Namaz və onun qaydaları (2-ci hissə)

image

Dəstəmazda vacibdir ki, üz və əllər yuyulsun. Əvvəlcə “Bismilləh” deyilməlidir. Sonra isə əllər yuyulmalı və ağız 2 və ya 3 dəfə yaxalanmalıdır. BUrna da 3 dəfə su çəkliməlidir. onra isə üzün bütün hissəsi yuyulmalıdır.

Burnun içinə su çəkmək lazımdır.

Üzü yuduqdan sonra əvvəlcə sağ əli, sonra sol əli dirsəkdən barmağın ucuna qədər yumaq lazımdır. 

Əlləri yuduqdan sonra əldə qalan dəstəmaz suyu ilə başı ortaya qədər məshlə yumaq lazımdır. Əllərinizi başınızın ortasına qədər aparın və geri qaytarın. Sağ əllə olması vacib deyildir, hər iki əllə də etmək olar.

Başı məsh etdikdən sonra ayaqların yuyulması və ya əldə qalan dəstəmaz suyu ilə ayaqlara – barmaqlardan birinin ucundan ayağın üstünə olan çıxıntıya qədər məsh edilməlidir. Yuyarkən isə mütləq topuqlara qədər yuyulmalıdır və hətta topuqlar da yuyulmalıdır. Ayağı yuyarkən nə qədər çox yer yuyulsa, bir o qədər səvabdır.

Corabın üzərindən məsh çəkmək olar. Amma bu 24 saatı keçməməlidir.

Dəstəmazın hökmləri

Əgər xəstəlik səbəbi ilə bir kəsin sidiyi damcı-damcı axsa, yaxud qaitin çıxmasının qarşısını ala bilməsə, bu halda namazın vaxtının əvvəlindən axırına qədər dəstəmaz alıb namaz qılmaq miqdarında vaxt tapa biləcəyinə yəqin etsə, gərək namazı fürsət tapan vaxt qılsın.

Sidik və qaitin xaric olmasının qarşısını ala bilməyən kəsin xəstəliyi sağalandan sonra xəstəlik halında öz vəzifəsinə uyğun olaraq qıldığı namazları qəza etməsi lazım deyil.

Dəstəmaz alınması üçün vacib olan əməllər:

Altı şey üçün dəstəmaz almaq vacibdir:

1– Meyit namazından başqa sair vacibi namazlar üçün;

2– Unudulmuş təşəhhüd və səcdə üçün;

3– Allah evinin vacibi təvafı üçün;

4– Dəstəmaz alması üçün Allah ilə əhd bağlasa, and içsə, nəzir etsə;

Dəstəmazın düzgün olma şərtləri

Dəstəmazın səhih olmasının on üç şərti var:

1-ci şərt budur ki, dəstəmazın suyu pak olsun.

2-ci şərt budur ki, suyu mütləq olsun, yəni bir şeydən çəkilmiş və ya bir şey qatışmış olmasın.

3-cü şərt budur ki, dəstəmazın suyu halal olsun, qəsbi olmasın.

4-cü şərt budur ki, dəstəmazın suyunun qabı da mübah (halal) olsun.

5-ci şərt budur ki, dəstəmazın qabı qızıl və ya gümüş olmasın.

6-cı şərt budur ki, dəstəmaz üzvləri yuyulduqda və məsh edildikdə pak olsun.

7-ci şərt namaz və ya dəstəmaz üçün kifayət qədər vaxt olsun.

8-ci şərt budur ki, namaz vaxtı Allahın əmrini yerinə yetirmək üçün dəstəmaz alınsın. Amma sərinləmək, yaxud başqa məqsədlə dəstəmaz alsa, batildir.

9-cu şərt budur ki, dəstəmazı qeyd olunan ardıcıllıqla yerinə yetirsin.

10-cu şərt budur ki, dəstəmazın işlərini fasiləsiz olaraq yerinə yetirsin. Əgər bir kəs dəstəmazın işlərini fasiləsiz yerinə yetirsə, amma havanın kəskin istisi, yaxud bədənin kəskin hərarəti səbəbilə rütubət qurusa, dəstəmazı səhihdir.

11-ci şərt budur ki, üzün, əllərin yuyulmasını, başa və ayağa məsh çəkilməsini insanın özü yerinə yetirsin: özü bu işi bacardığı halda başqası ona dəstəmaz alsa, yaxud kömək etsə, dəstamazı batildir.

12-ci şərt budur ki, sudan istifadə olunmasının şəxs üçün heç bir maneəsi olmasın.

13-cü şərt budur ki, dəstəmazın üzvlərində suyun bədənə dəyməsinin qarşısını alan maneə olmasın.

Gələn dəfə sizə dəstəmaz zamanı deyilən dualardan danışacam. ALLAHA ƏMANƏT OLUN!

26/01/2017 tarixində Dinimiz, imanımız içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 7 Şərh.

  1. İlmi bilgiler hakkında bize doğru ve faideli bilgiler verdiğiniz için Allah sizden razı olsun. Kulun ibadetlerinde dikkat etmesi gereken hususları bilmesi gerekir. İnşallah sizin aracılığınızla birçok kişi bundan faydalanır. Hayırlı ve mutlu günler dilerim.

    tərəfindən bəyənildi 1 şəxs

  2. selamın aleyküm Günaydın

    tərəfindən bəyənildi 1 şəxs

  3. Sizinde her vaktiniz hayır olsun. mutlu günler

    tərəfindən bəyənildi 1 şəxs

  4. Allah xalqımıza hidayət versin, öz haqq yoluna yönəltsin bizləri.
    Təşəkkür edirəm, Sevinc.
    Bir şeyi də qeyd edim ki, corabın üstündən məhs çəkmək yalnız və yalnız dəstəmazlı halda corabı geyindikdə mümkündür.

    tərəfindən bəyənildi 1 şəxs

  5. Mən sənə təşəkkür edirəm, mələyim. Və bir ricam var ki, düzgün olmayan məqamlar oldusa, mütləq aydınlıq gətir. Hər halda dini məndən qat-qat yaxşı sən bilirsən.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: