Sobada boranı aşı

image

Lazım olan ərzaqlar:

Boranı
Düyü
Lobya (maş)
Şabalıd
Alça qurusu
Albuxara
Qırmızı soğan
Kərə yağı
Duz, istiot

Hazırlanması: 

Adətən, bu aş üçün xüsusi növ boranı götürülməlidir, amma mən eksperiment üçün adi boranıdan istifadə etdim və sizinlə də bölüşmək istədim ki, xanımlarımız çəkinmədən evdə olan boranıdan istifadə etsinlər.
Əvvəlcə düyünü 7-8 saatlıq duzlu, limonlu suda islağa qoyuruq. Lobyanı qaynadıb yumşalanacan bişiririk. Sonra düyünü tam bişirməmək şərti ilə qaynadıb bişmiş lobyanı əlavə edib süzürük. Boranını orta hissədən kəsirik, içini təmizləyirik. Xırda-xırda doğranmış soğana duz, istiot əlavə edib qarışdırırıq. Bu qarışığı boranının içinə divar boyu yayırıq. Sonra süzülmüş düyünü kərə yağı ilə yağlayıb arabir alça turşusu, şabalıd və albuxara olmaqla boranının içinə əlavə edirik. Ən sonda bir qədər də kərə yağı əlavə edib boranının kəsilmiş üst qatını qapaq kimi yerləşdiririk. Bir neçə qat folqa kağıza büküb, aşağı odda qızdırılmış sobaya qoyuruq. Soba listinə 1 stəkan su əlavə edirik. Təxminən 2 saat müddətində sobada qaldıqdan sonra hazır hesab olunur. Bəlkə də hazırlanma qaydası sizə çətin gəldi, amma bizim Azərbaycan xanımlarının bacara bilmədiyi bir resept deyil, əminəm.

image

16/12/2016 tarixində Mətbəximiz içində dərc edildi və , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 10 Şərh.

  1. Ablacım ellerine sağlık. Öyle güzel yemeklerin var ki insan tok olsa dahi yiyesi geliyor:) Azerbaycan yemek kültürünün zenginliğini sizin sayenizde öğrenmekteyiz. 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  2. Boranını sevmirəm,amma bu aşın şəkilləri iştahamı açdı mənim)

    tərəfindən bəyənildi 1 şəxs

  3. Tanıyanlar bilir ki, boranılı aşı çox sevirəm. Bir tanış bu qaydanı mənə şifahi izah eləmişdi, nəsə tənbəlliyim tutub bişirməmişəm hələ. Sevinci sağ olsun, qəşəng şəkillərlə izah edib, bir gün bişirəcəm inşəAllah, çox da asanmış 🙂
    Təşəkkür edirəm, Sevincim, süfrəniz ruzili, bərəkətli olsun 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  4. Amma heç “baranı” da pis səslənmir 😂😂😂😂😂

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: