…susanda danışmadın deyə peşman, danışanda susmadın deyə məhv edən həyat… (Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 5-ci yazı)

imageHə, əzizlərim, yenə həftənin cümə gününə gəldik. Bu müqəddəs günü çoxumuz həsrətlə gözləyirik, müqəddəsliyi xatirinə dualarımız qəbul olsun, günahlardan təmizlənək deyə. Bəziləri də müsahibə günü kimi yadda saxlaya bilər. Gözləyər ki, görək bu gün Sevincin müsahibi kimdir görəsən?.. İçinizdə belə biriləri varsa, çox-çox təşəkkür edirəm. Gözləməyib oxuyanlara da təşəkkürüm sonsuzdur, zaman ayırdıqları üçün.

Bu gün müsahibim İnci xanımdır. Sözün düzün deyim ki, İnci xanımla yaxından tanışlığım yox idi. İnstagram səhifəmdə yazılarıma biganə qalmırdı, oxuyurdu, fikir bildirirdi. Hətta müəllifi olduğum bir şeiri öz səsi ilə öz səhifəsində səsləndirib də. Hiss edirdim ki, çox duyğusal biridir. Maraqlı gəldi mənə iç dünyası. İstədim bir qədər də yaxından tanıyım, dostlarıma da tanıdım. Sualları hazırlayıb göndərdim. Cavabları oxuyanda yanılmadığımı gördüm. Bilmirəm səbəb nədir, amma bəzi cavabları məni çox kövrəltdi… 

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Mən, “ayri_dunyalar” kimi tanıdıqları İnci – qayğıkeş ana, şagirdlərini sevən müəllimə. Şagirdlər qədər də şeirləri sevən insan. Nə yazar deyiləm, nə qiraətçi. Amma şeirlər ayrı dünyadı mənimçün.

Şeir mənim üçün bir kainatdır,
Onun ulduzları,
Günəşləri var.
Şeir mənim üçün sirli həyatdır,
Onun öz sevinci,
öz kədəri var.
Şeirə vurulduğum de aymı, ilmi?
Qəlbim arzularda, diləklərdədir.
Ən böyük kainat sənət deyilmi,
Sənət kainatı ürəklərdədir.
2. Qeyri- mümkun olsa da, deyin, əgər uşaqlığınıza qayıtsaydınız, nəyi özünüzlə götürərdiniz?
– Bilirəm mümkün deyil, amma qayıda bilsəydim saf uşaqlıq illərimə. Gəncliyimi də özumlə aparardım. Görum qarmaqarışıq dünyada addımlayan gəncliyim o illərdə necə olardı? Zərifənin sehirli xalatla keçmişə gedişi və keçmişdən gələcəyə baxışı kimi baxardım gəncliyimə.
3. Bəs uşaqlıq illərindən unudulmayan bir xatirəniz necə, varmı?
– Mən sərhəd rayonunda yaşadığım üçün uşaqlıq illərimin xatirəsi, müharibə, torpaqlarımızın itkisi, qorxu, həyacan dolu xatirələrlə qaldı yaddaşımda. Bir də yadımdadır ki, mən uşaq olanda nə nağıllara, nə də cizgi filimlərinə inanmırdım. Həmişə reallıqla müqayisə edərdim.
4. Azərbaycan qadını çarşabdan çıxıb başını açanda, müasirləşdi deyə sevincimdən papağımı çıxarıb göyə tulladım. O gün bu gündür papagımı tapa bilmirəm…(Cəlil Məmmədquluzadə) Sizin fikrinizcə qadın çarşabda qalsaydı bu gün həyat daha gözəl olardımı?
-Mənim fikrimcə həyatı gözəlləşdirəcək amillər çoxdur: insanlıq, vəfa, etibar, saf sevgi, möhkəm dostluq. Çarşaba gəlincə, keçmişdə də bu günümüzdə də çarşablı və çarşabsız qadınlar var. Öz ləyaqətini namusunu gözləyib qorumaq məncə çarşabdan asılı deyil. İnsan öz xasiyyəti, öz istəkləri ilə və cəmiyyətin fikrini nəzərə alaraq hərəkət edir.
5. “Dəyişikliklə qarşılaşınca dəyişən eşq, eşq deyil …” Sizcə, necədir…?
– Əlbəttə başqa fikirlərlə, başqa insanlarla qarşılaşanda dəyişən eşq, eşq deyil. İnsan əsl sevdiyini heç vaxt heç nəyə dəyişməz. Sadəcə bunu vaxtında anlamaq lazımdır.
Əgər sevginin nə olduğunu bilmirsə adam, sevgiyə kar olacaq qədər eşitməz, kor olacaq qədər görməzdirsə, onu sevdiyini səsin batacaq qədər qışqırsan belə duymayacaq. Sevgini hiss edib yaşayırsansa, əlin çatmayacaq qədər uzaqlarda olsa belə, öz gizli dünyanın ən dərin yerində ona sığınacaq verib kimlərəsə, nələrə dəyişmirsənsə eşqdi. Məsafələrin fərqinə varmadan, toxunmadan intizar dolu baxışlarla sevirsənsə sevgidir. Nəfəs qədər yaxınında hiss edib, amma bir ömür qədər uzaqdan, dəyişmədən sevə bilirsənsə sevgidir…Hər gün xəyallarda səninlə, realda intizarındırsa sevgidir. Sevgi də ruh kimidir hamı onun haqqında danışar, təsvir edər, amma çox az adam görər…
6. Dost onu da dartıb yıxacağını bilə-bilə, sən yıxılan zaman əl uzadandır…Belə dostunuz varmı həyatda?
– Dost büdrədiyin yollarda dayağın, Dost həyata küsəndə marağın, Dost qaranlıq gecələrdə çırağın olmalı ki, Dost deyəndə yadına Allah düşürsə demək ki, o insana dost demək olar. Ən pis təklik heç bir həqiqi dostun olmamasıdır. Necə ki, həqiqi sevgi nadir hallarda olur, eləcə də həqiqi dost nadir halda olur. Həyatda çox tanışlar var, amma həqiqi dost çox azdır.
7. İnsanların məqsədlərinə çatmağı üçün bəzən qurban vermələri lazım olur, məqsədiniz üçün qurban verəcəyiniz, ən son nə olardı?
– İnsan yaşadıqca istəkləri artır, məqsədlərinə çatmaq üçün çalışar. Günlər həftələrə, həftələr aylara, aylar illərə calanaraq özümüzdən köç edir. Əvvəl də, sonda da məqsədimizə çatmaq üçün qurban gedən illərimizdi…
8. Bir adam sənin ona ehtiyacın olduğunu söyləmədən hiss edirsə, o adam doğru adamdır. Həyatınızda doğru insanlar, çoxdur, yoxsa yanlışlar?
– İnsanı dinmədən, danışmadan anlayan ,hiss edən çox az adam tapılar. Mənim də həyatımda doğru insanlar azdır.
9. Freydin çox maraqlı, bir qədər də ironiya çalarlı fikri var:
“Hələ cavabı tapılmayan və qadın ruhuyla əlaqədar otuz il davam edən araşdırmalarıma qarşı mənim də cavablamağı bacara bilmədiyim çox əhəmiyyətli bir sual var: Qadın nə istəyir”. Öz dünyanızla əlaqələndirib deyin, istədiyiniz varmı, nədir bu istədiyiniz?
– Qadın sülh istəyir ailə adlı dünyasında…Qadın sevinc, xoşbəxtlik, qayğı istəyir könül adlı sarayında…Qadın tamamlanmaq istəyir sevgiyə möhtac cismində….Qadının istəkləri bitməz, tükənməzdir verəcəyi, hiss etdirəcəyi sevgisi kimi.
10. İnsanın özünə qarşı edə biləcəyi ən böyük pislik, özünə olan etibarını itirməsidir… Bu pisliyi etmədiniz ki, özünüzə?
– Ümumiyyətlə, cismimə, ruhuma pislik etdim bu günə qədər. Dəyər verdim, dəyərim itdi, könül verdim, sevdim zamansız bitdi…qayğı göstərdim, yox oldu getdi. Və beləliklə, inamım çoxlarına, hər kəsə itdi. Bir tək özumə etibarımı itirmədim, pislik etsəm də…
11. İtirəcək bir şeyi olmayan insandan qorxular. Bu həyatda ən çox itirməkdən qorxdunuz nədir?
– İtirəcək nəyim qaldı deməsin insan. İtirdiksə əşyaları yenisi olur, itirdiksə doğmaları həyat davam edir. Amma imanı, əxlaqı itirməyək, ləyaqəti, sədaqəti itirməyək. Bax bunları itirməkdən hamı qorxmalıdır. İtirəcəyim şey, məni idarə edən ağlımı itirməkdən…həyatin gözəlliklərinı görən gözumun nurunu..məni gəzdirən, Allahın önundə səcdəsinə əyilən dizlərimin taqətinin itirəcəyimdən qorxuram…
12. Bədii əsərin gücü nə vaxtsa bir nəfər tərəfindən yaşanmış duyğunun minlərlə adam tərəfindən dönə-dönə yenidən yaşanmasındadır. Bədii ədəbiyyatla aranız necədir? Olubmu oxuduğunuz hansısa əsərdəki obrazda özünüzü görəsiniz?
– Ümimiyyətlə, mütaliəni xoşlayıram. Hər kitab yeni bir dünyadı. İnsanın öz dunyası olur, öz dünyasında yaratdığı obrazını yaşadır. Bəzən həmin obrazı, oxuduğu əsərlərdə rastlaşdığı obrazlarda canlandırır özünü. Bir yazarın qələminin gücü də məhz bundadır. Əsər yazılar bir qələmin gücündə, bir yazarın hissində, amma özünü çoxları tapar bu əsərin məna dolu sətirlərində…Harda qəmli gözlər oxusan bil ki, o mənəm. Harda nakam sevgi oxusan bil ki, o mənəm. Harda sızlayan bir can oxusan bil ki, o mənəm…
13. Səhifələr, əslində, özündən əvvəlkinin izini daşıyır. Silib başdan yazacağınız səhifə varmı?
– Səhifələr özündən əvvəlkini, ötən günlər isə həyatımın izini daşıyır. Silinməz və anılarla dolu izlər. Silib başdan yaratmaq Yaradana məxsus. Silib başdan yazsaq, nə fayda yenə bu həyata məhkumluq davam edəcək və biz də həyat adlı zindanın günahını bilmədən cəzalandırılmış məhkumu. Ömur səhifəmiz yazıla-yazıla gəlir…Yaşadıqca yazılır…Mümkün deyil silib yenidən başlamaq. Amma hər son bir yeni başlanğıcdır. Nəyəsə son edib yeni səhifə başlamaq olar. Həyat davam edir…
14. “Quşlar kimi uçmağı, balıqlar kimi üzməyi öyrəndik, lakin bu vaxt çox sadə bir sənəti unutduq. İnsan kimi yaşamağı.” Sizcə, insan kimi yaşamaq unudulub?
– Unutdurdular zamanla hər şeyi, texnologiya əsri deyib özümüzü qurban verdik əsrin yeniliklərinə.
Rəhmətlik B.Vahabzadə demiş:

Yalan mamırlanıb ürəyimizdə
Haram maya tutub çörəyimizdə.
Yalana inandıq, doğrunu dandıq,
Yalandan nə bezdik, nə də utandıq.
Həqiqət qovuldu həyatımızdan,
Yalan bazannda satıldı vicdan.
Xəyanət gözüylə baxdıq hər şeyə,
Təpədən dırnağa döndük hiyləyə.

Hiylə zəhərindən o qədər içdik,
İndi yalan axır damarımızdan.
Sirat körpüsündən kələklə keçdik,
Dönmək istəmədik öz karı
Zamanm şər ilə söz birliyindən,
Haqqın zor əlində əsirliyindən
Qəlbimiz o qədər yaralanıb ki,
Hiylələr o qədər haqqı danıb ki,
Kələyi ağıldan seçə bilmirik,
Gerçəyi nağıldan seçə bilmirik.
O qədər əyriylə çulğalaşmışıq,
O qədər dolaşıq yollar aşmışıq
İndi hamar yoldan keçə bilmirik.

Tamam unudulub əcdaddan gələn
Gözəl xislətimiz, təbiətimiz,
Bu gün özümüzə yad olmuşuq biz.
Kiminsə dərdinə alışıb yanmaq,
Kiməsə əl tutmaq ar gəlir bizə.
Kimisə aldatmaq, nəyisə danmaq
Elə bil çevrilib xislətim
Gözümüz önündə haqq ölən zaman
Fəryad qopardıqmı?
Yox, susan olduq!
Biz ömür qazanıb susmağımızdan
Amma insanlığı uduzan olduq.
15. Bəzən sözlər, şüşə qırıqları kimidir, Ağzına dolar insanın…Sussan, ağrıdar…Danışsan, qanadar… Oldumu sizdə belə bir hal?
– Demək istəyib də deyə bilmədiyimiz nə çox söz var ürəyimizdə. Deyə bilmədiyimiz sözlərə görə də ən çox dəyər verdiklərimizi itiririk bir-bir…Necə deyərlər dinsəm öldürərlər, dinməsəm ölləm. Olubdu belə hal məndə də.
16. Başqaları üçün özünüzü unudun, o zaman sizi də xatırlayacaqlar…kiminçün özünüzü belə unudarsınız?
– Həyatımı dəyişmək rəng qatmaq istəsəm də o nə deyər, bu nə deyər deyə hər şeydən vaz keçdik. Özümü ailəm üçün unutdum. Bir sözlə “nə deyərlər”ə yaşadıq..Unutduq özümüzü …
17. Bəxtiyar Vahabzadə deyir:
Qorxuram dünyada bir zaman gələ
İnsamlar yaşaya, insanlıq ölə… – sizcə o zaman yaxınlaşıbmı?
– Ayrı cür yaşadıq biz ömrümüzü,
Adamlar korlanır, vallah, günbəgün.
Bizim vaxtımızda böyüyün sözü
Bir qanun olardı kiçiklər üçün.
Biz hara gedirik deyən yoxdu bir,
Nə kiçik tanınır, nə böyük indi.
Hərənin ağzından bir avaz gəlir, –
Çoxdan gəlib gedir belə o sadə kəlimələrlə şairin anlatdığı dövr. Mələk donuna girən şeytanları da gördük. İnsanlıq çoxdan ölüb məzar daşı da nadanlıq olub. Elə o dövrdəyik. İnsanlar yaşayır insanlıq ölür. Allah sonrakı əməllərdən qorusun.
18. Bəzən hardansa bir yerlərdən ən sevdiyin bir musiqinin səsi gələr…dəvətsiz qonaqlar gətirər özüylə…xatirələrin gələr…xəyalların gələr…bir tək o gəlməz…kimdir o?
– Musiqilər təsəllimiz…xatirələr, ən gözəl anlarımız dinlərkən gəlir xəyala tutub əllərimdən alıb götürür uzaqlara… Adından göründüyü kimi o bir xəyal….
19. Görünüşcə hər kəs insana bənzəyə bilər. Sizin görünüşünə aldanıb insan bildikləriniz oldumu?
– Fikrimcə görnüşə aldanmaq olmaz. Ən azından dahi Sokratın sözləri düşür yadıma: “danış deyim kimsən sən” Həqiqətən də geyim insanlıq deyil. Geyim insanlıgın ölçü meyarı deyil.
20. Həyat nə qədər gözəl olardı… Bir insan həm aşiq, həm də sadiq olmağı bacara bilsəydi…! Necə düşünürsüz, həm aşiq, həm də sadiq olmaq çətindirmi?
– Məncə xeyr. Mümkünsüz heç nə yoxdur bu həyatda. Elə əsl eşq o zaman sarsılmaz ki, onun təməli düzgünlüklə qurulsun. Sevgini yaşadan, sadiqlikdi. Sevən sevdiyinə sadiq qalarsa sevgiləri ölümsüz olar. Amma təəssüflər olsun ki, bunu çox az adam dərk edir.
Şair nə demiş:

Aşiq dedikləri nədir ki doyub
Çəkilər yolundan bir gün yorulub.
Bülbülün sevdasi mövsümlük olub
Baglarda saralan gülə qədərdi.
21. Sevgi və mərhəməti çox olan insanlar acı çəkərmiş. Acı çəkməmək üçün bu hisslərin sizdə olmamasını istərdinizmi?
– İnsanlar yaranandan formalaşır və inkişaf edir. Əgər bir insan bu iki müsbət cəhəti sevgi və mərhəməti qəlbində gəzdirirsə, demək o insan acı çəksə də Allahın nəzərində ən gözəl bəndədi. Mən belə yaranmışam belə də davam edəcəm həyatıma.
22. Qaranlıqdan qorxmamağı, yalnız qaranlıqda öyrənə bilərsən. Yaxud pisi görmədən yaxşının qədri bilinməzsən. – İnsanlar niyə belədir?
– İnsanlar niyə belədir? Bir hissi yaşamadan digərinin qədrini bilməz bəşər övladı. Çunki pisi görməsə yaxşını tanımaz, soyuqda üşüməsə istidə qızınmağı arzulamaz. Hətta məşhur qaynana filmində Sevdanın qədrini Afət gəlincə anladı qaynana. Necə deyərlər, köhnə elin qədri, təzə eldə bilinər…
23. Kişinin qadına nəzakətlə davranması, ona olan sevgidirmi?
– Nəzakət, mədəniyyət insanın ütüsüdür. Nəzakətli, mədəni olmaq ya kişi ol, ya qadın fərqi yox, sevgidən yox, xarakterden irəli gəlir. Kişi tanımadıgı qadına nəzakətlə davranırsa, o demək deyil sevgidəndi. Elə kişi var ki, sevdiyinə rəftarı kobuddur, bəs o zaman sevgi harda qaldı?
24. Bir xanım üçün təhsil, sənət-peşə sahibi olmaq nə dərəcədə əhmiyyətlidir?
– Çoooooox, həm də çox gərəkdir bir xanıma müstəqil həyatda büdrəməmək üçün. Heç bir qadın sığortalanmayıb ki, sabah başına nə gələcək.
25. Şansınız olsaydı, peşənizi dəyişərdinizmi? Və hansına?
– Elə şansım oldu ki, müəllim oldum. Müəllimlik gözəl və şərəfli peşədir. Hansı peşə sahibi olursan ol, müəllimin dərsin alıb peşəyə yiyələnirsən. Heç vaxt dəyişməzdim peşəmi, şansım olsaydı da. Müəllimliyimlə, sevgisini qazandığım şagirdlərimlə fəxr edirəm.
26. Pul olan yerdə xoşbəxtlik olmaz deyirlər, digər tərəfdən də pul özü xoşbəxtlik gətirir deyirlər…Siz hansı ilə razısınız?
– Xoşbəxtlik anlamı geniş anlamdır. Xoşbəxtlik təkcə pulnan ölçülmür. Pullu insanlar hamısı xoşbəxtdir ki bəyəm? Pul yaşayış tərzini düzəldər. Əsas insanda can saglığı, ailə səadəti, qarşılıqlı anlaşmadı. Bunlarla yanaşı yaşam tərzi üçün pul da lazımdır.
27. Çətin qazanıb, asan itirdiyiniz bir şeylər oldumu?
– Yeniyetməlik dövründən gəncliyə qədəm qoyandan gəncliyi, sevgini əziyyətlə qazanırsan. Çalışırsan ki, gəncliyinə ləkə düşməsin, sevgini itirməyəsən. Beləcə gəlib çatırsan ömrünün yarı yaşına, bir də baxırsan çətinliklə qazandığın gənclik, sevgi yel qanadlı illərdə itdi getdi…Vıktor Hüqo demiş: “40 yaş gəncliyin qocalıgı, 50 yaş qocalığın gəncliyidir”. Elə qazandığın da, itirdiyin də bu dövrlərdə olur.
28. “Dünya düzəlmir ki, düzəlmir, baba!” – nə oldu dünyaya belə?
– Bizlər hər zaman dünyanı, həyatı günahlandırırıq. Amma dunyanı abad edən də, bərbad edən də biz insanlarıq. Dünya düzəlmir, dünya vəfasız, dünya fanidi – bu kimi kəlmələrlə günahlandırırıq yaşadığımız dünyanı. Bəs günahsız günahkarlar olan, biz insanları niyə ittiham etmir dünya? Əməlləriylə ulu dünyani çirkablar gölünə çevirən insanı niyə ittiham edib müqəssir saymır dünya?…İnsanlar düzəlmir ki, bu dünya da düzələ. Bu yerdə yenə rəhmətlik B.Vahabzadənin sözləri düşdü yadıma:

Hara gedir bu dünya?
Başa keçdi gerçəyi
Əlimizdən çalanlar.
Bu dünyanın rəngini
Dəyişdirdi yalanlar
Hara gedir bu dünya?
Bu gözəl dünyamızdan
Gözəllik qovuldu, hey.
Könüllərin açarı –
Dillər qıfıl oldu, hey.
Hara gedir bu dünya?
Hər şey döndü tərsinə
Xeyir şərə qul oldu.
Haqqın çiyninə minmək
Yüksəlişə yol oldu
Hara gedir bu dünya?
Yalan evin içində
Gerçək qapı dalında.
Doğru çörəyə möhtac
Əyri cah-cəlalında
Hara gedir bu dünya?
Yolumuz duman olmuş,
Yaxşılar yaman olmuş.
Haqq bu gün öz haqqını
Haqsızdan uman olmuş…
Hara gedir bu dünya?
29. Bəs dünyanı savaş meydanı hesab etsəydiniz, nə uğuruna savaşardınız?
– İnsanlığa aid olan hər nə varsa, onun uğrunda savaşardım..
30. Deyilənə görə həyat hisslərlə yaşayanlar üçün faciə, ağılla yaşayanlar üçünsə komediyadır. Siz nə düşünürsünüz bu haqda? Həyat hansı biridir sizin üçün?Ümumiyyətlə, nədir həyat?
– Sonu bəlli olmayan bir yoldur həyat. Qarşına nəyin nə vaxt çıxacağını bilməzsən. Bəzən çox şeylər göturər səndən tuta bilməzsən, bəzən də həyatın gətirdiklərindən qaça bilməzsən. Amma bir həqiqət var: acını dadmadan xoşbəxtliyi dadmazsan. Həyat elə bir şeydir ki, susanda danışmadın deyə peşiman edər, danışanda susmadın deyə məhv edər! Bütün bunlara baxmayaraq, bu qısa ömrümüzlə həyat davam edir, həyat yaşamaga dəyər deyiblər. Həyatı sevib yaşayaq, yaşadaq!

Sevinc xanim, sizə həyatda sağlıqlı ömür, yaradıcılığınızda uğurlar arzulayıram. Daim sevib-sevilin, çünki bu sizə və sizin simanızda məni sevənlərə yaraşır.

Minnətdaram, mən də sizə müsahibə üçün təşəkkürümü bildirirəm 💐

10/02/2017 tarixində Yazılarım içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 19 Şərh.

  1. İnci xanım, müsahim olduğunuz üçün sizə bir daha minnətdarm..

    Bəyən

  2. 5-ci sualın cavabı tam ürəyimcə oldu.
    Geyimin insanlıqda əks olunmasına gəlincə mənim fikrimcə geyimin bahalı və ya ucuz, təzə və ya köhnə olması insanlığın göstəricisi deyil, amma artıq geyim tərzi əksər hallarda insanlığın göstəricisidir.
    Müsahibə maraqlı və duyğulu alınıb, təşəkkür edirəm həm Sevinc xanıma, həm də İnci xanıma. Qeyd edim ki, İnci adı isə ən sevdiyim adlardandır 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  3. Hər şey ürəyincə olsun bu həyatda, mələyim. Mən də sənə təşəkkür edirəm 💐😘💖

    Bəyən

  4. Menim üreyimin yarı hissesi Sevincim.Tek-tekmi secdin bu insanlari sen? Cox kövreldim “ayri_dunyalarin” cavablarına.Ekser sualları menede vermişdiniz deye, cox maraqla oxudum.Ne yalan deyim ilk yene 30.cu suali oxudum)))) Bir bunu deyrdim size İnci xanım, bu üreyin sahibi allah qarşïsında cox cox şansli biridir mence.11ci sualsa cox tesirli oldu mene, özümü gördüm orda….öpdüm her ikinizi💋💋💋💋yaxşï ki, varımsan Sevincim💖💖💖💖💖

    tərəfindən bəyənildi 1 şəxs

  5. Sorularda cevaplarda çok manalı ve güzel, okumaya değer.. hem gönle hem akla hitap ediyor.. Yüreklerinize sağlık.. 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  6. Salam dəyərlim SÜVİNC xanim.Mən sizə təşəkkür edirəm ki,məni musahibiniz seçdiniz

    Bəyən

  7. Salam əzizim Sevinc xanım.sizi yenidən bloqdan saıamaq nəsib oldu. Bu gözəl müsahibə üçün sizə və gözəlim İnci xanıma təşəkkür edirəm. Ruhumu doyuran müsahibə olub. Var oladız. Duyğulandığım məqamlar da oldu əlbəttə..
    Mən İnci xanımın daxili dünyasın az çox bilirəm. Bu müsahibənin olacağını eşidəndə çox sevindim. Nə yaxşı ki sənin sayəndə İncimi daha dərindən hiss edə bildim. Allah ürəyinə görə versin,əziz Sevincim. Hər ikinizə təşəkkür edirəm.💐💐 İşlərinizdə uğurlar arzu edirəm,gözəl qəlbli xanımlar💗💗💋💋💋💋

    tərəfindən bəyənildi 1 şəxs

  8. Salam ezizim.cox anlamli ve real cabablar verim ezizim Inci.bele suallara da bele cavab yarawar😋😋😋🤗🤗🤗💖🌹

    tərəfindən bəyənildi 1 şəxs

  9. Salam əzizim Sevinclidunyam..Düz 2ildən artıq bir zamandı bu musahibəni verdim..təkrar səni xatırladım və oxudum…

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: