“Kaş ki” dediyim səhifələr var, amma silmək imkansızdır…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 6-cı yazı)

image

Cüməniz mübarək, dostlar. Bir həftə beləcə gəlib keçdi, yenə tanışlıq zamanı çatdı. Bu günkü müsahibim şagirdlərinin sevimli müəlimi, ürəyi yurd həsrətli Fədayə Əsgərovadır.

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Çox düşündüm özümü necə təqdim edim və mənə elə gəlir ki, bir cümlə yetərlidir. Qarabağın gözəl təbiətini öz ruhunda əks etdirən sadə bir vətəndaş.
2. Uşaqlarınıza dərhal oxumağı öyrətməyin. Onlara oxuduqlarına sual verməyi öyrədin. Sonra hər şeyə sual verməyi öyrədin. (Corc Karlin). Çətin bir peşənin sahibisiniz, uşaqlarla işləmək sizi yormur ki?  
– Uşaqlarla işləmək böyüklərlə işləməkdən rahatdır. Uşaqların gözlərinə baxanda nə qədər saf, səmimi, günahsız olduqları hiss olunur. Onlar səhv etsələr belə bilərkdən etmirlər. 
3. Kiminlə güldüyünü unuda bilərsən, kiminlə ağladığını isə, əsla…kimdir ağlayanda sizinlə birgə ağlayan?
– Mənə elə gəlir ki, qadınların gözlərini güldürmək ağlatmaqdan da çətindi. Ağlayanda yanımda rəfiqələrim və yaxınlarım olur.
4. Yalnızlıq iki cürdür. Biri var cismani yalnız olmaq, biri var qalabalıq içindəykən ruhən yalnız olmaq. Sizdə bunlardan hansısa biri varmı?
– Mən o insanlardanam ki, hər kəs varkən ətrafımda heç kim yoxmuş kimi gəlir mənə.
5. Azərbaycan qadını çarşabdan çıxıb başını açanda, müasirləşdi deyə sevincimdən papağımı çıxarıb göyə tulladım. O gün bu gündür papagımı tapa bilmirəm…(Cəlil Məmmədquluzadə) Sizin fikrinizcə qadın çarşabda qalsaydı bu gün həyat daha gözəl olardımı?
– Məncə insanın düşüncəsi sağlam olmalıdır. Çarşaba bürüməklə, qadını əsarətdə saxlamaqla heç nə əldə etmək olmaz. Uşaqların tərbiyəsində ən çox qadınlar rol oynayır. Hüququ, təhsili olmayan bir qadın övladına nə verə bilər ki.
6. Bu gün sevən sabah nifrət də edə bilər, belə deyirlər. Sizcə sevgidən nifrətə olan bu yol niyə belə qısadır?
– Sevginin içindəki nifrət də elə sevgidir. Sənə elə gəlir ki, nifrət edirsən, amma qəlbinin dərinliyində yenə sevirsən.
7. Həqiqi mənada sevən, həqiqi sevgiyə layiq olanlara sevgi göstərən və sevməyi maddiyatdan uzaq tutub, bu işi Allah üçün edən insan, hayatda sevgi dolu insan olaraq tanınacaqdır. Məncə indiki zamanda bunu çoxları dərk etməkdə çətinlik çəkirlər. Niyə belədir sizcə?
– Sevgini maddiyatla bağlamaq ta qədimdən var. Əsl sevən insan azdı həyatda, ya da bir tərəf güclü, bir tərəf bir az sevdiyi üçün alınmır.
8. Həyat nə qədər gözəl olardı… Bir insan həm aşiq, həm də sadiq olmağı bacara bilsəydi…! Necə düşünürsüz, həm aşiq, həm də sadiq olmaq çətindirmi?
– Mənə görə həm aşiq, həm sadiq olmaq çətin deyil. Amma bu insana görə dəyişir. Zəif insanın işidi verdiyi sözlərdən vaz keçənlər…
9. Minarədən düşən insanın parçası tapılsa da, könüldən düşən insanın zərrəsi belə tapılmaz. Gözünüzdən düşən biri oldumu?
– Əlbəttə, olub və gözümdən, könlümdən düşən insan mənim üçün heç nə ifadə etmir artıq.
10. Əbu Turxan deyir: “Pisi söyləməkdənsə, yaxşını öymək lazımdır” Ətrafınızda olan yaxşıların və pislərin qiymətini verməkdə xəsislik etmirsiniz ki?
– Əsla etmirəm, ədalətli olmağa calışıram.
11. Bir xanım üçün təhsil, sənət-peşə sahibi olmaq nə dərəcədə əhmiyyətlidir?
– Məncə hər bir insan çalışmalıdı ki, bir peşənin sahibi olsun. Amma bu qadınlar üçün daha vacibdir.
12. Dost üçün kürəyimi körpü etməyə hazıram, yetərki təmiz qəlbi daşıyan ayaqları keçsin üstümdən…varmı belə dostunuz?
– Dostum çox azdı. Amma illərə dayanan güvəndiyim çox sevdiyim sevincimi, kədərimi paylaşdığım dostlarım var. Hətta illərdi incidiyim bir dostum var ki, mən uzaqdan onun uğurlarını eşidib sevinirəm.
13. Təsəvvür edin ki, əlinizdə belə bir ixtiyar var: keçmiş adət-ənənələrlə indiki müasir cəmiyyəti sintez etməlisiniz. Keçmişdən gətirdiyiniz, indidən sildiyiniz nələr olardı?
– Mən kəndimizdə olan çadır toyları üçün darıxıram… kaş ki indi də toylar elə olaydı… deməzdim silərdim, amma bir az internətdən çox asılı olmuşuq, içi mən qarışıq))
14. “El-aləm nə deyər?” – yəqin ki, tanış ifadədir. Necədir bu fikrə münasibətiniz, ictimai qınaq lazımdırmı?
– Elə bizim evimizi “el-aləm nə deyər” ifadəsi yıxıb da. Bəzi insanlar oldu olmadı, düzdü və ya səhvdi fərq etməz bir söz tapıb ucundan tutub dartərlar. Hər kəs öz işiylə məşğul olsa yaxşıdı.
15. Sizə dünyada səadət bəxş edə bilən nemətlər hansılardır və bunlardan ancaq birini götürməyi təklif etsəydilər, nəyi götürərdiniz?
– ???
16. Nə qədər acıdır xoşbəxtliyə başqasının gözüylə baxmaq… Xoşbəxt olduğunuzu görə bilmə şansınız varmı, yoxsa hələ bu nemətin yolunu gözləyirsiniz?
– Məncə insan hər zaman xoşbəxt ola bilməz. Xoşbəxtlik bir gün və ya bir neçə saat ola bilir.
17. Sofokl deyib ki, xoşbəxtliyin birinci şərti ağıllı olmaqdır. Belə çıxır ki, xoşbəxt olmayanların ağıl sarıdan kəsiri var?
– Xoşbəxt olmaq üçün o qədər səbəblərin omalıdı ki… bu da bir insanda cəmlənə bilməz. Mən də deyirəm ki, xoşbəxt olmaq üçün bəlkə də ağılsız olmaq lazımdır))
18. Bəzi fürsətlər qapını yüngül döyər…qaçırdığınız fürsət oldumu?
– O qədər fürsətlər qaçırdım ki…
19. Bəzən qadınlara belə bir məsləhət verdiyim anlar olub: “Ürəyinizdə xəyanətin izi qalsa belə, bağışlamağı bacarın…” Sizə isə belə bir sualım olacaq – Xəyanəti bağışlayarsınızmı?
– Baxır xəyanət nə ilə bağlıdır. Bilmirəm, o anı yaşamasam, heç nə deyə bilmərəm.
20. Nə qədər insan gördüm ki, əynində libası yox,
Nə qədər libas gördüm ki, içində insan yox… İnsanları geyiminə görə tanımağa çalışırsınız, yoxsa geyiminə aldandığınız insanlar da oldu?
– Peşəmlə əlaqədar olaraq libaslar da görürəm, insanlar da. Amma kim desə ki, mən ilk görünüşə fikir vermirəm bu yalan olar. Amma söhbət zamanı kimin necə olduğu ortaya çıxır.
21. Şirin şeylər sonu yaxşı bitən ağrılardır… Fikriniz?
– Şirin şeyləri yeməmişdən əvvəl düşünmək lazımdır ki, sonra ağrıları olmasın. Bəzən də bilə-bilə özümüzü onun içinə atırıq.
22. Ömrə, günə etibar yox əzəldən
Bir də dönüb yarpaq olmaz xəzəldən.
Beşiyindən bizə tabut düzəldən
Bələyindən kəfən tikən dünyadır… Əksəriyyət bu dünyadan gileylidir. Amma heç kim də dünyadan əlini üzmək istəmir, yaşamaq istəyir. Şikayətçi olduğumuz dünyaya bizi bağlayan nədir belə?
– Necə ki, biz istədik istəmədik bu dünyaya gəlib və istəmədiyimiz halda gediriksə, deməli, bizi bu fani dünyaya bağlayan ümidlər, arzular, istəklər var. Bizim arzularımız bitmir, tükənmir. Ona görə də getmək istəmirik. Bəlkə də sevdiklərimizdən ayrılmaq istəmədiyimiz üçün, bəlkə də illərlə qurub yarardığımız malı-mülkü qoyub getmək istəmədiyimiz üçün…
23. “Oxuya bilsəniz, hər insan bir kitabdır”. Bir kitab olsaydınız, oxucularınız çox olardımı?
– Bir kitab olsaydım, əlbəttə, oxucularım çox olardı buna əminəm. Bəlkə də illərdən sonra o kitabı özüm yazdım.
24. …Heç olmasa xəyalın dumanlı aynasında
Səninlə bir anlığa gəlıb görüşürəmmi?
Yadına düşürəmmi?… Yadınıza tez-tez düşən, lakin əlinuzin çatmadığı biri varmı?
– Bəli, yadıma tez-tez düşən biriləri var, amma hər zaman Allaha dua edirəm ki, yadımdan çıxsın.
25. Dua ibadətin özüdür deyilir. Daima dualarınızda olan birinin adını deyə bilərdinizmi?
– Dualarımda olan insanlar çoxdu. Amma ən çox valideynlərim üçün dua edirəm.
26. Səhifələr, əslində, özündən əvvəlkinin izini daşıyır. Silib başdan yazacağınız səhifə varmı?
– Əlbəttə səhvsiz insan yoxdur. Kaş ki dediyim səhifələr var, amma silmək imkansızdır…
27. İnsanların etdikləri pisliklər onlardan sonra yaşayır, yaxşılıqlar çox vaxt sümükləriylə birlikdə basdırılır. Yaxşılıq niyə tez unudulur sizcə?
– Baxır yaxşılığı kim unudur. İnsanlar unutsa da Allah bir gün onun əvəzin qaytarır.
28. Könlüm keçir Qarabağdan…davamını necə yazardınız?
– Könlüm keçir Qarabagdan… bir qarabaglı olaraq qəlbimin ən həssas yerinə toxunur bu cümlə və bunun ardını belə yazardım: “Orda bir kənd var uzaqda, o kənd bizim kəndimizdi, getməsək də gəlməsək də, o kənd bizim kəndimizdi…” İnşallah tezliklə ora getmək bizlərə qismət olar.
29. Elə cinayət var ki, bağışlanmır – o, Vətənə xəyanətdir. Sizdən vətənə xəyanət edən birinə cəza istəsəydilər, hansı cəzanı kəsərdiniz?
– Vətənə xəyanət edənin cəzası ölümdür. Başqa cəzası yoxdur. Vətənin qoruya bilməyən anasın da qoruya bilməz.
30. Deyilənə görə həyat hisslərlə yaşayanlar üçün faciə, ağılla yaşayanlar üçünsə komediyadır. Siz nə düşünürsünüz bu haqda? Həyat hansı biridir sizin üçün?Ümumiyyətlə, nədir həyat?
– Demək ki, mən həyatı hislərimlə yaşadığım üçün bəzən faciəli gəlir))) Məncə biz həyatımızı istədiyimiz kimi yaşaya bilmirik, ya buna ətrafımızdakılar mane olur, ya da başqa səbəblər.

Müsahibə üçün sizə təşəkkür edirəm

17/02/2017 tarixində Yazılarım içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 2 Şərh.

  1. Çarşaba bürünmək heç də əsarətdə olmaq demək deyil. Müsəlmanam deyən hər kəs dinini araşdırmalıdır və İsman dininin qadınlara verdiyi dəyəri, hüququ yalnız doğru araşdırma nəticəsində tapacaq inşəAllah. Yoxsa ki, nənəm belə dedi, babam belə söylədi, internetdən də bunu oxudum və s. Adi bir yemək bişirərkən adam hər rastına çıxan resepti sınamır ki. Daha etibarlı bir resept əldə etmək üçün araşdırır, soruşur. İnsana axirətini verəcək elmə niyə bu qədər səthi yanaşır ki İnsan oğlu, anlamıram.
    Tanıtım üçün təşəkkür edirəm, Sevincim 🙂 Allah razı olsun sizdən.

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: