Yeni İliniz Mübarək

image

Tuk…tuk…tuk… Bəli, artıq əqrəblərin səsi yeni ilin gəlişinə doğru irəliləməkdə davam edir. Hər bir kəsin yeni ildən öz gözləntiləri var. Mən isə bu istəkləri ümumiləşdirib ilk öncə sizə ürək sözlərimi, təbrikimi çatdırmaq istəyirəm, sonra isə qısaca ilin hansı heyvan üstə təhvil olmasından və xüsusiyyətlərindən yazacam. Bu yeni ildə sizləri nələr gözləyəcəyi haqqında xəbəri isə yaxın günlərin birində dərc edəcəm, Allahın izni ilə. 

Hə, əzizlərim, hə, əziz dostlar, izləyicilərim, qonaq qismində kənardan baxıb gedənlər! Qoy bu yeni il sizin hər birinizə ilk öncə sağlamlıq bəxş etsin. Sağlam həyatı olan hər bir kəsin ən başlıca arzusu xoşbəxtlikdir, onu da dadmaq qismətiniz olsun. Nəinki dadmaq, hətta doya-doya yaşamaq. Xoşbəxt olacaqsanızsa, demək ki, pulunuz da var, sevginiz də boldur, güzaranınız da yerindədir. Bu il “Xoruz” üstə təhvil olur, “xoşbəxtlik” də “x” hərfi ilə başlayır. Xoşbəxtliyi gətirən “xoruz”, səfasın görən insanlar olsun. Gəl, yeni il, qədəmlərin mübarək olsun! Xalqımıza firəvan həyat bəxş elə, ölkəmiz üçün sülh, dövlətimiz üçün yüksəliş, millətimiz üçün əmin-amanlıq gətir.

İndi isə bir qədər Xoruz ili haqqında. Xoruz – ev heyvanlarının lideri olduğu üçün, bu ildə doğulan insanlar çox qürurlu, özündən əmin və təkəbbürlüdürlər. Şüarları Sədaqətlikdir. Səmimidirlər. Hər zaman həqiqəti deyər və verdikləri sözləri tutarlar. Daim qarşılıqlı hörmət gözləyən bu ilin sahibləri mənfi cəhətlərinin ortaya çıxmasından utanar və çəkinərlər.

Xoruz ilində doğulan insanların ən güclü xüsusiyyətləri müşahidə qabiliyyətidir. Bir işin hər detalını incələyərlər. Hətta onlar haqında, çiynində də gözləri var deyilir. Heç bir şey diqqətindən qaçmaz. Sosialdırlar və iddialı işləri bacarmaq qabiliyyətinə malikdirlər.

Diqqət mərkəzində olmağı, təqdir edilməyi, təriflənməyi sevən bu ilin sahibləri zövqlüdürlər və yaxşı geyinməyi bacarırlar. Başqalarının görünüşünü davamlı tənqid etməyi sevərlər. Səyahətlərində yaxşı pul xərcləyərlər. Yeni tanışlıqlara daim meyillidirlər. Həddindən artıq göstərişli davranışları onları ehtiraslı olmağa doğru aparar. Cəsur insanlardılar və birinin köməyə ehtiyacı olduğunda dərhal ora qaçarlar.

Tövsiyə almaqda çətinlik çəkərlər. Müstəqil təbiəti, iş həyatında davamlı olaraq öz inkişafını təmin etməsini və öz mənfəətini qorumasını təmin edər. Öz fikirlərinə, tənqidlərinə və seçimlərinə güvənərlər. Bəzən inadçılığı tuta bilər. İş həyatında yorulmaz və haqqları üçün sonuna qədər mübarizə apararlar.

Xoruz ilində doğulan insanlar bəzən çox eqoist və öz fikirlərini qəbul etdirməyi sevsələr də, güvənilən və yaxşı vaxt keçirilən bir yoldaş olmağı da bacarırlar.

Xoruz çox romantikdir. Hədiyyələri sevərlər, bahalı brendləri isə xüsusi ilə. Daim əsl sevgini axtarar və sevdiyi insanlara sadiq olarlar…

31/12/2016 tarixində Yazılarım içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: