Mən Sənə Sevməyi Öyrədəcəyəm

image

AQİL KƏNGƏRLİ :SƏN MƏNƏ SEVMƏYİ ÖYRƏT, ÖYRƏNİM.
BƏSTİ BƏRDƏLİ: MƏN SƏNƏ SEVMƏYİ ÖYRƏDƏCƏYƏM.

Aqil Kəngərli :

Tənha bir adayam, sevgi gəmim ol,
Bəzən sevincim ol, bəzən qəmim ol,
Gəl, mənim məhəbbət müəllimim ol,
Sən mənə sevməyi öyrət, öyrənim.

Bəsti Bərdəli: 

Vüsala ən gözəl anımı verib,
Canımı istəsən, canımı verib.
Gecəmi, sübhümü, danımı verib,
Mən sənə sevməyi öyrədəcəyəm.

Aqil Kəngərli:

Nə təsir eləsin daş ürəyimə,
Bir hərarət gətir qış ürəyimə.
Eşqin axıb dolsun boş ürəyimə,
Sən mənə sevməyi öyrət, öyrənim.

Bəsti Bərdəli:

Eşqinlə alışıb, eşqinlə sönüb
Ömür çiçəyində ətirə dönüb.
Kədər yağışında çətirə dönüb,
Mən sənə sevməyi öyrədəcəyəm.

Aqil Kəngərli:

Qoşa yazılıbsa alın yazımız,
Qıyma ki, ömürlük mən qalım yalqız.
Gəlmişəm qapına, insaf et, ay qız,
Sən mənə sevməyi öyrət, öyrənim.

Bəsti Bərdəli:

Bir az bu sevgidən dəyişsə halın,
Səsinə gələcəm ayağı yalın.
Sənə yazı deyib, özümə alın,
Mən sənə sevməyi öyrədəcəyəm.

Aqil Kəngərli:

Buraxma əlimi, yapış daha bərk,
Qurumuş baxçamda qoy açsın çiçək.
Birinci hərfindən sonuncuyadək,
Sən mənə sevməyi öyrət, öyrənim.

Bəsti Bərdəli:

Heç nədən, heç kimdən utanmayacam,
Zənn etmə əlindən tutanmayacam.
Mən səni sevməkdən usanmayacam,
Mən sənə sevməyi öyrədəcəyəm.

Aqil Kəngərli:

Yandır ürəyimin odunu bilim,
Axır bu sevginin dadını bilim.
Mən də yaşamağın adını bilim,
Sən mənə sevməyi öyrət, öyrənim.

Bəsti Bərdəli:

Daş üstə adına gül əkəcəyəm,
Qəmin sinəsinə dağ çəkəcəyəm.
Həsrəti əridib yağ çəkəcəyəm,
Mən sənə sevməyi öyrədəcəyəm.

Aqil Kəngərli:

Vaxt ötür sürətlə, dəyişir zaman,
Vüsal qapısını örtməmiş hicran,
Elə bu dəqiqə, bu saat, bu an,
Sən mənə sevməyi öyrət, öyrənim.

Bəsti Bərdəli:

Sevgimlə siləcəm könül pasını,
Dünyaya car edib qəmin yasını.
Oxudub eşqimin əlifbasını,
Mən sənə sevməyi öyrədəcəyəm…

07/01/2017 tarixində Sevdiyim şeirlər içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Yüreğinize sağlık. Güne bu aşkla yazılmış şiirlerle başlamak ne kadar güzel. Okurken büyük bir zevk duydum. Sevgiyle kalınız.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Nə gözəl bir deyişmədir.Hardan tapıb çıxarmısan, qız? Çox sağ ol.

    tərəfindən bəyənildi 2 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: