Birgə düşünək, birgə tapaq

image

1. 8 gözətçi yanacaq anbarını qoruyurdu və anbarın hər divarının yanında 2 gözətçi dayanmışdı. Göstəriş gəldi ki, mühafizəni gücləndirmək lazımdır. Hər divarın yanında 3 gözətçi dayanmalıdır. Lakin əlavə olaraq yeni gözətçilər gəlmədilər. 8 gözətçini necə yerləşdirmək lazımdır ki, dörd divardan hər birinin yanında 3 gözətçi dayansın? 

2. Ceyran qonaqları qarşılayırdı. Tülkü ayıdan tez, qurd dovşandan gec, ayı dovşandan tez, sağsağan qurddan gec gəlmişdi. Kim hamıdan tez gəlmişdi? Qonaqlar hansı ardıcıllıqla gəlmişdilər?

3. Vinni-Puxa ad günündə kütləsi 7 kq olan balla dolu çəllək bağışladılar. Vinni-Pux balın yarısını yeyəndən sonra çəllək balın yarısı ilə birlikdə 4 kq ağırlığında qaldı. Əvvəl çəlləkdə neçə kq bal var idi?

4. Beş dənə 3 rəqəmi və üç riyazi əməl vasitəsilə elə ifadə qurun ki, onun qiyməti 100-ə bərabər olsun.

5. Dəvə belində 1 saat ərzində 160 kq yük saxlaya bilir. Dəvə belində 1600 kq yükü neçə saat ərzində saxlaya bilər?

20/12/2016 tarixində Birlikdə öyrənək içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 12 Şərh.

  1. Sabah cavab yazacam hamısına)

    tərəfindən bəyənildi 1 şəxs

  2. Həəəə maraqlı məsələlərdir 🙂 Biz düşünək, yoxsa uşaqlarımız, yoxsa ki ikimiz də birlikdə düşünək 🙂 Dərslərini çatdırsa elətdirərəm, olmasa da başqa vaxta qalar inşəAllah.
    Daima bizi düşündüyünüz üçün təşəkkür edirəm, Sevincim 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  3. Ureyim😚😍🌹❤bax gordunmu duzeldi😊😊💖💖💖

    tərəfindən bəyənildi 1 şəxs

  4. Dünən həll etdi oğlum, amma anası cavabları götürməyi unutdu. İnşəAllah bu gün götürüb sabah yazacam. Baxaq görək neçəsi düz, neçəsi səhvdir.

    Bəyən

  5. Eşqinlə bağlı sənə sözüm var, vaxt edim e-maile yazacam, mələyim. İşlərim çoxdu 😧😧

    Bəyən

  6. 1. Tepe noqtelerine gozetchi qoyulsa, her teref uzre 3 gozetchi olar. Eshqinin yalanchisiyam 😆
    2. Tulku, ayi, dovshan, qurd, sagsagan.
    3. Val 6 kq, chelleyin oz chekisi ise 1 kq dir deyir oglum 😉
    4. Ana bala ifadeni qura bilmedik 🙈
    5. Saxlaya bilmezmish 😳

    Bəyən

  7. Hamısı düzdü, mələyim. Eşqin balama afərin.
    4-cü sualın cavabın tapmamaq isə mənim diqqətsizliyim və kitabın səhvidir, mələyim. İndi düzəldəcəm və Eşqin balam gözüyumulu tapacaq 💖😘

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: