Göbələkli toyuq ruleti

image

Lazım olan ərzaqlar:

Toyuq filesi – 300 qram
Göbələk – 300 qram
Kərə yağı – 70 qram
Suxari – 100 qram
Baş soğan – 3 ədəd
Qırmızı bibər – 1 ədəd
Acı bibər – yarım ədəd
Yerkökü – 2 ədəd
Duz, istiot, pul bibər

Hazırlanması: 

Fileni 1 ədəd baş soğanla ətçəkən maşından keçiririk. Suxari, duz, istiot əlavə edib yaxşıca qarışdırıb 1 saat soyuducuda saxlayırıq. Bu müddət ərzində içliyi hazırlayırıq. Göbələyi yuyub qabığını soyuruq, 15-20 dəqiqə sirkəli soyuq suda saxlayırıq. Soğanı yağda qızılı rəng alanadək qovurub doğranmış göbələyi əlavə edirik. Suyu çəkilənədək bişirib xırda doğranmış bibərləri, duz, istiot, pul bibəri əlavə edib qarışdırırıq. Altını söndürüb soyumağa qoyuruq.
Fileni streç üzərinə yayırıq, üzərinə içliyi bərabər şəkildə yayırıq, ortaya yerkökü əlavə edib arasında hava təbəqəsi qalmamaq şərtiylə, kip şəkildə rulet formasında bükürük. 30 dəqiqə soyuducuda saxlayırıq, sonra folqa kağıza büküb əvvəlcədən qızdırılmış sobaya qoyuruq. 45-60 dəqiqədən sonra folqanı açırıq, ruletin üzərinə xama və duru yağ qarışığı çəkib 5 dəqiqəlik sobaya qoyuruq. Üzəri qızılı rəng aldıqda sobadan çıxatmaq vaxtıdır. Soyuduqdan sonra dilimləyib süfrəyə təqdim edirik.

06/01/2017 tarixində Mətbəximiz içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 5 Şərh.

  1. Dadlı olar yəqin, amma bizimkilər belə qarışıq dadları sevmirlər deyə mən hazırlamıram.
    Süfrənizə bərəkət, Sevinc.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Yorulmayasan, Seva, süfrən həmişə bol olsun. Tərkibi də, hazırlanması da xoşuma gəldi.Yəqin ki, dadına da söz olmaz. Olsaydı yeyərdim.

    tərəfindən bəyənildi 1 şəxs

  1. Geri bildiriş: Mushroom chicken roll .S.D | nz

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: