Xanımlar üçün 10 qızıl məsləhət

image

1. Əgər təsadüfən əlləriniz “moment” yapışqanına batıbsa, onda marqarinin köməyi ilə bunu təmizləyə bilərsiniz. Bunun üçün yapışqanlı yerə marqarin çəkin və bir neçə dəqiqə gözləyib yuyun.
2. Əgər siz istəyirsinizsə ki, sizin mənzilinizdə xoş qoxu olsun, suda bir neçə dəqiqə limon qabıqları qaynadın.
3. Su borusunun ətrafındakı ərpi təmizləmək üçün, bu yeri ilıq sirkəylə silmək lazımdır.
4. İstəyirsiniz ki, mətbəx dəsmalları yaxşı yuyulsun? Onda onları gecədən qatıqda islatmaq lazımdır. 
5. Bişirmə vaxtı tərəvəzləri yalnız qaynayan suya qoymaq lazımdır.
6. Təzə kartofdan qabıq yaxşı təmizlənsin deyə təmizləmədən əvvəl duzlu soyuq suya qoymaq lazımdır.
7. Kartof qaynadarkən dağılmasını istəmirsinizsə, suyuna bir neçə damcı sirkə və duz əlavə edin.
8. Qaynadarkən çuğundurun öz rəngini itirməsini istəmirsinizsə, onu bir qədər şəkər və alma sirkəsiylə birgə bişirmək lazımdır.
9. Çörəyi uzun müddət təzə saxlamaq üçün onun yanına kartof dilimi, yaxud alma və ya bir az duz qoymaq lazımdır.
10. Balın xalis olduğunu necə seçmək düzgündür? Taxta çubuğu bal olan qaba salın, balı çubuğa dolayın. Əgər bal dolanmayacaqsa, deməli, bal xalis deyil.
Başqa bir üsul: balı barmaqlarla əzmək lazımdır, əgər bir müddətdən sonra barmaqların bir-birinə yapışmağı dayanacaqsa, deməli, bala şəkər əlavə edilmişdir.

19/01/2017 tarixində Birlikdə öyrənək içində dərc edildi və , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 7 Şərh.

  1. 3-cü məsləhətdən mən istifadə etmişəm və nəticədən razı qalmışam. Sevincə təşəkkür edirəm bizi məlumatlandırdığı üçün.

    Bəyən

  2. 3-cü məsləhəti yaxşı qeyd etdin, səhvimi düzəltdim sayəndə 😘😘😘💖💖💖💐💐🌹🌹🌹🌹

    Bəyən

  3. He hahahahahahahahahhhhhhhhhhhhhha,, sehr schon!sehr schon!
    Çox gözəl!Çox gözəl!Çox gözəl!

    tərəfindən bəyənildi 1 şəxs

  4. Gözəl məsləhətlərin üçün sağ ol, Sevinc. Hər bir qadına lazım olan məsləhətlərdir.

    Bəyən

  5. Ne gözel olub saytın canım, şerh göndermek çox asanlaşıb, daha loqin yazmaq lazım gelmir. Çox deyerli meslehetlerdir canım, çox sağ ol. Qızlar hamınız üçün çox darıxmışam. Nene olmaq çox mesuliyyetli iş imiş, Allah hamınıza qismet elesin, işim daha da çoxalıb.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: