə hesabat verən insanam əslində, səhvlərim doğrularım barədə. Bu gün etdiyim səhvi yenidən etməyim. Batdığım yerdən bir daha keçməyim deyə. Amma səhv etməsən də təcrübə qazanmazsan. Səhv deyərdim müəllimdir. Sən ondan dərs alarsan. Səhv etmişik, edirik, edəcəyik də. Kimsə səhvdən siqortalanmayıb. Allah ağrı-acılar yaşatmasın.Ən asan həyat ölmək, ən çətini isə yaşamaqdır deyiblər. Hər kəsin öz həyatı, öz düşüncəsi var. Birinin doğru düşündüyünü başqası səhv düşünür, səhvini isə doğru. Hər kəs öz düşündüyü kimi qəbul edir həyatı. Hərdən insanların səhvlərini görərək bir çoxumuz o şəxsin səhvindən danışırıq düz hərəkət etmir deyə onu günahlandırırıq. Bununla özümüz özümüzə günah qazanmış oluruq. Amma səssizcə həmin insana yaxınlaşıb heç kim eşitmədən onun etdiyi səhvi özünə deməyə cəsarət eden coxazdır. Hər kəs səhv edərək öyrənir həyatı. Heç bir səhvi olmayan insan, heç nə etməyən insandır. Səhv etmək eyib deyil, eyib o səhvi təkrarlamaqdır deyiblər. Allah bağışlasın bilmədən etdiyimiz səhvləri. Amin…
8. Günəşi sevirik, günlərimiz günəşli, aydın olsun istəyirik. Amma günəş çıxanda gölgəlik axtarırıq. Niyə?
– Çünki bəzən çox istədiklərimizi əldə etdikdən sonra arxayınlaşırıq sanki. İnsan onsuz belədi. Qışda yayı, istini istəyir yayda, istidə sərini, soyuğu. Heç vaxt heç nədən razı deyil…

Qaçmağa yaranıb insan övladı
Bihudə işlərlə Allahdan qaçır.
Bir gün ibadətdən, bir gün savabdan,
Bir gün də şeytandan, günahdan qaçır.

Qaçır bu dünyanın çətinliyindən
Əzabdan, kədərdən, bəladan qaçır.
Özü də bilmədən qaçdıqlarının,
Qarşısın alacaq duadan qaçır.

Yorulur, yıxılır, durur ayağa,
Haqqın bəxş etdiyi sınaqdan qaçır.
Bezir qaçaqaçla keçən günlərdən,
Həyatın dəyişib, qaçmaqdan qaçır.

Beləcə qaçmaqla keçir ömrümüz
Bütün bəşəriyyət bir yerə qaçır.
Əməl dəftərini vurub qoluna,
Axirət gününə, məhşərə qaçır.

9. İki adam öldü və bu dünyadan həsrət getdi: biri yığdı yemədi, digəri bildi eləmədi…İnsan övladının gözü acdırmı yığdıqlarını yeməyə vaxt tapmadan köç edir?
– İnsan sadəcə bəzən zamanından düzgün istifadə edə bilmir. Dünyada fani olduğunu bilə-bilə əbədi olacaqmış kimi davranır. Var-dövlətin üstündə bir-birin didir insan, bir-birinə qənimdi. Di gəl ki, altı milyard insana bir nəfər Allah düşür, heç Allahın üstündə bir-birin qıran yoxdur. Heç kim demir ki, Allah sənin deyil, mənimdi…Ya Allah sirr olduğuyçün heç kəs bilmir nədir deyə, ya da ki, çox böyükdü hamıya çatır deyə…
10. “Getmə” deyə biləcək qədər güclü olmalıdır insan həyatda. Çünki heç kim, itirdiklərini unuda biləcək qədər güclü deyil əslində. Unuda bilmədiyiniz gedəniniz oldumu?
– Həyatda mənim də itirdiklərim oldu hami kimi. Amma elə itirdiklərim oldu ki istəsəm belə əlim çatmaz. Haqq dünyasındadır…Mən özüm də bilirəm mənim qəddar xasiyyətim var. Biri mənim gözümdən düşərsə, gedişinə dur demərəm. Qəlbim bir insana donarsa, yanan günəşi qəlbimə yerləşdirsən qəlbim isinməz. Heç vaxt heç kim unudulmur. Ya açdığı, acıtdığı yara ilə, ya da xoş anları, xoş xatirəri ilə. Hər zaman Allaha duam hər şeyin yaxşısı deyil, xeyirlisini ömrümə yazsın dua etmişəm. Gedənlərsə, deməli, Allah özü bilən məsləhətmiş belə olmağı.
11. İnsanın özünə qarşı edə biləcəyi ən böyük pislik, özünə olan etibarını itirməsidir… Bu pisliyi etmədiniz ki, özünüzə?
– Bir insana ən böyük xəyanəti edən elə o insanın özüdür. İnsan var ki, özü özündən qisas alır hər an. Ya bilərəkdən, ya bilmədən. Çoxu qəlbinə sancılmış bıçaq zənn eder namərdlikləri, əclafıqları. Ancaq o “qəlbinə sancılmış bıçağı” çıxarmayıb sadəcə gizlində danışar və çox vaxt da susar acizcəsinə. Yaşamağın bir adı da özündən qisas almaqdır. Pisliklərdən uzaqlaşmağı düşünərsən. Qaçarsan, qaçarsan… Və bir də onda ayılarsan ki, bütün ömrün elə pisliklərdən qaçmaqla keçib. Halbu ki, bircə dəfə yerində dayanıb o pisliklərin kökünü kəsməyə cəhd etmədin. Üstünə gətmədin yanlış saydıqlarının. “Qaçmaq da igidlikdir” deyib asanı seçdin. Vaxt ötər və bir də görərsən ki, saçların ağarıb, “dost” dediklərin azalıb, özünlə baş-başa qalıbsan. Qaça-qaça keçirdiyin ömrün isə sadəcə illərin acı kolleksiyasıdır. Bu kolleksiya içində isə, əsla mübarizlik, cəsarət və qalibiyyət görə bilməzsən.
12. Dostayevski deyir: “Kişi çata bilmədiyi qadını lənətləyər, qadın çata bilmədiyi kişiyə “eşq” deyər. Sizin üçün eşq nədir?
– Gəlin sizə eşqimdən, hislərimdən bir yuva qurmağı anladim. Ona olan güvənimdən divarları, həyəcanımdan pillələri, Onu itirmək qorxumdan qonaq otağı, sevgimdən yataq otağı, Səssizliyimdən zirzəmisi, şıltaqlığımdan isə uşaq otağı olsun.

Gəlin sizə eşq hislərimdən bir tamaşa göstərim, sonu ayrılıqla bitməsin, üzü gülsün hər kəsin. Siz də əyləşin ən son oturacaqda, səssizcə izləyin səhnədəki eşqimizi “Məni” və “Onu”.

Gəlin sizə eşq hisslərimdən bir kitab yazım, səhifələr canlansın hər oxunuşunuzda,
təkrar-təkrar oxuyasanız hər səhifəsini. Hər cümləsindəki onun adını, hisslərimi və sevgimizi. Büsbütün sevgi hopmuş cümlələri. Gözlərinizdə canlandırarsız bizi.
Gəlin sizə eşq hisslərimden bir şəkil çəkim, Onun üzündəki təbəssümdən, gözlərindəki ümiddən, varlığındakı ruhundan, qəlbindəki və qəlbimdəki sevgi oxunsun bu şəkildən. Dəyişməsin bir ömür boyu, elə şəkildəki kimi də, eləcə qalsın sonsuzadək…

EŞQ – bir bədənin tamlıqla bir ürəyə dönüb döyünməsidir. Saçından tutmuş ayağına qədər çırpınmasıdır.
EŞQ – həyəcandan əlinin bir kəlmə belə yaza bilməyəcəyi qədər əsməsidir. Bütün arzularının, xəyallarının bir tək səbəbi və qəhrəmanı olmasıdır.
EŞQ – ümidsizin ümidi, inamsızın inamıdır, ruhun ruhudur. Yaşadan və yaşatdıran çoxluqların cəmidir.
EŞQ – nakamların əzabı, qovuşanların xoşbəxtliyidir.
EŞQ- onu anlayan hər kəs üçün, hər şeydir, hamıdır, yaşamağın əsl səbəbidir!
13. Deyirlər ki, bağışlamaq intiqam almaqdan daha yaxşıdır. Bəs sizin dünyanızda hansı hökmranlıq edir intiqam, yoxsa bağışlamaq?
– Bağışlamaq böyüklükdür deyirlər. Amma bir də belə yanaşaq: Bağışlamaq hər zaman böyüklük deyildir, bəzən bağışlamaq etdiyin səhvi get bir daha təkrarla deməkdir. Bağışlanmayan səhvlər var, yəni mənə görə. Bağışlamaq mənə görə dərin inciklik hissini yuxuya verməkdir. Zaman-zaman o oyanır, sənə əzab verir, niyələrlə beynini doldurur, yenə yuxuya gedir. Amma hər dəfə oyananda daha ram olunmuş olur, yəni səni daha az incidir. Etiraf edirəm: Mən sevgidə demirəm, dostluq munasibətdə bağışladığım və bağışlamadıqlarım olub. Xəyanəti bağışlamışam, amma yuxarıda qeyd etdiyim şəkildə. Əgər o şəxs öz səhvindən dərin peşmançılıq duyursa, bunu sübut etmək üçün hər şey edirsə, onu bağışlamağa dəyər. Her şeyi bağıshlayıb zamanla unutmaq olar. Təkcə xəyanəti nə bagishlamaq, nə də ki, unutmaq olur. Bağışladəm desən də özünə çox böyük xəyənət etmiş olursan! Hamını, bəzi səhvləri bağışlamağı Rəhman və Rəhim Allahımız da bağışlamaz. Əgər elədirsə, cəhənnəm deyilən bir anlayış olmazdı. Mən bağışlamaram, bəlkə edilənləri unutmuram o anlamda, amma bir onu bilirəm ki, qırılan ürəyin məlhəmi nə bağışlamaqla, nə də ki başqa şeylərlə kecmir. Bir sözlə nə məhv edərəm, nə də ki əhv edərəm.
14. “Əlimdə ixtiyar olduğu gün düşmən millətin böyükdən kiçiyə hər birini öldürməklə qisasımı alacam”…Bu mənə aid fikirdir. Amma bir çoxları məni bu fikrimə görə qınayırlar. Qəddaram, düşmən də olsa onların da anası, balası var deyirlər. Sizin fikrinizi də öyrənmək maraqlı olardı, bu mənim qəddarlığım deməkdirmi?
– Hər kəsin öz fikri var, bu da sizin fikrinizdir. Fikirlər düşüncələr müxtəlifdir. Mən də nifrət edirəm o millətə, amma belə bir ixtiyarım, gücüm olsa da onu etmərəm. Onların gücünü əllərindən almaq daha yaxşıdır, nəinki düşmən də olsa can almaq. Ana anadır mənim üçün. İstəməzdim heç bir ana övlad, heç bir bacı qardaş itkisi yaşasın.
15. Dost üçün kürəyimi körpü etməyə hazıram, yetər ki təmiz qəlbi daşıyan ayaqları keçsin üstümdən…varmı belə dostunuz?
– Həyatın ən gözəl yanlarından biri də tək olmamağını hiss etməməkdir. Bəzən ətrafında elə bir insan olur ki, gözləmədiyin münasibət görürsən, amma bəzən də çox təəssüf ki, dost bildiyin insanları çətin zamanında nə arxanda, nə də yanında görürsən. Bəzilərnin dostu sevdiyi, bəzilərinin dostu anası, bəzilərininki sinif yoldaşı daha kimlər kimlər. Önəmlisi onun kim olduğu, hansı nəsildən, necə geyinməsindən, kimin övladı olmasından asılı deyil, önəmlisi onun sənə nə qədər yaxın olması, əzabına nə qədər yanması, sevindiyindən səndən də çox sevinən, sən uğur qazandın, o isə uğursuzluğa düçar oldu deyə ağız büzməyən birisi olmalıdır və sən də ona qarşı müsbət olmaqla qarşılıq verməlisən. Qısacası, səni içdən anlayan birisi olmalıdır sənin dostun. Əgər sənə kimsə dost deyirsə, deməli, sən də onu daxilən anlamalısan. Çox şükür Allaha mənim belə can dostum və məni anlayan bacım, şəfa verənim, sirdaşım var. Qəlbimdəki yarım isə mənim hər mövzuda hər bir işimi bölüşdüyümdür.
16. Pul olan yerdə xoşbəxtlik olmaz deyirlər, digər tərəfdən də pul özü xoşbəxtlik gətirir deyirlər…Siz hansı ilə razısınız?
– Görəsən hər kəs öz yerində olsaydı, bütün arzular gerçək olub insanların əlini hər şeyə çatdırsaydı, heç marağı olardımı bu dünyada yaşamağın? Sevinmək üçün bütün səbəblərin olsaydı, yenidən sevinmək kimi bir hissin olardımı o zaman? Əgər istədiyin hər şey əlində olsaydı, özünü xoşbəxt sayardınmı bu dünyada? Əmin ol ki, saymazdın. Çünki səni sən edən, qismən rahatlığa qovuşduran sənin sevinclərin deyil, nə vaxtsa yaşadığın üzüntülərindir. Bir insan həmişə əsl tərbiyəni yanlış edən insandan alar, doğru edən insandan deyil. İnsanlar yanlışa baxıb doğrunu seçərlər.
Bütün rahatlıqlar insanı uçuruma aparar, xoşbəxtliyə deyil. İstəkləri gerçək olan insan həmişə yeni istəklər arxasınca qaçar, qaçar və sonunda da insanlıqdan çıxar.
Üzüntü, həsrət, tənhalıq, səbəbsiz darıxmaq kimi hallar olmasaydı, insanlar nə vaxtsa sevinmək naminə bircə ümidlə yaşamağı seçməzdilər axı. “Hər zülmət gecənin bir aydın sabahı var”- deyiblər. Bütün çətinliklərə rağmen gələcək üçün planlar qurmaq maraqlı deyilmi? Bunun lap mənasız olduğunu bilsə belə, yenə də yaşamağa davam etmək, heç neyə, heç kimə təslim olmamaq güclü olmaq deyilmi? Və yaşamağın dəyəri elə bu deyilmi səncə?
Ona görə də bəzi arzular elə gerçək olmasa yaxşıdır ki, bəziləri də çin olub səni sevindirə bilsin. Gecə ilə gündüzün vaxtı bərabər olduğu kimi, bir insan ömrünün də sevincli və acılı günləri bərabər saydadır. Sadəcə bəziləri sevincini kədəri kimi yaşadığı üçün fərqində deyil durumuna sevinsin, yoxsa üzülsün. Maddiyyatla kim özünü xoşbəxt sayırsa, bu düşüncə o insanın özünü aldatmasıdır sadəcə. Qəlbindəki boşluğu dolduracaq isə var-dövlət deyil, sənə olan sevgidir, dəyərdir. Maddiyyata görə sən sadəcə rahat yaşaya bilərsən. Və ətrafındakıların çoxu da öz təmənnası üçün səninlə var, sevdiklərinə görə deyil. İçin bütün insanlara olan sevginlə doludursa, demək, səndən daha zəngini yoxdur bu dünyada.

17. Filosoflar deyir ki, düzgünlük sonsuzluğun günəşidir. Necə olsa doğular. Amma niyəsə son zamanlar yalan qara bulud olub bu günəşin qarşısını gah kəsir, gah da çəkilir. İçinizdə bu günəşin heç doğmayacağı qorxusu yoxdur ki?
– Bu dünyada düzgünlük nisbi anlayışdır, birisi üçün olan düzgünlük, digəri üçün düzgün olmaya da bilər. Düzlük insan xüsusiyyətləri içərisində ən vaciblərindən biridir fikrimcə. Cəmiyyətdə, ailədə, dostlarla nə qədər düzgün olursan, səmimi olursansa o qədər də hörmətli olursan. Amma bəzən düzlük öz sərhəddini aşıb qarşındakına kobudluğa, hörmətsizliyə çevrilirsə mən bu cür düzlüyə üstünlük verə bilmərəm. Düşünürəm ki, ümumiyyətlə, heç bir hiss qorxudan, ehtiyyatlanmaqdan yaranmamalıdır. Sadəcə hər bir insanın öz vicdanı var və öz vicdanı qarşısında cavabdehdir. Düzlük də, yalan da ona baglıdır. Düzlük insana çox şey qazandırır, lakin səndən bir şeylər də alır. Məncə düzgün insan olmaq üçün birinci növbədə vicdanın olmalıdı. Hal-hazırda elə bir zamanda yaşayırıq ki, insanlar düzgünlüyə deyil, yalana inanır. Bəzən mərdi qova-qova namərd də edirlər. Hər kəs özünü tərbiyə edib, özünü qarşıdakının yerinə qoysa və ona görə hərəkət etsə, həyatımıza sonsuz günəş doğular.
18. Bu elə duyğu ki,
Bu elə qəm ki,
Min olsa yenə də əzməzdi səni.
Bəzən eləsinə dəyişmişəm ki,
Bəlkə dırnağına dəyməzdi sənin… Kimsəyə dəyişə bilməyəcəyiniz biri varmı həyatınızda?
– Sevməyi bacarmayan qadınlara eşq dedik. Bizi sevən qadınların eşqini burnundan gətirdik…Cismimizə toxunan qadına əsl qadın dedik, ürəyimizə toxunana cahil dedik.
Vecinə olmadığımız qadınlara uzun cümlələr qurduq, gecə əlində telefonla yuxuya qalan qadınlardan səsimizi əsirgədik. Bizi üç gün dünyasına sıqdırmayan qadınlarla xəyal qurub, bizə ömrünü verəcək qadınların xəyallarını qırdıq. Qapısında qul olduğumuz qadınlar uğruna, qəlbinə sahib olduğumuz qadınları qırdıq. Uzun sözün qıssası, bu bir etiraf.

Bu gün göz yaşıyla qayğını çəkir,
Kirpiyinə damla düzdüyün qadın.
İndi də səninçün üzülür, durur,
Sənin ömür boyu üzdüyün qadın.

Tanrı da eşitmir harayı, hayı,
Dəyərsiz bilmisən o verən payı.
Kim qalıb yanında ondan savayı?
Bir vaxt varlığından bezdiyin qadın.

Nə olar haqqını etməsə halal?
Bircə yol saçına çəkmədin sığal.
Bir vaxt susdurmusan o qəlbi məlal
Budur xoş sözünü gəzdiyin qadın.

Artıq viran olub könül gülşəni,
Çoxdan unudubdur sevinc, nəşəni.
Bu gün dayaq durub buraxmır səni,
Diz üstə qoyaraq əzdiyin qadın.

Namusdu, qeyrətdi, o baş tacıdır,
Etdiyin əməllər ağrı-acıdır.
Yaxşı bax, kiməsə ana, bacıdır,
Ömrünə qara gün yazdığın qadın.

Heç kimi, heç kimə dəyişməmişəm, dəyişmərəm də. Çünki mənim qəlbimdə də, ağlımda da, həyatımda da öz yeri var. Heç kim heç kimi əvəz edə bilməz. Əgər ki elə bir təəssürat yaratmışamsa nəyləsə, doğru olan görünən deyil. Əgər birindən soyumuşamsa, bu başqasına görə yox, sırf soyuduğum insana görə olub. Çünki ən çox öz düşüncələrimə, öz fikirlərimə, öz doğrularıma, öz hisslərimə əhəmiyyət verərəm. Demək olar ki, hisslərimdə də heç vaxt yanılmamışam.Özumə qalanda isə, mən heç bir zaman xəyanət etmədim. Ən əsas da Allahın bəxş etdiyi sevgiyə xəyanət etmədim.

19. Şanssızlığa dözə bilərik, çünki çöldən gəlir və tamamilə təsadüfidir. Halbuki həyatda bizi əsl yaralayan, etdiyimiz səhvlərə heyfslənməkdir. Oldumu belə səhvləriniz?
– Səhvsiz insan yoxdu. Necə deyərlər səbəbsiz dəli, səhvsiz də insan yoxdu. Ağıllı o adam deyildir ki, səhv etmir. Belə adamlar yoxdur və ola da bilməz. Ağıllı o adamdır ki, onun etdiyi səhvlər çox da mühüm olmur və bunları asanlıqla, tezliklə düzəldə bilir. Ən böyük səhv özünün heç vaxt səhv etmədiyini düşünməkdir. İnsan səhv etdiyini anlayan zaman özü-özünü müzakirə edərək muhakimə edirsə bu onun üçün ən böyük cəzadır. İnsanlar öz səhvlərını xoşbəxt olarkən deyil, bədbəxt olarkən anlarlar! Dünya məntiqinə görə açıqlaya bilmədiyimiz, təsadüfdən ibarət olan gördüyümüz hadisələr bizə sərf etdiyində şans, sərf etmədikdə isə şansızlıq deyirik. Bu məntiqə arxalansaq o zaman dünyanın varlığı bir şans, dünyadakı yaşam, insanın varlığı da bir şans əsəri kimidir. Əgər bu şans dogrudursa, o zaman nə üçün bu həyatda bu qədər çabalayırıq? Əslində şans dediyimiz bəzi seylər də bizə verilən fürsətdir. Hər anımız isə fürsətlərlə doludur. Yaşadığımız zamanda hər zaman, hər an könlümüzün hiss etdiyi o şans vardır. Həyat bir-birinin arxasınca düzülmüş kitab vərəqləridir. Hər birimiz – sən, mən o kitabimizin qəhrəmanlarıyıq. Kim istəməz ki, onun kitabı maraqlı, gözəl sonluqla bitən, həyatın bütün sinaqlarından çıxan qəhrəmanlarla dolu olmasın. Bunun üçün illərlə vuruşdum çalışdım ki, səhvlərim olmasın. Ancaq səhvsiz insan yoxdur. Hətta fransiz filosofu Q.O.Marsel demişdir: “Əgər səhv etməsəydim çox az iş görmüş olardım”. Düşünürəm ki filosofun sözlərində həqiqət var özün ol! Sən mükəmməl deyilsən təbii. Səhvinə, düzünə şahid ol. Daha tez dogrula bilməyin üçün. Səhvini qəbul edecək qədər dürüst ol! Qorxma səni kimsə qınayar deyə. Səhvlərim oldu amma həyatda addımlamagı öyrəndim. Ən böyük başarı güclü dayanaraq yıxılmamaq deyil, yıxılandan sonra ayaga qalxaraq o gücü özündə yenidən toplamaqdır. Bax bu gücü özündə tapanlarla həyat daha gözəl və ecazkardır.
20. Fikirləşmədən atılan addımın, edilən hərəkətin son ucudur peşmanlıq. Elə bir insan yoxdur ki, peşmanlıq hissini yaşamasın. Ən çox nəyin peşmanlığın çəkirsiniz?
– Hər kəs bir hissinin qurbanıdır. Kimi eqosunun, kimi nəfsinin, kimi qısqanclığının, kimi nifrətinin, kimi ehtirasının,
kimi saflığının, kimi də insanlığa olan sevginin qurbanı…

Çox zaman olur ki, burulğana dönmüş düşüncələrimin xatirələr boğçasını ürəyim məndən gizlədir. İmdadı ilə əritmək, yandırmaq istəmir məni də, könlümü də. Daha mənim də üzüm gəlmir ondan bir istək, bir arzu diləməyə. Anlayıram onu çox yordum, çox. Yandırdım, üzdüm, odunu-alovunu külə çevirdim. Hönkürtdüm ağlatdım onu çox… Amma üzüdönük, tərs düşən taleyə dəyişmədi, yalnız buraxmadı məni ürəyim, tək qoymadı illərin dolaşıq cığırlarında, mənlə addımladı mənim cəfakeşim – ürəyim. Görəsən məni bağışlayarmı…bağışlayarmı məni sirdaşım, həmdəmim olan, mənə sədaqətli ürəyim?..
21. Buraxın, gənclər dünyanı arzuladıqları kimi görsünlər; necə olsa böyüdükcə olduğu kimi görəcəklər… Gənclərin dünyaya baxışı sizi qane edirmi?
– Alim, yazıçı, şair, filosof, ilahiyyatçı… bu kimi titulların insanlığımızı kölgədə qoyduğu zamanəyə gəlib çıxmışıq; baxırsan ki, adam insandan başqa hər şeydi; elm var, savad var, nitq var, qələm var, pərəstişkar “n” qədər var, bircə insanlıqdan kasaddı. İnsanlıq məni qane etmir. Azərbaycan gəncinin mədəsindən çox beyni acdır. Bir də cinsi aclığı var. Azəri gənclərində mədəniyyət, özünü aparmaq, həyatda nə məqsəd üçün yaşamaq, ətrafindakı insanı düzgün secmək, nəyin düz, nəyin səhv olduğunu bilmək və.s çox şeylər çatışmır. Amma təbii hamsına aid deyil istisna olan gənclərimiz var. Uzun-uzadı çox şey yaza bilərəm, amma gərək yoxdur, hər şey zamanəmizdə göz qabağındadır. Amma bir şey deyim, bir insanin ki, beynində, ürəyində, qanında dürüstlük, tərbiyə, əxlaq varsa onu heç kim yolundan döndərə bilməz. Hər şey insanın özündən və ancaq özündən asılıdır.
22. Azad olmadığı halda özünü azad sananlar qədər kölə yoxdur…Azadlıq sizin üçün nə deməkdir?
– Cəmiyyətdə o qədər mənəvi boşluq var ki, insanlar həqiqəti duyanda diksinirlər. Hər kəsə öz şirin yalanları ilə yaşamaq daha gözəl görünür. Mühit insanları elə sıxır ki, hər kəsin bolluca yalanı var, həm başqalarını ovutmağa,həm də özlərini. O qədər qarışıq bir durum var ki ortada, hələ dəqiqləşməyib qəhrəman kimdir, yaxşı insan kimdir, azad insan necə olmalıdlr, sağlam düşüncə necə olur. Sağlam cəmiyyət necə olmalı və sairlər…və sairlər…Nə qədər ki, bu tip suallara cavabımız yoxdur, heç vaxt nə rahat yaşaya biləcəyik, nə də boğazına ip keçirdiyimiz həqiqəti bu cəmiyyətd, azad görə biləcəyik.
Bütün anormallıqların bircə səbəbi var, biznormal cəmiyyət deyilik! İnsan mütləq nəyinsə əsarətinde olur. Ya nəfsinin, ya sevgisinin ya vicdanın və s. Mütləq nəyinsə əsarətində olur. Çoxu azadlığı özbaşınalıq kimi başa düşür. Bax bununla heç razı deyiləm.
– Bir gün bir adam gəlib müdrük birindən insanın nə qədər azad olduğunu soruşur. O tamamilə azaddır, yoxsa bir məhdudlaşdırma varmıdır? Tale, alın yazısı, qismətdən başqa azad ola bilməyəcəyin məhdudlaşdırmalar yaradan bir Tanrı mövcuddurmu? Müdrük bunu öz üslubunda cavablandırır; məntiqi yox, ekzistensial şəkildə: “Ayağa qalx,” – dedi. Adam bunun axmaq bir cavab olduğunu düşünərək: – „mən sadə bir sual verdim və o isə mənə ayağa qalx deyir, lakin baxaq görək nə olacaq” – deyə düşündü və qaldı. Və müdrük, „indi isə, ayaqlarından ikisini də qaldır” dedi. Bu mümkün deyil! Kişi „Siz imkansız bir şey istəyirsiniz. Mən sağ ayağımı qaldırdım. Artıq sol ayağımı qaldıra bilmərəm” deyə cavab verdi. Usta da, “ Amma sən azad idin. Əvvəlcə sol ayağını qaldıra bilərdin. Bunu qadağan edən bir əmr yoxdur. Sol ayağını, yoxsa sağ ayağını qaldırmağın barədə tamamilə azad idin. Bununla bağlı sənə heç nə deməmişdim, buna özün qərar verdin. Sən sağ ayağını qaldırdın. Öz qərarınla sol ayağının qalxmasını imkansızlaşdıran da sən özün oldun.
23. Qadınlar bir ömür boyu bir kişiylə yaşamağı düşünüb, onu bacardıqları halda, niyə kişilər bunu etməkdə çətinlik çəkirlər?
– Hər kişi hər qadının ürəyinə toxuna bilməz. Qadın qadındır. Hər kəs olmağa hazır olan. Onun kim olmasına səbəbiyyəti sən verərsən, qərarı o. Verdiyi qərar sənin ruhunu incidər bəlkə, amma unutmamalısan ki, sənin ruhunu incidən qərar onun ruhunu öldürmüşdür demək ki. Ölən ruhlar isə özlərində diri sevgi saxlamaz. Qadın təbiətdir üzərinə qar yağan, gün çıxan. İsti olduğu qədər də soyuqdur qadın. İki fəsli var gördüyün. Onu hansı fəsildə yaşayacağına bağlıdır sənin də ömrün. Dünyaya yeni nəfəs gətirən və sənin özünü belə dünyaya bəxş edən həyatdır qadın. O həyatı yaşamağa qərar vediyin an qar altında donmağı da günəş altda yanmağı da qəbul etdin demək ki. Sən qəbul etdinsə narahat olma qadın hər zaman anlayar sözündən əsla dönməyəcəyini….
*****
Qadınlara quran kələk,
Dalda şeytan,üzdə mələk.
Çöldə tülkü evdə fələk
Kişilərə nifrətim var.
******
Doğrulara əyri baxan,
Hər gözələ su tək axan.
Yuva üstə yuva yıxan
Kişilərə nifrətim var.
*******
Dinə imana gəlməyən,
Namus qeyrəti çeynəyən,
Vicdan nədir heç bilməyən,
Kişilərə nifrətim var.
********
Çünki onlar yazıqdılar,
Nə ət, nə də balıqdılar.
Axirətin eyləyən dar
Kişilərə nifrətim var.

Kişi də olsam, bəzən bəzi kişi adı daşıyan dirnaq arası kişilərə nifrətim var. Sözdə kişi olmaqla, əməldə kişi olmaq fərqlidir…Kişilər hisslərini bəlli etməzlər, düzdür. Amma adam kimi adam həqiqətən lazım olduğuna inanarsa sevdiyinə hisslərini bəlli edər. Çünki dözə bilməz. Kişi sevdiyini aldada bilər, amma əsl adam kimi sevən kişi aldatmaz, aldada bilməz. Kişi qaçar, əsl sevən isə qısqanar, canını sıxmamaqla, ona bəlli etmədən qoruyar, münasibətinə sahib çıxar. Kişi sevdiyindən başqa birinə ehtiyac duya bilər. Əsl adam kimi sevənin gözü sevdiyindən başqasını görməz, görmək istəməz. Başqasını sevə bilməz. Ona görə də, sadəcə görünüşdə kişi olanı deyil də, insanlığı, mənliyi olanı sevin.
24. Paulo Coelhonun belə bir fikri var: “Bir kişiylə xoşbəxt olmaq istətirsənsə onu başa düş, sevməsən də olar. Bir qadınla xoşbəxt olmaq istəyirsənsə onu sev, başa düşməsən də olar…” Sizcə bu belədirmi?
– Bir qadının xöşbəxtliyi dediyin nədir ki? Yaşam şərtləri nə olur olsun, bir qadının öz taleyini bağlamış olduğu kişi qəlbində özünə qarşı olan gerçək hislərin heç bir zaman dəyişməyəcəyini bilməsidir, bu mənim fikrimdir.
Bəs bir kişinin xöşbəxtliyi? Ən azından gün ərzində bir dəfə vacib bir işi unudacaqmış kimi evinə həyəcanla zəng edib, səsi titrəyərək pıçıltıyla “necesən” dediyində ona xoş bir cavab deyəcəyi bir qadının olması.

Qadın bir əsərdir oxumaq gərək
Onu basa düşmək, qavramaq gərək
Qadın susarsa əgər, gözü danışar
Baxışdan anlayıb ,duyasan gərək.
……….
Qadin incə bir gül, zərif bir çiçək
Qəlbi çox həssasdır, ləçəkdir- ləçək
Toxunsan sevgiylə, onun qəlbinə
O sənə sevgiylə ömür verəcək
……….
Qadın gözlərlə deyil, qulaqla sevər
Əgər sevərsə də, bir dəfə sevər.
Öldürsən sevgini qadında əgər
O zaman qəlbindən, ömürlük silər.
……….
Qadın səbirlidir, hər şeyə dözər
Dözdüyü qədər də özünü üzər.
Səbrini daşırsan, bir gün dirənsə
Her şeyi məhv edər illəri əzər.
…………
Qadın diqqət istər və sevgi istər
Acı söz yandırar, tək hörmət istər.
Qadın hər bir yaşda ,sevılmək istər
Sevərsən, o səni daha Cox sevər!!!
……
Qadına hörmət et!..bir ana kimi
Qadına sevgi ver!..öz balan kimi
Qadını sev, qoru, bir ata kimi
İnan Xoşbəxt edər, bir ömür səni.
…………..
Qadın tez bağışlar, əsla unutmaz
Təkrar bağışlarsa bir də inanmaz.
İsti yuvasını …əsla tərk etməz
Uçurtsan quş kimi, bir daha dönməz!!!

Hər münasibətdə bəzi nüanslar birlikdə olmalıdır. Biri olmadıqda o münasibət şikəst kimi olar. Sevgi, anlayış, güvən, hörmət, fədakarlıq. Əlavə etmək də olar. Sevgi varsa anlayış da olmalıdır, anlayış olan yerdə gizlində də olsa sevgi də vardır əlbət…
 25. Günəşin doğmasını hamı sevir məncə. Bəs siz bu anı seyr edəndə xəyalınızdan nə keçir, nə fikirləşirsiniz?

– Rəbbimizin qüdrətinə sonsuz Şükürlər olsun🙏🙏🙏
Siz gözəl və əsrarəngiz bir şey edirsinizsə, lakin hər kəs buna diqqət yetirmirsə məyus olmaga dəyməz. Günəşin çıxması dünyadakı ən gözəl mənzərədir, amma insanların çoxu bu an yatır..”Jonh Lennon” O Möhtəşəm Sevgidən doğuldu….. Bütün yaradılışa sevgisini beləcə yaşadır. Hər sabahla günəşlə yenidən doğulmaq, nəfəs almaq , bu təbiətin içində olan səni, təbiət vasitəsi ilə səni var edənlə, yenidən qovuşdurur. Bu anı yenidən Var olduğunu hiss etmək, bu anı yaşamaq özü bir xoşbəxtlikdir. Onun sevgisində var olmaq, yaşamaq insana pozitiv enerji verir. Elə niyyət edək ki, əməllərimiz o niyyətlə, Günəşinə, Nuruna qovuşaraq qəlbimizdən günümüzə işıq saçsın. Həyatimızın günəşi olaq günümüzü aydınladaq. Gunəş bir örnəkdi….Anlayana…Kim ki Ondan öyrənməyi seçsə, öz içindəki Günəşə qovuşar. Laqeydlikdən, biganəlikdən, sevgisizlikdən, anlamazlıqdan buz bağlayan ürəklərə, bu buzları əridəcək bir GÜNƏŞ arzulayıram. Aydınlığa, istiliyə və xoşbəxt illərə doğru. Günəşiniz parlasın və sizlərin hər birinizə xoşbəxtliklər bəxş etsin. Həyatınız bir ömür boyu Günəşli ve sevinc dolu olsun. Sonu olsun itkilərin, acıların. Sonu olsun həzinlik, ümidsizlik çökən yazıların. Sonu olsun gizlincə axıdılan göz yaşlarının. Əlimdə olsaydı bütün ürəklərdən acını, həsrəti, ümidsizliyi yığıb dəfn edərdim. Yeni başlanğıclar, yeni uğurlar, yeni sevinclər bəzəsin ömrümüzü açilan Günəşli sabahlarımızda..
26. Cəmiyyətin gələcəyi – anaların əlindədir. Qadın böyük qüvvə olduğu üçünmü, yoxsa heç bu fikirlə razı deyilsiniz?
– Kişilər hər zaman güclüdür. Ancaq məcburiyyət olmadan düşüncələri ilə kişini susdura bilən qadın ən güclü kişidən də güclüdür.

Ana olmasydı deyin cahanda
Körpələr laylasın kimdən alardı?!
Laylasız böyüyən hər bir insanda
Ürək əvəzinə daş asılardı.
….
Ana olmasaydı siz deyin görək
Ürək nə istərdi, nə arzulardı?
İnsanı həyata bağlayan ürək
Arzusuz, istəksiz necə vurardı?
…..
Ana olmasaydı şair, bəstəkar
Nəyi bəstələyib, nəyi qoşardı?
Allahın sevdiyi gözəl nəğməkar,
De, bizim muğamlar nə cür olardı?
…….
Bu yer üzərində ana olmasa
Olmazdı yerin də gözəl biçimi.
Yer də bənzəyərdi göydəki Marsa
Günəşsiz qalardı soyuq qar kimi.

Of!-bu nə söz belə “ana olmasa”
Analı hər günə, hər ana qurban.
Analar olmasa bataram yasa
Ollam anaların ruhuna qurban!

Məncə də cəmiyyətin gələcəyi qadinların, anaların əlindədir. Yox böyük qüvvə olduğu üçün deyil, öz övladına verə biləcəyi tərbiyəyə görə. Volter deyirdi ki, Allah kişiləri əhilləşdirmək üçün qadınları yaratdı. Bir az kobud səslənsə də, məncə, fikirin həqiqət payı az deyil. Adicə öz ətrafımıza baxsaq görəcəyik ki, gerçəkdən də qadın, kişini nizam intizama salmaq, sakitləşdirmək, şəkilləndirməklə məşğuldu, üstəlik, bu onun ən sevimli məşğuliyyətidi. Bütünlükdə insan, düşünürəm ki, hətta bioloji olaraq da kişidən çox qadının əsəridi. Başqa ibarəylə desək, qadın bəşəriyyətin anasıdır və demək qadını sağlam olan cəmiyyət xarab, qadını yolunu azmış cəmiyyət sağlam ola bilməz! Varlıqları dəyərləndirməmdə, nədənsə, həmişə zərif yaradılışlara üstünlük vermişəm, elə bilirəm ki, Allah zərif varlıqları yaradanda bütün diqqət və istedadını səfərbər edib, onların üzərində zərgər dəqiqliyi ilə işləyib. Elə yəqin bundandır ki, qadını daha ali yaradılış hesab edirəm, fəqət… kaş ali hədəf üçün yaradılmış bu varlıq iyrənc istiqamətlərdə istismar olunmasına imkan verməyə. Məncə, bəşəriyyətin xilası da elə məhz bundadır!

“Səni görəndə bütün üzüntülərim yox olur, Fatiməcan!” Bu kimin etirafıdı, bilirsiz? Allahın aslanı, möminlərin əmiri – imam Əli ibni Əbutalibin! Necədə səmimi etirafdı, necə də kişicə (!!!) etirafdı. Hansı üzüntülərdən söhbət gedirdi? İmamın dərdi nə idi ki, Fatiməsini görəndə onların hammısı, hammısı ərşə çəkilirdi? Bu haqda susuram, elə imamım özü kimi. Əsas olansa budur: Həzrəti İmam, Əsədüllah, Fatihi-Xeybər… xanımına belə zərif etiraflar etməkdən çəkinmirdi, bunu ayıb saymırdı. Elə isə bəs hardan yarandı müsəlman dünyasındakı, qadınına etiraf etməyi, xoş söz deməyi nakişilik sayan “ciddi” kişi obrazı? Onlar imam Əlidən dahamı ciddidilər? Bəs hardan peyda oldu xanımından danışanda günahından danışırmış kimi sıxıla-sıxıla “üzr istəyirəm” deyən kişi tipi?! Mən bilmirəm. Hətta oxuduqlarımın əsasında Peyğəmbərimiz öz qızını səsləyəndə “Atasının Anası” deyə müraciət edibmiş. Burdan göründüyü kimi necə üstün qiymət verilib qadınlara. Allah bütün Analarımızı qorusun. Əllərindən öpurəm öz Anamın, Kəmalə Anamın və bütün ağbirçək Analarımızın.
27. Kişilərin ən ortaq nöqtəsi qadınlar haqda sahib olduqları biliklərdir. Qadınlar haqqında fərqli düşüncəniz necə, varmı?
– Qadın kimdir desək, çoxu zəif məxluq və yaxud zərif məxluq deyəcək. Yəni bu qədər asandırmı qadını ifadə etmək? Əslində bir qadını ifadə etmək üçün bir ömür bəs etməz. Bəlkə də qadının gücünü görməyənlər və onun gücünə əhəmiyyət verməyənlərdir onu zəif bilən. Ya da ki, onu dərk etməyənlərdir zərifliyini zəifliklə ittiham edənlər. Əslində qadının dəyərini bilənlərin söylədiyi ən gözəl sözdür qadın sözü. Qadın əslində çox güclü bir varlıqdır. Ancaq gücünü hər zaman göstərmir. O hər zaman sevdiyi kişinin gücünü görüb, onun gücüylə sakitlik tapmaq istəyir. Ancaq qadın gücünü göstərmək istəyəcəksə, heç kim qarşısında dura bilməz. Bir qadının gücü kişini rəzil də edər, vəzir də edər. Bir qadının gücü bir nəslin yüksəlişi və yaxud o nəslin sonu da ola bilər. Ancaq qadının içində yatan bu gücün yanında da bir incəlik vardır. Qadın əvvəlcə qayğı istəyən uşaq, sonra vəfalı həyat yoldaşı, daha sonra anadır. Əslində qadın bu üç vəzifəni də üzərində daim daşıya biləcək gücə sahib güclü bir varlıqdır. Tanrı qadına güclü bildiyi üçün bu yükü verib. Bir qadının içindən uşaqlıq duyğusu heç vaxt məhv olub getməz. Qadın ata və anasından gördüyü qayğını həyat yoldaşından görmək istər. Ancaq daim uşaq yerinə qoyulmağı qəbul edə bilməz. Qadın öz həyat yoldaşından uşaq kimi əzizlənməyi, qadın kimi sevilməyi, həyat yoldaşı kimi hörmət qoyulmasını, ana kimi sözünə diqqətlə qulaq asılmasını istəyən qəribə bir varlıqdır.
Bir qadını anlamaq çətindir. Qadının uşaqlığını da, xanımlığını da qorumaq əslində tək özündən asılı deyil. O qarşısındakından bu anlayışı gözləyir. Bu anlayışı görməyəndə ya çox acizləşir, ya da ki çox sərtləşir. Qadın həyatın dörd əsas ünsürü olan su, atəş, torpaq və hava ünsürləri kimi bir dünyanı özündə sığışdıran varlıqdır ki, o, torpağın da, suyun da, havanın da, atəşin də həyat qədər necə vacib və bir insanın həyatında nə qədər necə vacib və bir insanın həyatında nə qədər rol oynayacağı bizə göstərir. Şəfqət, hörmət, sevgi görəndə atəşiylə qəlbləri isidər, su kimi durulayar, hava kimi nəfəsimizi, ruhumuzu təzələyər, torpaq kimi bizi qayğıyla daşıyar. Ancaq əzabları görəndə su kimi buza dönər, atəş kimi gah sönər, gah yanar, torpaq kimi palçığa dönər, hava kimi kirlənər. Bəzən də çoşar, atəş kimi yandırar, torpaq kimi küləklərlə sovrular, su kimi qaynayar, hava kimi bizi boğar, havasızlığa möhtac qoyar. Təbiətə necə yanaşırsansa, illər ötdükcə sənə onun qarşılığını verir. Özünü kirlədib qarşılığını görməsən də təbiətdən gələcək nəsillər ziyan çəkir. Qadın da elədir – bir qadının rəzaləti özünün də, gələcəyin də rəzaləti ola bilər. Qadın əslində gücünü də, gücsüzlüyünü də həyatda mübarizə aparmaq üçün istifadə edə biləcək zəkaya sahibdir. Tarix boyu qadın zəkasının gücündən istifadə edən cəmiyyət və xalqlar daim öndə olublar. Hansı millətin qadınları ağıllıdırsa, o millət daha inkişaf etmiş və sərbəst millət olub. Deməli, qadın güclüdür, zəkalıdır, qayğıkeşdir, övladdır, anadır, həyat yoldaşıdır, xanımdır, bacıdır və nəhayət, çox üstünə gedəndə canı sıxılan, az maraqlananda küsəcək qədər qəribədir. Əslində qadın zərif, ancaq çox güclü, ağıl qarışdıran, ancaq cəlbedici, insanı dəli edən, ancaq mükəmməl, əsas məsələ çox gözəl, cox sadiq, gözəl bir varlıqdır…
28. Məşhur yazıcı Q. Q. Markes xərçəng xəstəliyinə tutulanda ölümqabağı vəsiyyət xarakterli “Dünyaya məktub” yazmışdı. Orda hər cümləsi: “Mən dünyaya bir daha gəlsəydim… ” sözü ilə başlayan “məktub”.
Xəstəlikdən sağalıb uzun ömür yaşamasına baxmayaraq o “məktub” öz əhəmiyyətini itirmədi. Bəzən biz də dünyaya bir mesaj vermək istəyirik. Hansısa çətinliklərimizdən sonra. Sizin də dünyaya vermək istədiyiniz belə “mesajlarınız” varmı?
– Dərdinmi var?.. Boş ver demirəm, çünki dərd sənin dərdin. İstəsən də mümkün deyil. Sıxıntınmı çox? Düşünmə, düşündükə sıxıntıların ayaq açıb çoxalacaq. İçindəki qaranlıqlardanmı qorxursan? Qorxma…Hər qaranlığın işıqlı sonu var deyə düşünmək heç keçdimi ağlından? O zaman, o qaranlığın sonundakı işıqlı sonu görə bilmək üçün öncə içindəki qaranlığın zülmətində səni o işığa doğru aparan zərrəni axtar, o zərrəni tapdığında dərdlərin də, sıxıntıların da, qorxuların da o zərrənin işığında əriyib gedəcək…Yetər ki, sən səndə “O”ndan bir əmanət olduğuna inan və səndə onu gəz… Bu qədər bədbin olma,pis danışma ümidsiz olma, özünü buraxma. Deyirsən arzularıma çata bilmirəm, istediklerim olmur heyatda. Bitib tükenməyən arzulara çatmağı mümkünmü sayırsan? Arzulara çatmaq xoşbəxtlik deyil, yeni arzulara çatmaq həvəsidir sadəcə. Və ya arzuladığı həyatı yaşayanlar xoşbəxtmi məgər?
Deyirsən səvinməyə səbəbim, yaşamağa ümidim yoxdur. Gördüyün o sevinənlər,
“həyat gözəldir ” deyənlər xoşbəxtmi məgər? Sevinməyə səbəblər baxışlardan doğar, dostum, bu dünyaya, bu insanlara baxışından. Ən yorğun anında, yanına qaçan körpənin ya doğmalarının sənə sarılmağıdır xoşbəxtlik. Ananın dizlərinə baş qoyub uşaqlaşa bilməkdir xoşbəxtlik. Lap sevginə qovuşmasan belə, onun varlığını duya bilmək, ruhunla ruhuna sarılmaqdır xoşbəxtlik.
Arzular da yarpaq kimidir, dostum, payızda tökülən, yazda cücərən yarpaqlar kimi.
Arzular da solar, ölər və yenidən doğular bir sabah. Səni ovutmuram əsla, sənə öz həqiqətimi, öz səbəblərimi, öz inandıqlarımı deyirəm. Bu qədər insan içində tənhalaşma. Tənhalar hər axşam ölər yatağında, hər sabah yenidən ölmək üçün dirilər.
Sən tənha deyilsən, dostum. Sən varsan, arzuların və ümidlərin var. Səndən gedənə üzüldüyün qədər də, gələnə sevin, ölənə üzüldüyün qədər də doğulana sevin. Bilirsən, dostum, bir daş kimi, ağac kimi, heyvan kimi yaranmadığına sevin.
Nələrisə dəyişə bilən İNSAN kimi bu dünyaya gəldiyinə sevin. Acını böyütmə gözlərində, sevincini böyüt. Hər kəsi sevincinlə ovsunla, acılarınla sıxma, dostum. Sən tək deyilsən, bu dünya var, bir də bu dünyada səni anlayacaq insanlar. İçindəki bütün insanlığa olan sevginlə bir Günəş kimi aydınlat ürəkləri. Və unutma ki, bir ürək günəş kimi nur saça bilir ürəklərə. Deyirsən sevdiyim də uzaqdır məndən, qovuşmaq da imkansız. Bəs o ürəkdən sevənlər, sevgisindən ölənlər, sevərək qovuşanlar xoşbəxtmi məgər?
Xoşbəxtlik sənin dediklərin o böyük səbəblərdə deyil, ən kiçik səbəblərdədir. Məsələn, bir sabah doğan günəşə baxıb dərindən nəfəs almaqdır xoşbəxtlik. Fəsillərin rəngində, yaxınlarının qəlbində özünü tapa bilməkdir xoşbəxtlik.
29. Niyə insanlar digər insanlara sevgini deyil, qorxunu aşılamaqla idarə etmək istəyirlər?
– Çünki özləri də kimdənsə, nədənsə qorxurlar. Əslində sevməyi, sevginin nə olduğunu bilmirlər.. İnsanların çoxu itirməkdən qorxar, sevməkdən qorxduğu üçün. Düşünməkdən qorxar, məsuliyyət gətirdiyi üçün. Danışmaqdan qorxar, tənqiddən qorxduğu üçün. Duyğularını ifadə etməkdən qorxar, rədd edilməkdən qorxduğu üçün. Yaşlanmaqdan qorxar, gəncliyin qiymətini bilmədiyi üçün. Unudulmaqdan qorxar, dünyaya bir şey vermədiyi üçün. Və ölməkdən qorxar, yaşamağı bilmədiyi üçün. Bütün mənəvi dəyərlərin bitdiyi dövrdür. Hazırda dünya qaynayan bir qazanı xatırladır. Biz isə bu qazanın içində atlıb-düşən qidayıq. Kim nə vaxt, necə yeyəcək o da bəlli deyil. Bəlli olan odur ki, normallıqdan çıxıb hər şey. Elə bir dövr gəlib ki, nə eşidiriksə, sorğu sualsız qəbul etməyə məhkumuq. Hər birimiz məhkumluq həyatı yaşayırıq bu dünyada, müddəti isə bir ömürlük..

Mən demirəm qorxuram, bu ölümün adından,
Yox, qorxmuram həyatın çətin olan anından.
Qorxduğum bir başqadır, mənim ömür payımdan,
Arzuların yarımçıq qalmasından qorxuram.

İnsanların fərqində olmadıqları bir sirr var. Hər kəsin ruhunda sevgiyə yer var. Sevgisiz qəddar dunyanın heç kimə faydası yoxdur. İnsanları içinə düşdükləri bu qaranlıq dünyadan çıxarmağa çalışmaq, sevgini, mərhəməti, əhv etməyin gözəlliyini və sevgi dolu olmağın ruha verdiyi rahatlığı danışmaq hamımızın vəzifəsi olmalıdır. Axı dünyanı sevgi xilas edəcək. İnsanların qəlbinə sevgi toxumlarını səpməkdən qorxmayın, sevin insanları, sevgiylə yanaşın, sevgi bəxş edin, sevgi dolu bir münasibət qurun. Bir insana verə biləcəyiniz ən gözəl şey sevginizdir. Ola bilər o insan sevginizə qarşılıq verməsin, bunu anlamasın, amma inanın bir gün gələcək və siz bunun nəticəsini mütləq görəcəksiniz. Sevginizdən utanmayın, şübhə etməyin, qaçmayın, onu duyun, paylaşın, ətrafınızdakılara bəxş edin. Sevgiylə əkilən toxumlar, sevgiylə böyüyən fidanlar nifrət paylaşa bilməz əsla! Sevgi verin ki, sevgi görəsiniz. Sevgi əkin ki, sevgi biçəsiniz və sevgi saçın ki, sevgiylə nurlanasınız. Yolunuzu hər zaman sevgi cığırından salın, çünki yalnız o cığır sizi insanların qəlbinə aparacaq, yalnız o cığır sizin həyatınızı gözəlləşdirəcək və sizə bəxş olunan həyatın nə qədər gözəl olduğunu anladacaq.
Yaradanınin sənə bəxş etdiyi ən gözəl duyğunu özünüzdən, həyatınızdan əskik etməyin. Yaradanı sevin, özünüzü sevin, yaradılanı da sevin, özünə görə olmasa da, Yaradanına görə sevin. Yetər ki sevin. Bunun üçün nə vaxta, nə pula, nə də başqa bir şeylərə ehtiyac yoxdur, bir ovuc boyda təmiz qəlb yetər.
30. Deyilənə görə həyat hisslərlə yaşayanlar üçün faciə, ağılla yaşayanlar üçünsə komediyadır. Siz nə düşünürsünüz bu haqda? Həyat hansı biridir sizin üçün? Ümumiyyətlə, nədir həyat?

– Nə 11 il təhsil aldığın orta məktəbdə, nə də 4-5 il oxuduğun ali məktəbdə öyrənə bilməzsən yaşamağı, dünyanı, həyatı. Heç bədii kitablarda da yazılmaz yaşamağın yolları. Bütün kitablar arzuların əsəridir, reallıqların deyil. Hər kitabda yaşanmışlardan daha çox, arzulananlar yazılar. Gerçək olan isə təkcə sənin yaşadıqların, sənin düşündüklərindir. Və o düşüncələr yazılanda öz bakirəliyini itirər.

Sən həyatı onunla baş-başa qalanda anlayacaqsan. Yeriyəndə deyil də, yıxılıb durduqca anlayacaqsan bu həyatı.
Əslində, hər kəs də anlamaz yaşamağı, bu dünyadakı varlığının səbəbini. Hərə bir cürə bitirər ömrünə yazılmış illəri. Hər kəs sabahlara bir az dərd daşıyır, bir az sevinc, bir az da quruca bir ad. Və bunları nə üçün yaşadığını biləndə anlayacaqsan bu həyatı.
Sarılışına möhtac insanların ümidi olanda, bağlı qapılara düşən açar, uzanan əllərdən tutan bir əl olanda anlayasaqsan bu həyatı.
Əsla demə boşdur həyat, mənasızdır yaşamaq. Sən bu qədər mənasızlıqda bir məna tapanda anlayacaqsan bu həyatı.
Arzuların olacaq və əlbət ki var. Bu arzuların içində tək biri belə gerçək olanda anlayacaqsan bu həyatı. Hər kəsdən incidiyin anlar olacaq. Dostlarından, yaxınlarından, lap elə özündən incidiyin anlar.
Bir də əlindən tutan əlləri, gözlərinə baxan gözləri görəndə, qəlbinə hopan sevgini yaşayanda anlayacaqsan bu həyatı.
“Kaş”larla təəssüfləndiyin keçmişdəki bir kövrək xatirəni xatırlayıb səhvini anlayanda, “bəlkə”lərlə güman etdiyin bir gözləntini olacaqmış kimi düşünəndə, “olmazsa olmasın” deyə özünü ovutduğun bir təsəlli ilə özündə bir rahatlıq hiss edəndə anlayacaqsan bu həyatı.
Ən geci də saçları ağarmış, dişləri tökülmüş, çoxunun səni unutduğu və bunun da səbəbini bildiyin bir zamanda anlayasaqsan bu həyatı. Bəlkə də heç bütün bunları bilmədən, yaşamadan yaxınlaşdın ölümə. Bax onda isə anlamadan bitirəcəksən bu həyatı…

Müsahibə üçün sizə təşəkkürümü bildirirəm 

Advertisements

24/02/2017 tarixində Yazılarım içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 25 Şərh.

  1. Namiq bəy, müsahibə üçün təşəkkür edirəm. Sözün düzü işinizlə, vaxt azlığı ilə bağlı ümid etmirdim belə tez cavablandırasınız. Uğurlar sizə.

    Bəyən

  2. Her vaxtiniz xeyir Sevinc xanim size sonsuz tesekkurlerimi bildirirem.O qeder xoşuma gelir ki sizin bu işiniz.Bizim òzùmùzù òzùmùze gòsterirsiniz.Deyirler òyrenmek hec zaman gec deyil bir daha her seye dùşùnulmùş folmada yanaşiriq biliklerimizi tekmilleşdirmek uçùn şerait yaradirsiniz.Bu defe ki mùsahibiniz de ureyimizce oldu.Onun her cumlesi her setri menim ùcùn kelamdir.O qeder soz demek isteyirem ki…bir onu demek isteyirem,oglum ne yaxsi ki varsan.

    tərəfindən bəyənildi 1 şəxs

    • Hərvaxtınlz xeyir, Kəmalə xanım. Çox təşəkkür edirəm sizə. Namiq bəyi tanıtmağa siz səbəb oldunuz. Və xüsusi təşəkkürüm də sizi bloqumda görməyimədir 😘💐🌹🌷🙏

      Bəyən

    • Cooox tesekkur edirem Anacan.Allah varliqinizi mene hec zaman cox gormesin.Anami cox cox isteyirem men.hedsiz hududsuz qedersiz..ellerinizden opurem bir daha.ne yaxsi varimsan canim Anam.ne yaxsiki menim Anamsiz.ne yaxsi menim boyuyumsuz.Allah saqliqli omur versin.Amin

      tərəfindən bəyənildi 1 şəxs

  3. F. Bekonun hec vaxt yadimdan cixmayan bir kelami var ; ” Fikirlerin de adamlar kimi oz gencliyi olur . Men sizi fikirlerin genci kimi gorurem. Sizin yaxşi fikirleriniz bashqalarini da ister -istemez yaxsh fikir demeye , yaxsi dushunmeye mecbur edir .Tamahkarligin ve herisliyin , laqeyidliyin ve biganeliyin hakim oldugu dunyamizda  insanliga hayqirişiniz kobudlaşmiiş ureklere , kirlenmiş ruhlara , xudpesend meneviyyatlara edilen en boyuk usyandir .Yollar var sonu zülmet,yollar var sonu aydın.
    Ve bu yollarda yürüyer sonu mechul insanlar.Her kes öz ümidine belenib çıxar bu yollara. “Her şey yaxşı olacaq” ümidi aparar insanı uzaqlara, “qismet  budur” olar arzularından yıxılan insanın tesellisi.Bu yollarda doğular, böyüyer, ümidler. Bu yollarda yoğrular insan. Ya nadan olar,
    ya da İNSAN.Kiminin başdaşına yazılacaq birce adı, kiminin de her an onu xatırladacaq emelleri qalar bu yollarda.sizin ele gozel yolunuz varki..Allah yolunuzu daima her işinizde xeyirlisinden nura boyasin. Arzulariniza  çatasiz,
    Çatıb xoşbext olasiz,
    Ezablardan uzaqda,
    Sevgi’yle yaşlanasiz. Menede bu Tanitiminizda yer ayirdiqiniz ucun sonsuz tesekkur edirem.ve illada istirak etmeyim ucun mene boyuk zaman verdiyiniz ucunde minnetdaram.eslinde siz bu musahibelerlede ozunuzu tanidirsiz anlayana.Allah size yar ve yardimci olsun.Amin.mende sizin yaxsiki tanidim.xos oldu mene.

    tərəfindən bəyənildi 1 şəxs

    • Xoş gəldiniz, Namiq bəy. Sizi müsahibim görmək xoş olduğu kimi, bloqumda da görmək xoşdur. Həm müsahibə, həm dəyəriniz və diqqətiniz üçün sizə sonsuz minnətdaram. Gərək yolumuzu doğru seçək ki, bizdən nümunə götürüb yaxşı əməl sahibi olan gənclərimiz olsun. Necə ki, biz vaxtında yaxşılara baxıb ibrət götürdüyümüz kimi. Zəmanə getdikcə dəyişir, gərək gözümüzü dörd açaq ki, gələcək nəsil üçün nələrisə, yaxşı mənada, qoyub gedə bilək.
      Bir daha təşəkkür edirəm sizə.

      Bəyən

      • Her zaman xoş gunlerinizin sedasi gelsin InshAllah.qarsiliqlidir hersey.hormetiniz deyeriniz.Allah her zaman can saqliqi nesib etsin.siz artiq oz yolunuzu secmisiz.Allah imkan vermesin heczaman sizi duz yoldan cekindirmek isteyenlerden qorusun.Amin Allah.siz boyuk ibret goturelesi bir iz qoymusuz.Allah qelbinize gore sizi herzaman deyerlendirsin InshAllah.bir daha men size tesekkur edirem.var olun deyerli eziz olasiz herzaman.

        tərəfindən bəyənildi 1 şəxs

  4. Axsamin xeyir olsun Sevincim, bu kelmeni tam eminlikle soyleyirem.Sevincim!!!Belkede tek men demirem bu Sevincim sözunu.Üreyinde özume isti yer tapdiğim, sirdaşim, yeri gelende anam, bacım, yeri gelende refiqem,en esasi heqiqi bir dotum deyerek ustune qaçdìğim Sevincim.Allahima min şukurler olsun ki, hec vaxt meni yanliş insanlarla rastlaşdırmadı.Seni mene tanidan sebebkara da, cox minnetdaram.Heç vaxt unutmaram onun bu cumlesini, “Xanim olmağina baxma ehtibarli dostdur Sevinc, yaxinilq versen pešman olmazssn.Amma sevdiyini kimlese paylaşmir “dedi 😂
    Bilirsen ureyim her kesle yola cixmaq olmur, cumlelerim sebebsiz deyil.Yazdigin şerh ureyimi terpedib.Heqireten urek dašiyan biri heç vaxt elediyi yoldaşligi, dostuğu, bir sufrede kesdiyi cöreyi unumaz! Harda olursan ol her zaman yanindayam, gucum yetdiyi ana qeder.
    Men açiq sözlu biriyem, bu defeki musahiben heqireten ureyleri terpeden oldu.Incimesinler men bura sene gore gelirem, gorum neler tapdin?Kimleri keşf etdin? deye.Tek kelmeyle MÖHTEŞEM.👏👏👏👍👍👍Siz her bir musahibinize eynilikle yanaşirsiz, Namiq qardaşımızsa layk xatirine deyil, tam semimiyyetiyle cavablandirib.Ve cumleleri tek-tek secerek.Cox sag ol deyirem ki, bu gunki dövrumuzde bu cur diplamatlarin oldugun tanitdin bize.
    Bir cumlesi burda meni cox duyğulandirdi, ANA kelmesini öz anasindan bašqa birine bu sevgiyle ana sòylemek, anasi qeder sevir demekdi.Bu munasibetinize göre her ikinizin qarşinizda baş eyirem.Çunki ana menim en hessas nöqtemdir😢

    tərəfindən bəyənildi 1 şəxs

    • Axşamın xeyir, adı kimi mətanətli Mətişim. Xoş gəlmisən sən də 😘😘😘💖 söz xatirinə demirəm bunu: sən həqiqətən dostluğa layiq birisən. Şükürlər oldun ki, məni də Allahım tanlış insanlarla qarşılaşdırmayıb. O adama elə mən də sağ ol deyirəm)) mən etibarlıyam düz deyir, amma o vəfasızdı)))
      Can Allah ananın yerini cənnət eləsin inşAllah.
      İnan ki, 8-ci müsahibimin kim olacağına qərar verməkdə çətinlik çəkirəm. Namiq bəy möhür vurdu deyəsən ☺️

      Bəyən

    • Men size sonsuz tesekkur edirem bir daha.Ele suallar var ki,dilde cavabı olur. Ürekle verilen cavablar ise zamanla tesdiq edilir.Sevinc xanimin suallarida derin suallar idi.verdiyi deyericekdiyi eziyyete boşa vermek menim ucun haqsizliq olardi.iş mehdudiyyetlerime gore basqada yazardim ama bu qeder caTdira bildim.Tanrı her kesi xoşbext elesin. Özüne,sözüne Uyğun olanı nesib etsin her bir insana.sizde oz ruh hermenada siz yaxin olan bir insani nesib.heczamanda ayri salamasin InshAllah.Insanlar var tək ürəyi,Dünyanın özü boydadır.Allah ikinizide qorusun.minnetdaram her sey ucun.

      tərəfindən bəyənildi 1 şəxs

      • Canim can dostum her kelmen bir yawam her kelmen bir heyat ayy delim…..
        Üzü gülüb bəzən gözləri ağlayan bir can dostum var menim.ürəyi uşaq tək kövrək olan bir can dostum var menim.Hər zaman inandığım, dərdləşdiyim bir can dostum var menim.Bəzən səbəbsiz acılayan,istəmədən əsəbini mənə tökən bir can dostum var menim)
        Məni hər kəsdən,hər pislikdən qoruyan bir can dostum var menim.Həyatın gözəlliyini,çirkabını,insanların riyakarlığını mənə sübut edən bir can dostum var menim.Hərbüdrəyəndə məni yüksəklərə qaldıran bir can dostum var menim.Məni mən kimi qəbul edib dəyişməyə məcbur etməyən bir can dostum var menim.
        Nə zaman gözlərimdə yaş görsə,onu silə biləcək gücə sahib bir can dostum var menim.Hər ağlıma gəldiyi zaman Rəbbimə şükür etdiyim bir can dostum var menim.Dostluğun var olduğunu və onun gücünü mənə sübut edən bir can dostum var menim.yaşamaq üçün sevinmek var olmaq ucun sebebim olan bir can dostum var menim.SENİ VEREN ALLAHA ŞÜKÜRLER OLSUN QURBAN OLDUĞUM CANIM MENİM QİYMETLİM HER ZAMAN BELE HORMETLE SEVGİYLE BELE GÖZEL DOSTLUQLARLA VAR OL.ALLAH SENİ NEZERLERDEN SAXLASİN.AMİN İNŞALLAH QURUR MƏNBEYİM MENİM.CANIMDAN ÖTEM CAN DOSTUM MENİM. QURBAN OLARAM O GÖZLE QELBİNE…SENİNKİ COOOOOOOOX İSTEYEREK. LAAAPP COOOOOOOOX.CAAN

        tərəfindən bəyənildi 1 şəxs

        • Deli qiz cox tesekkur edirem.Sebebsiz olmayib axi,sen her seyin sebebini bilirsen.hirslendirib gende durursan)).Allah omur versin bu dostluqu qorumaqa.sen menim ucun esl can dostusan.sen menim ucun cox cox deyerlisen.herzamanda elimden ne gelirse sene komek olacam bu dostluq ucun.senin qelbin gozeldir deli qiz.safdir sevgi doludur.Allah seni aqlatmasin hec.menim silmeyimede gerek qalmasin.olarsa yalniz sevinc goz yaslari olsun.Amin.Allah senide qorusun bir yerde bu dostluqu daima yasatmaq ucun.mende seni cox isteyireem Allahimin dost emaneti.yaxsiki varsan deli qiz herzaman var ol.cox cox saqol varliqin dostluqun ucun.tesekkur bir daha

          Bəyən

          • Ay canım menim delim ))anladım canım dostum )qiymetlim menim seni veren Allaha milyon kere şükürler olsun sene qurban olaram men saçının bir teline ömrümü vererem.seni tanıdığım gün doğum günümdü menim huzurum menim.men teşekkür edirem varlığın dostluğun üçün kankam)Allah heyatını her zaman güneş tek parlaq etsin bilirsen her an dualarimdasan DUAM 🙏 MENİM 🙏🕊🕊🕊🕊🕊

            Bəyən

      • Əziz dostum sizi tanıdıqca tanıdığıma, dostluğunuza güvənib rahatlıqla dostum deyə bildikcə dostluğunuza,hər dəfə ürəyinizin gözəlliyini yendən təkrar-təkrar kəşf etdikcə varlığınıza şükür edirəm.Nə yaxşı ki varsız və nə yaxşı ki dostlarınızın sırasındayam və mənə özəl, doğma olan dostlarımın sırasındasız.Müsahibəniz hər şeydə olduğu kimi özünüzə məxsus, möhürünü vuracaq qədər gözəldi.Məncə artıq möhürünü vurub da☺Həyatın hər anında, hər addımınızda uğur, xeyir sizinlə olsun İnşAllah.Qarşınıza kimlər, nələr, necə çıxır çıxsın bir ömür bu daxilən saflığınızı, mənən təmizliyinizi, insan kimi insanlığınızı itirməyəsiz bir ömür. Allah sizi qorusun dostum dedikdə dostluğuyla qürur duyduğum əziz dostum.Amin.Yaxşı ki varsız.

        tərəfindən bəyənildi 1 şəxs

        • Mende senin kimi dostum olduqu ucun Sukurler olsun eziz dostum.taniyandan hec pesman olmadiqim eziz dostum.ne yaxsiki sende varsan,ne yaxsiki sende menim eziz dostumsuz.gozel goren ureyine saqliq.Amin Allah.men hezaman dua edende herzaman edirem.en birinci Aqlimi nefsime qurban vermeye imkan vermesin.Insanliqimizi elimizden almaqa imkan vermesin.Allah senide qoruyub herzaman ureklerde uca etsin.Amin.sende esl qurur verecek dostsan.yaxsiki varsan.yaxsiki dostumsan.yaxsiki seni taniyiram.Allah yar olsun sene.butun pisliklerden qorusun.Amin

          Bəyən

  5. Salam Sevinç xanım her vaktiniz xeyır musahibinizin can dostu olaraq burda yazmaq ayrı bir hisss…var olasınız ezizim o qeder qiymetli deyerli insan musahibiniz ki..ondan yazacak o qeder kelmelerim xos sözlerim derin hormetle sevgi dostluq insanliq duygularım var ki hansi kelmeyle bu hislerimi anladacagimi bilmirem…..minlerce şükürler olsun bele göze Insanin be qiymeti olculmeyecek qiynete sahib dostun varlığına.Deyerli insan gözel canım dostumun verdiyiniz suallari mükemmelcesine cavablandirmasi herkesin heyranliqla herkesin yaw ferqi olmadan heyat dersi alacaqcasına oxuması can dostumun nece mudrik mükemmel ve en esası esl insan olmasının en gözel numunesidir..size uğurlar arzu edirem canim.Allah size gözel günler nesib etsin.❤ ve bir daha sonsuz tesekurumu bildirirem.

    tərəfindən bəyənildi 1 şəxs

  6. Salam əzizim Sevincimiz.Hər dəfə zəkasına,düşüncəsinə, ürəyinin zənginliyinə heyran olduğum dəyərli insan.Yazdığınız hər yazıda gördüyünüz hər işdə özünüzə məxsus dəstixəttiniz var.Bu müsahibəniz və müsahibənizdəki dərin mənalı düşündürən suallarınız kimi.Allah çətin bildiyiniz hər işi və başladığınız bu şərəfli olduğu qədər də məsuliyyətli işinizi asana çevirib sizə güc,səbir versin.Rəbbim daxilinizdə toplanıb bölüşmək istədiyiniz hər gözəlliyi,hər istəyinizi etməyə yol açsın sağlıq, fütsət versin Amin.Yaxşı ki varsız əzizim və şükür ki, sizin daxili zənginliyinizdən, dərin düşüncənizdən qidalanma şansım var.Allah sizi qorusun, əskikliyinizi yaşatmasın Amin

    tərəfindən bəyənildi 1 şəxs

  7. Fikirlerim | 27/02/2017 tarixində, saat 03:01
    Əziz dostum sizi tanıdıqca tanıdığıma, dostluğunuza güvənib rahatlıqla dostum deyə bildikcə dostluğunuza,hər dəfə ürəyinizin gözəlliyini yendən təkrar-təkrar kəşf etdikcə varlığınıza şükür edirəm.Nə yaxşı ki varsız və nə yaxşı ki dostlarınızın sırasındayam və mənə özəl, doğma olan dostlarımın sırasındasız.Müsahibəniz hər şeydə olduğu kimi özünüzə məxsus, möhürünü vuracaq qədər gözəldi.Məncə artıq möhürünü vurub da☺Həyatın hər anında, hər addımınızda uğur, xeyir sizinlə olsun İnşAllah.Qarşınıza kimlər, nələr, necə çıxır çıxsın bir ömür bu daxilən saflığınızı, mənən təmizliyinizi, insan kimi insanlığınızı itirməyəsiz bir ömür. Allah sizi qorusun dostum dedikdə dostluğuyla qürur duyduğum əziz dostum.Amin.Yaxşı ki varsız.

    tərəfindən bəyənildi 1 şəxs

  8. Salam deyerlim ,sevgi meleyim Sevincim🌹Cox sagol ki oz deyerli fikirlerini ,maraqli melumatlarini bizimle paylawirsiniz.Sizin taniwliq rubrikaniz deyerdim ki heyratamizdir .Namiq qardawimiza oz derin tewekkurumu bildirirem gozel musahibeye gore ne yaxwi ki bele savadli ,derin intellekte mexsus genclerimiz var .Sizi dunyaya getiren size terbiye veren ananin qarwisinda baw eyirem ellerinden opurem ,varliginiz ucun qadina qiza anaya verdiyiniz ucun cox cox tewekkur edirem size Namiq qardawim. Menim canimnan cox sevdiyim qardawimin adi da Namiqdir 1 ildir haqq dunyasindadir Allahim onun torpagi sani omur versin size .Amin 🙏Coxdandir saytda kommentariya yazmirdim sizin cavablariniz o qeder dolgun mohtewemdir ki men rey yazmaya bilmezdim.Allah sizi qorusun🙏

    tərəfindən bəyənildi 1 şəxs

    • Xos axsamlar bacim.cox cox saqolun bele deyer verib deyerlendirdiyiniz ucun.Men valideynlerimizin qarsisinda bas eyirem.ellerinden opurem.mekanini deyismis VAlideynlerimizin ruhu şad yeri Cennet olsun.Amin.Allah qardasiniza qeni qeni rehmet eylesin.mekani Cennet olsun.Amin.bele deyer ucun cox cox saqolun.VAllah bir qeribe oluram.kovrelirem yazilariniz qarsisinda.ne deye bileremki eziz olasiz sizlerde.Allah sizleri qorusun sevdiklerinizi ezizlerinizi.Amin.cox cox saqolun hersey ucun.

      Bəyən

  9. Ben Bursa dan Yücel.Siz Azerbeycan da yaşıyorsunuz ama Türk yemekleri seviyorsunuz.Orda varmı bu yemekler? Kendinizmi yapıyorsunuz?

    tərəfindən bəyənildi 2 şəxs

    • Xoş gördük. Biz bir millət iki dövlətik. Soyumuz, kökümüz eyni, mədəniyyətimiz oxşar. Bəli, türk mətbəxindən sevə-sevə yararlanırıq. Bizdə, Azərbaycanda hara baxsan türk resteronlarıdır. Amma mənim bloqumda paylaşdığım bütün yeməkləri özüm (kendim) hazırlayıram.

      tərəfindən bəyənildi 1 şəxs

  10. O zaman türkiye ye geleceğinizi umuyorum☺
    Çok farklı ve güzel olan her konuda yazıyorsunuz.. Ama daha ortak tarafımız,mutfak ve samimiyet.Sizi tanıdığıma çok sevindim😊😊😊
    Hayat bir bardak su kadardır unutmayın…ister bir seferde içersiniz…ister yudumlayarak. .yavaş..yavaş..Sağlıklı kalın👍

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: