Blinçik tortu

image

Lazım olan ərzaqlar:

Blinçik üçün:

Aparacağı qədər un
2 stəkan süd
0,5 stəkan su
2 x/q duru yağ
1 ədəd yumurta
1 ç/q qabartma tozu
1 x/q kakao
2 x/q şəkər tozu
Duz 

İçlik üçün:
Zövqə görə krem
Zövqə görə cem
Qoz
Kakos

Hazırlanması:

Blinçikləri adi qaydada bişiririk. Soyuduqdan sonra bir laya krem, bir laya cem, bir laya qoz, bir laya kakos olmaqla üst-üstə düzürük. Neçə dəfə təkrar etmək həm sizin blinçik sayına, həm də zövqünüzə bağlıdır. 1 saat soyuducuda saxladıqdan sonra dilimləyib çayla süfrəyə təqdim edə bilərsiniz. Fərqli bir dad alacağınıza əmin olun.

23/01/2017 tarixində Mətbəximiz içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 5 Şərh.

  1. Nə maraqlı 🙂 Bir dəfə yuxalı tort eləmişəm, bərk alınıb, kəsəndə xəmirlər sürüşüb, o-bu tavada tort eləmirəm, amma bu yumşaq olar düşünürəm, blinçikin xəmiri zərif olur. Mən belə yox, amma tək-tək blinçik xəmirinin içinə krem qoyulmuşunu etmişəm, bəyənmişdim. Tort kimi daha gözəl olar.
    Evdəki tortum qurtarmayıb, o qurtarsın, bir az da fasilə verək, bunun da dadına baxarıq inşəAllah.
    Paylaşdığınız üçün təşəkkür edirəm, Sevinc.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Evdəki tortuna qonaq gəlim? Nə tortudur? 😻😻😻🙈🙈🙈

    Bəyən

  3. Uzun muddetden sonra nehayet ki, men dunen bu tortu bishirdim ve indiye qeder bishirmediyime peshman oldum. Chox dadli, chox asan bir tortdur. Men qaymaqli kremden istifade etdim, dondurma dadi verirdi. Bizi bu dadli reseptle tanish etdiyiniz uchun chox teshekkur edirem size, Sevinc 😘😘😘 Yaxshi ki tanimisham sizi 😍😍😍😍😍

    tərəfindən bəyənildi 1 şəxs

  4. Nuş olsun, mələyim. Allah ruzini bol eləsin həmişə. 🙂

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: