Namaz və onun qaydaları (3-cü hissə)

image

Söz verdiyim kimi bu yazımda sizə dəstəmazın alınma qaydası və dəstəmaz zamanı oxunan dualardan danışacam.

DƏSTƏMAZIN MÜSTƏHƏB ƏMƏLLƏRİ:

1– Üzü yumazdan qabaq əlləri yumaq;

2– Ağıza su alıb yaxalamaq;

3– Buruna su alıb yaxalamaq;

4– Aşağıdakı duaları oxumaq. 

DƏSTƏMAZIN QAYDALARI VƏ MÜSTƏHƏB OLAN DUALARI:

Niyyət etmək: dəstəmaz alacağını qəlbdən keçirmək.

Müstəhəbdir ki, dəstəmaz alan şəxsin nəzəri suya düşəndə desin:

Allahın adı ilə. Həmd olsun Allaha ki, suyu pakedici qərar verib, nəcis qərar verməyib.

Dəstəmazdan qabaq əllərini yuyanda desin:

İlahi, məni tövbə edenlərdən, pak olanlardan qərar ver!

Ağzını su ilə yaxalayanda desin:

İlahi, səninlə görüşdüyüm gün hüccətimi mənə təlqin et! Və dilimi sənin zikrinlə danışdır!

Burnuna suyu çəkdiyi vaxt desin:

İlahi, mənə cənnət iyini haram etmə və məni cənnətin iyini iyləyənlərdən qərar ver!

Üzünü yuyanda desin:

İlahi üzlərin qara olduğu gün mənim üzümü ağart və üzlərin qara olduğu vaxt mənim üzümü qaraltma!

Sağ əlini yuyanda desin:

İlahi, mənim əməl kitabımı sağ tərəfdən əta et və cənnətlərdə əbədi qalmağı əta et və mənim hesabımı yüngül hesablardan qərar ver!

Sol əlini yuyanda desin:

İlahi, mənim əməl kitabımı sol əlimə və arxa tərəfdən vermə və əməl kitabımı boynumdan asılı halda qərar vermə!

Başına məsh edəndə desin:

İlahi və Rəbbi! Məni Öz rəhmət, bərəkət və əfvinlə ört!

Ayağına məsh edəndə desin:

İlahi və Rəbbi! Qədəmlərin lərzəyə gəlib sürüşdüyü gündə məni Siratda sabit qədəm et! Və səyimi Sənin məndən razı olduğun şeylərdə qərar ver, ey Cəlal və İkram sahibi!

Əziz dostlar, dəstəmaz almağın qaydalarını bir daha ardıcıllıqla verirəm:

Niyyət etmək, əlləri yumaq, ağzı su ilə yaxalamaq, buruna suyu çəkmək, üzünü yumaq, sağ qolu dirsəkdən barmaqların ucuna qədər yuxarıdan aşağı yumaq, sol qolu da eyni ilə, başa məsh etmək, qulaqlara məsh çəkmək, ayaqları yumaq və ya məsh etmək.

DƏSTƏMAZI BATİL EDƏN ŞEYLƏR

1– Sidik;

2– İfrazat;

3– İfrazat məxrəcindən xaric olan mədə və bağırsaq yeli;

4– Gözün görmədiyi və qulağın eşitmədiyi yuxu;

5– Ağlı aradan aparan şeylər (dəlilik, məstlik kimi);

6– Qadının istihazəsi;

7– Qüsul alması lazım olan işlər (cənabət kimi) və ehtiyat vacibə görə məsh meyit.

Növbəti dəfə qüsldən və onun alınmasından danışacam. Allaha əmanət olun.

14/02/2017 tarixində Dinimiz, imanımız içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 5 Şərh.

  1. Dəstəmazsız namaz yoxdur deyib Peyğəmbərimiz Muhəmməd (s.a.s.). Ona görə də dəstəmazın doğru dürüst alınmasına fikir verməliyik.
    Dəstəmaz zamanı hansısa duanın, sözlərin deyilməsinə gərək yoxdur. Allahın Rəsulu etmədiyi bir şey etmək olmaz.
    Təşəkkür edirəm, Sevinc.

    Bəyən

    • Mən də sənə təşəkkür edirəm, mələyim. Yəni deyilməsi vacib deyil, bəli, amma demək də günah deyil məncə. Bəs ağıza su alıb yaxalamaq necə, vacibdirmi?

      Bəyən

      • Sevinc, bizə Allah rəsuluna itaət etmək əmr olunduğundan Peyğəmbərin etmədiyini etmək olmaz.
        Ağıza, buruna su almaq vacibdir, bəli 🙂 Əllər də həmçinin.

        Bəyən

        • Amma məni dünən səhv çıxarırdılar az qala ki, bəs ağıza su almaq olmaz, günahdı. Yaxşı ki məni müdafiə edənlərin sayı daha çox oldu. İddiaları da bu idi ki, bəs mən sünni namazını təbliğ edirəm, şiələr belə namaz qılmır. Mən də başa saldım ki, mənimçün sünni, şiə söhbəti yoxdur, hər ikisi mənimdi. Vacib olan müsəlman olub imanlı olmasıdır. ☺️

          Bəyən

          • Bay bu da təzə söhbətdir? Mən elə bir şey eşitməmişəm.
            Sevinc, belə yerdə deyirlər də, qulaq gündə bir söz eşitməsə kar olar 🙂

            Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: