“Şah” plov

 

image

Lazım olan ərzaqlar:
Düyü
Kərə yağı
Lavaş
Mal əti
Baş soğan
Ərik qurusu
Kişmiş
Şabalıd
Albuxara
Sarıkök
Limon
Duz, istiot

Hazırlanması: 

Düyünü limonlu, duzlu suda islağa qoyuruq. Hər birimizin bildiyi, bir qədər də zövqə görə qara hazırlanır. Mən bu cür hazırlayıram: mal ətini tikələrə bölüb qaynadıram. Albuxara, ərik və kişmişi ilıq suda 15 dəqiqə saxlayıram. Soğanı nazik-nazik doğrayıb kərə yağında qızardıram. Ayrı tavaya kərə yağı, sarıkök əlavə edib əti, əriyi, kişmişi, albuxaranı ayrı-ayrılıqda bir qədər qovururam. Hazır olmuş soğanın üzərinə əlavə edirəm, duz, istiot vururam. Ətin bulyonundan bir az töküb orta odda dəmə qoyuram.
Düyünü yuyub duz əlavə edilmiş qaynayan suya tökürük. Tam bişməmiş altını söndürüb süzürük. Qazanın dibini və kənarlarını kərə yağı ilə yağlayırıq. Lavaşın hər iki üzünü də yağlayıb qazanın dibi və divarları boyu düzürük, artıq hissəni kənarda saxlayırıq. Düyünün tam yarısını qazana tökürük. Hazır olmuş qaranı düyünün üzərinə əlavə edib, qalan düyünü tökürük. Ardıcıl olaraq lavaşları bir-bir düyünün üzərinə qatlayırıq. Qazanın ağzına qapağını qoyub dəmə qoyuruq. 1-1.5 saat sobada qalır. Sobadan çıxartdıqda qızarmış lavaşın üzərinə bir qədər kərə yağı əlavə edib süfrəyə təqdim edirik.

09/01/2017 tarixində Mətbəximiz içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 12 Şərh.

  1. Əlaaaaaaaaaaaaaa. Çox gözəl görünür, çox bəyənirəm də Sevincin səliqəsini 🙂
    Bir dəfə mən də bişirmişəm, amma əvvəlinci və axırıncı dəfə olub. Çox həvəsləndim, qarşıdakı günlərdə hazırlayım gərək.
    Əlləriniz heç dərd görməsin, Sevinc, süfrəniz bərəkətli olsun, yeyənlər ağız dadıyla, könül xoşluğu ilə nuş etsinlər inşəAllah.

    Bəyən

  2. Bəyəndiyinçün sağ ol, mələyim. Utandırma da məni 🙈🙈🙈
    Sənin də süfrən bərəkətli, halal ruzili olsun, canım. Nara bayaq instagramda yazıb ki, bəs mən bu plovla tanışam))) Deyirəm, hə, saytda dərc etmişdim axı, onda görüb. Hələ özüm bişirdiyimə şübhə edənlər də olmuşdu))) kəsilmiş formada təqdim etməmişdim deyə)))

    Bəyən

    • Mən sizi müəyyən qədər tanıyıram, əlinizin səliqəsini və dadını bilirəm deyə qətiyyən şübhə etmirəm qabiliyyətinizə. Sizin saytdakı reseptinizin içliyi bir az fərqli idi, düzdürmü? Mən də o reseptlə etmişdim 🙂

      tərəfindən bəyənildi 1 şəxs

  3. Çok harika görünüyor. Biz Türklerin mutfağı çok zengindir. Becerikli kadınlarımız elleriyle harika yemekler yapar. Kardeş Azerbeycan’ımızda marifetli yemekler yapıldığını görüyorum. Ellerinize sağlık. Çok muhteşem olmuş.

    tərəfindən bəyənildi 1 şəxs

    • Təşəkkür edirəm, sağ olun. Bəli, sizin qədər bizim də mətbəximiz çox zəngindir. Mən də çalışıram ki, bacardığımı dostlarla bölüşüm. Sevgi və hörmət diləyirəm dost və qardaş ölkəyə 💐🌹🌷❤️❤️💖🌷💐🌹

      tərəfindən bəyənildi 1 şəxs

  4. Kardeş ülkem Azarbeycan’a çok selam ediyorum. En güzel günler en güzel yarınlar TÜRK dünyasının olsun, hepimizin olsun. Mutlu akşamlar diliyorum. 🐞 🐞 🐞

    tərəfindən bəyənildi 1 şəxs

  5. Əllərin dərd görməsin, Sevinc.
    Plov ən çox sevdiyim yeməklərdən birincisidir.”Şah”plovu heç bişirməyə cəhd etməmişəm, gərək bir dəfə cəhd edim görüm alınacaqmı.Bişirsəm bilirəm ki, heç kimə macal verməyib qazmağını özüm yeyəcəm və bu da sonda nədir, əziz bacım? Kaloriii…

    Bəyən

  6. Çox sağ ol, canım. Mən də plovsevənəm 😻😻😻
    Sən bişir ye, kökəlsən sənə dieta deyəcəm hər şey yoluna düşəcək 👍👍👍🙋🏻🙋🏻🙋🏻

    Bəyən

  7. Aşı bişirməsəm deməyəcəksən? Bəlkə deyəsən, bacı. Eh, 40-dan sonra çəki vermək çətin nəsib olur,xeyri yoxdur.

    Bəyən

  8. Niyə olmur, sənə olar)))
    Amma qoy yanvarın axırı gəlsin, özüm sınaqdan keçirib qurtarım, nəticəni yazacam. Yanvarın 31-i məndən cavab gözlə ☺️🙋🏻

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: