Pizza poğaça

image

Xəmir üçün:

İlıq süd – 2 stəkan
Duru yağ – 1 stəkan
Şəkər tozu – 3 x/q
Duz – 1 ç/q
Maya – 1 d/q
Apardığı qədər un

İçlik:

Kolbasa və ya sosiska
Pomidor
Bibər (həm acı, həm şirin)
Holland pendiri

Sous üçün: 

Evdə hazırlanmış bibər pastası
Yağ
1 diş sarımsaq
Pul bibər

Hazırlanması:

Əvvəlcə yumşaq xəmir yoğurub acımağa qoyuruq. Sonra tavaya yağ əlavə edirik. Bibər pastasını əzilmiş sarımsaq və pul bibərlə yağda bir qədər qovururuq. Soyumağa qoyuruq. Kolbasanı və ya sosiskanı kiçik hissələrə doğrayırıq. Həmçinin pomidor və bibərləri də doğrayıb hazır qoyuruq.
Acımış xəmirdən kiçik kündələr tutub qənnadı təbəqəsinə düzürük. Armudu stəkanın arxa hissəsi ilə kündələrin ortasından basıb çəkirik. Sonra soyumuş sousdan çəkib kolbasa, bibər, pomidoru əlavə edirik. Ən sonda sürtgəcdən keçirilmiş pendir əlavə edirik. 10 dəqiqə saxladıqdan sonra, üzərinə yumurta sarısı çəkib əvvəlcədən qızdırılmış sobaya bişməyə qoyuruq.

image

16/01/2017 tarixində Mətbəximiz içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 7 Şərh.

  1. Ellerinize sağlık. Çok güzel görünüyor. Kahvaltı yaptım ama bunları görünce bir daha yapasım geldi 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  2. Əla bir reseptdir, çox bəyəndim və həftəsonu inşəAllah bişirəcəm. Dadlı olacağına əminəm, bir də mən yoxlayıb deyəcəm inşəAllah 🙂
    Sevinc, süfrəniz bərəkətli olsun.

    tərəfindən bəyənildi 1 şəxs

  3. Vay vay vay men ne qeder de gopchuyammish 🙈 Ustunden 1 ay kechib, mense hele bu gun bishirmishem bu pizzani. Super bir ideyadir, chox teshekkur edirem Sevincime. Bu gunden etibaren pizzani bu cur balaca edecem, yaman beyenildi, hem de asandi hazirlanmasi.

    tərəfindən bəyənildi 1 şəxs

    • Əsas odur verdiyin sözü tutdun, mələyim. Bir də ki, ən əsası bəyənildi 😘💖 Sizə nuş olsun, bəyəndiyin üçün də çox-çox təşəkkür. İndi həmin tərkiblə bir başqa formada olanın dərc edəcəm. ☺️👍

      Bəyən

      • Eşqin bu gün məktəbə götürdü birini. Dilimi aparmaq çətindi, üstü tökülür, çanta yağ olur. Amma belə rahatca qaba qoydum, apardı. Çox təşəkkür edirəm sizə.

        Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: