Nə yaxşı ki sevdin məni, nə yaxşı ki sevdim səni…

image

Peşmançılığın əzabın yaşamaq var bu dünyada. O qədər ağır, o qədər acımasız bir hissdir ki, insan yaşamazsa duymaz belə…Çox illər öncə atdın bu addımı. Bilsəydin ki, illər sonra yapışıb boğazından hər gün bir az daha çox boğacaq səni, heç bu yolu seçərdinmi?! Hardan biləydin ki…bəlkə də gəncliyini, bütövlükdə həyatını zəhərə döndərdiyin birinin günahını yaşamaq düşüb qismətinə indi. Nə o xoşbəxt oldu, nə sən xoşbəxtlik tapdın… 
… O qədər yorğun görürəm ki, bu günlərdə səni, elə bil illərdir çiyinlərində gəzdirdiyin yükün ağırlığı son günlər gözlərində daha çox öz əksini tapıbdır. Bir zaman o gözlər hər kəsə yaşamaq eşqi, həvəsi verərdi. Nə oldu indi? Həyat eşqi ilə par-par yanan gözlərində niyə payız yarpaqları kimi saralmış bir ümid gizlənib? İnsanı ümidlər yaşadır deyirlər, amma sənin gözlərində ümidin rəngi də solğunlaşıb. Səbəbkar kimdir? Bəlkə özün, bəlkə valideynlərin, bəlkə cəmiyyət…yox, deyəsən günahkar elə özünsən axı… yaşının elə bir çağında idin ki, həyatın qanunlarına çıxmaq, taleyin üçün mübarizə aparmaq üçün bu yaş elə də az yaş deyildi, sən niyə doğru yolu düzgün seçə bilmədin?… Axı niyə bəzən insanın gözü yaxşılara kor olur görəsən? Niyə səni dəyərləndirən, əsl sevgi ilə sevən birinin sevgisinə laqeyd qalıb lal oldun? İndi kimi günahlandırsan da olan sənə olmadımı? Sənə oldu, bir də həyatını bərbad etdiyin birinə…
…Gəl səninlə birgə bir qədər keçmişə dönək. Gəncliyinin ən gözəl çağına. O qədər gözəl idin ki, səni sevən sevginin adını unudub ancaq səni düşünmək istəyirdi. Ətrafında gözəl qızlar olsa da, könül evini gözəlliyin ilə yaxdığın biri ancaq səni görmək üçün baxardı hər kəsə. Gözü kimsəni görməzdi. Yaraşıqlı idi, qızlar gizlində sənə baxan o baxışları o qədər qısqanardılar ki, hətta aranızı vurmağa belə can atardılar. Amma ürək səni sevmişdi, sənin üçün idi hər çarpıntısı, sənin üçün döyünərdi sadəcə…o qədər duyğusal, o qədər təmiz bir sevgi ilə sevirdi ki, biri…
…ayrılmağınıza səbəb olanlardan yazmaq istəmirəm. Onları sən də, o da çox gözəl tanıyır və bilirsiniz. Kimsəni günahlandırmaq üçün də bir şeylər yazmayacağam. Faydası nədir ki?..Səni qınayacam bu gün, ancaq səni…bilirsən niyə? Çünki sevgin üçün vuruşmadın, səni xoşbəxtliyə aparan yolun düzünü qoyub, özünü labrintin qoynuna atdın. Hansı ki, o yollar bu gün səni “neynim”lərin əlində qərarsız buraxıb. Bu gün peşmanlığını çəkdiyin çox şeylər var. Özünü məhv edənlərdən yazım əvvəlcə. Xoşbəxtsənmi? Sən heç xoşbəxtlik nədir dada bildinmi? Duydunmu sevgidən sərxoş olmaq nəymiş? Hiss etdinmi azacıq başın ağrıyanda yanını kəsdirib qeydinə qalmağın nə olduğunu? Yaşadınmı nəvaziş nədir, işdən evə “məni qadınım gözləyir” deyib, qaçıb gələn birinin təkcə baxışlarındakı sevginin dərinliyində qərq oldunmu? Hər toxunuşunda için sevgi hissi ilə alışdımı? Arzuladınmı, gecələr evə gec gələndə yastığına sarılıb qoxusunu özlədinmi, özünə həyat yoldaşı deyib seçdiyini? Qoy sənin əvəzindən mən cavab verim: Yox! Bunların heç birini bir kəs belə olsun yaşamadın sən. Üzünə baxa-baxa səni xəyanətin hər silahı ilə vurmadımı? Öldürmədimi içində olan qadınlıq hissini? Baxışında, yerişində min naz, əda gizlənən bir varlığın hər hissini doğmadan içindəcə dəfn etmədimi? İstəkdən yox, təlabatdan yana sənə yaxınlaşıb, sənə toxunduğu gecələrin zəhər olub, ağı olub gözündən gilə-gilə yastığına axmadımı? Mən anlaya bilərəm səni ancaq, mən hiss edə bilərəm sənin yaşadığın o anın əzabı nədir deyə… Bir qadını məhv etmək istəyirsənsə, ilk əvvəl onun hisslərini öldürməlisən. Hissin ölümü isə istəmədiyini məcburən yaşamaqdır…
…bu gün rahat olsan da, vaxtilə çox yaşadın bunları, dönə-dönə sürükləndin bu yola, dəfələrlə sındın, gözünlə cəhənnəmi gördün min kərə…amma bilmədin ki, səndən uzaqda səndən betər biri bu gün o cəhənnəmin oduyla alovlanır hələ də. Sevmə deyə bilmirəm sənə, günahını bağışlasın deyə daha çox sev deyirəm. Düşünmə ki, ona varlığınla əzab verib yaralı ürəyinə bir az da sən ağrı verirsən. Yox, əksinə, sənin varlığın onun xəstəliyi ilə mübarizə aparması üçün bir gücdür, bir ümiddir sabahlara…Sən qalamısan bu odu ikiniz üçün də. İndi gizlində onunçün göz yaşı axıtmağının heç bir faydası yoxdur, bu taleyi yazıb, imzasını da çoxdan atmısan. İndi sahib dur barı, günahlarını bağışlaya bilsin deyə…
…nə əlin çatır, nə yarasına məlhəm ola bilirsən. Səsin, sözlərin yaşamaq eşqidir ona, amma nəvazişin, qayğın, ağrıyanda “can” deyib əllərindən tutmağın min ömrə dəyəcək ömür olmazdımı?!…bir zamanlar qıymadığın sevgini indi ümman edib üstünə göndərmə…Qu quşu yoldaşını itirdikdən sonra ömrünün sonuna kimi tənha yaşayar. O da tənhadır, illərdir bu tənhalıqla baş-başa qalanda sən də bir özgə evdə alnına yazılan yazının qədəri ilə çarpışırdın…indi nə deyib qapısında duracaqsan ki? Sənə də, ona da qalan sevginizin xatirəsi ilə ovunmaqdır ancaq…
…amma bu ovunmağın özü də bir xoşbəxtlikdir məncə…gecikmiş xoşbəxtlik…gec gəlib, itirdiyi bir dünya sevinc olub, gənclik olub, odlu-alovlu sevgi olub. Amma tapdığı, yenidən qarşılaşdığı bir xəzinədir bəlkə də. İnsan yaşa dolduqca sevgiyə möhtac olur. Gənc ikən sevməyə nə var ki…əsl sevgi ona deyərəm ki, ətrafını nəvələr saranda da sevgi nədir yaşaya biləsən…hər yaşın öz sevgi qanunu var. Ta uşaqlıqdan qəbr evinədək insan sevgiylə yanaşı addımlayar. Bəxtəvər o kəslərdir ki, sevdiyi ilə aça hər səhərini, bəxtəvər o kəslərdir ki, xatirələrə baş-başa verib dalalar…sevdiyi yanındaykən, gözü gözünə baxaraq dünyasını tərk edəndi bəxtəvər…
… Ayrılıq arzulamazdım sizə, yaşaya bilmədiyiniz bahar ömrünüzün gizlin payızını heç olmasa doyunca yaşayın deyirəm…bu sevginin payızı da gözəldir…qəribsəyəndə üzünüzü tutduğunuz bir payız xəzəlli səhərin açılmasını gözləmək varsa, bunun özü də bir xoşbəxtlikdir, nə fərqi ömrün hansı çağında gəlib…

Sənə əzab, özüməsə dərd vermişəm
Bu sevgidən xəbərsiz tək yan gəzmişəm,
İlahidən hey möcüzə gözləmişəm.
İndi peşman ümidlərlə səhər-axşam
Qovruluram xatirələr qorunda mən
Sevməyəydin kaş ki məni,
Kaş ki sevməyəydim səni…

Dilə gəlir hərdən könül nəğmələrim
Bir mahnının xatirəsi göz yaşıma dönür mənim.
Yanağımdan süzülür yaş, sinəm üstə göllənir sel
Ağlayıram gizli-gizli yarasına sənsizliyin
Məlhəm olan yenə sənsən, yenə səsin
Sevməyəydin kaş ki məni
Kaş ki sevməyəydim səni….

Sən mənim ümidlərimin doğan günəşi oldun.
Gecikdik bir sevgiyə, bəlkə də gözə gəldik.
Nə olsun ki, bir ömrü həsrətlə yarı etdik?
Biz ki indi xoşbəxtik…

Sevgi adlı bir bulaq var, bilirsən sən?!
O bulağın çeşməsindən yaranmışıq biz ikimiz.
Sən çağlasan çeşməndəki suyun ollam
Sən ağlasan bulaq kimi gözlərinə mən dolaram.
Mən ağlayar gözün, qəlbin,
Sən olarsan dilimdəki söz əzbərim…
Necə deyim sevməyəydim kaş ki səni?!..
Nə yaxşı ki sevdim səni,
Nə yaxşı ki sevdin məni…

31/01/2017 tarixində Yazılarım içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 14 Şərh.

  1. Her paylaşımınızla insanı derinden etkiliyor ve düşündürüyorsunuz. Her bir cümleyi okurken düşüncelere daldım. Her cümlesi ayrı bir güzellikte diyebilirim.Sizin yazılarınızı okurken her zaman beni çok etkileyen bir cümlesi mutlaka oluyor. Özellikle şu cümleyi okurken hayret ettim. Çok doğru dedim kendime. “Bir qadını məhv etmək istəyirsənsə, ilk əvvəl onun hisslərini öldürməlisən. Hissin ölümü isə istəmədiyini məcburən yaşamaqdır…” gerçekten bir insanı bitiren onun varlığını mahveden şey hislerinin ölüp yok olmasıdır. Bir insan hissiyatlarına dayanarak bir aşkın kendine yakın mı uzak mı olduğunu anlar. Hisleri olmayan biri ise ölmüştür. Kalbi kapkara olmuştur. Yüreğinize, kaleminize sağlık. Çok duygusal ve çok hisli bir paylaşımdı. Tebriklerimi kabul ediniz efendim. Hayırlı Akşamlar.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Deyəcək bir sözüm yoxdur, elə bir böyük təəssüf hissi keçirdim ki, mən 🙂
    Allah bizi öz doğru yolundan ayırmasın və bizi sonradan peşmançılıq keçirəcəyimiz addımlardan qorusun.
    Paylaşım üçün sizə çox təşəkkür edirəm, düşünürəm ki, uçurumun kənarında olanların da qarşısına çıxar və sizin qəhrəmanınızın etdiyi səhvi etməzlər inşəAllah.

    tərəfindən bəyənildi 1 şəxs

  3. Mən təşəkkür edirəm, mələyim. Yaxşı ki sən adlı biri var həyatımda. 😘😘 Şərhinimi gözləyirəm, özünümü, dəyərli fikirlərinimi, bilmirəm…amma hər yazımda səni axtarır gözüm, bil bunu…
    Yaddaşımda o qədər insanların taleyi ilə bağlı müşahidələr var ki, bəzən biganə qala bilmirəm. Hər hansı bur yolla təsəlliyə çalışıram. Bu da yaşanmış bir həyat hekayəsidir…

    Bəyən

  4. Evet okumuşum bu güzel yazınızı hem de beğenerek. Bunu paylaşmama müsaade ettiğiniz için şükran borçluyum.

    tərəfindən bəyənildi 1 şəxs

  5. Reblogged this on Sevincli Dünya və şərh edildi:

    Oxucu istəyi ilə

    Bəyən

  6. Oxuyarkən çox böyük təəssüf hissi keçirdim. Amma bir nöqtə qaldı ağlımda. Bağışlanmaq üçün daha çox sev. Sizcə də bu qeyri-mümkün deyil? Bağışlamaq hər zaman mümkündür amma unutmaq əsla. Qadınlar unutmaz. Özəlliklə də kədəri. Bu elə bir şey ki, hər üzüntüdə xatırlanacaq və dərdi dərd üstə yığıb qalayacaq. Heç vaxt tam rahatlıq tapa bilməyəcək o ruh. Heç vaxt tam güvəndə hiss etməyəcək. Heç vaxt əvvəlki kimi olmayacaq. Bir dəfə qırıldımı qəlb ömür boyu daşıyacaq o izi, o yaranı və hər xatırlayanda sıxılacaq qəlb, dolacaq gözlər

    tərəfindən bəyənildi 1 şəxs

    • Bağışlamaq üçün insanda böyük ürək olsun gərək. Bağışlamağı da, hətta unutmağı da bacarmalıdır insan. Amma o əməli bağışlamaq lazımdır ki, edən bundan çox böyük peşmançılıq duymuş olsun və təkrar yaşanması mümkünsüz olsun. İnsan səhvlərdən sığortalanmayıb, bilmədən səhv edərik. O saat qırıb atmaq düzgün deyil ki. Ən böyük günahlar da bağışlansın gərək, amma yenə deyirəm təkrarı olmayacaqsa, bu günahın peşmanlığın yaşayacaqsa bunu edən şəxs…
      Bir dəfə də, beş dəfə də qırıla bilər ürək, amma o zaman yenidən əvvəlki kimi bərpa olar ki, arada çox böyük, əvəzsiz, möhtəşəm bir sevgi dursun. Sevgi varsa, çox şey bağışlanacaq, əmin olun.

      Bəyən

  7. Gecen xeyir canım. Yzını oxuyarken menşm heyatıma boylanıb, nelerse görürmüşsen kimi geldi mene. Qelbimi, üreyimi, keçmişimi oxumuş kimi oldun. Sanki menden yazmısan. Sanki, menim gözlerimi görüb danışırsan. Bilirem, bunun mene dexli yoxdu. Amma bezen oxşar taleler yaşanır bu dünyada. Meni öz yadıma saldın. Keçmişlere qaytardın. O peşmançılığa geden yolun başlanğıcına. O peşmançılıq ki, sillesi hele de deyirüzüme.
    Çox sağ ol canım, teşekkür edirem!

    tərəfindən bəyənildi 1 şəxs

  8. Bu yazinin ilk setirlerinden bildim ki senin yazindi.pewmanciliq hissin o qeder gozel anlatmisan ki..pewmanciliq hissi gozeldi eslinde..insanlarin merhemeti uze cixarir.ama senin behs etdiyin insanlarrda kaw bu hiss olmuya..yeniki pewman olmuyacaqlari ata bileler kaw.. bu yazini oxuyarken gozumun onunden o qeder heyatlar kecdi ki..😐Allah daha boyyk pewmanciliq hissini yawatmasin bize. Amin

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: