“Çiçək” qurabiyə
Lazım olan ərzaqlar:
3 stəkan un
150 qram kərə yağı
0,5 stəkan duru yağ
1 ədəd yumurta
1 stəkan şəkər kirşanı
1 paçka vanil
2 x/q kakao
Hazırlanması:
Otaq temperaturunda yumşaldılmış yağla şəkər kirşanını yaxşıca qarışdırırıq. Sonra yumurtanı, duru yağı, vanili əlavə edib qarışdırırıq. Ən sonda unu asta-asta əlavə edib yumşaq xəmir yoğururuq. Xəmiri iki hissəyə bölüb birinə kakao əlavə edib yenidən yoğururuq. “Çiçək”ləri hazır edib, əvvəlcədən 170 dərəcəyədək qızdırılmış sobaya bişməyə qoyuruq. Qurabiyələrin üzü azacıq qızaran kimi sobadan çıxarırıq. Nuş olsun ☺️
13/12/2016 tarixində Mətbəximiz içində dərc edildi və çiçək kurabiyə, çiçək qurabiyə, kurabiye nasıl yapılır, kurabiyə olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.
Ellerinize sağlık 🙂
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Təşəkkürlər 🙏💐
BəyənBəyən
Eyni tərkibli qurabiyə bişirmişəm, amma fərqli formada. Bunun da forması gözəldir, bir də bişirəndə nəzərə alaram inşəAllah.
Süfrəniz ruzili, bərəkətli olsun, Sevinc, yeyənlərə nuş olsun.
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Çox sağ ol, mələyim, cümləmizin 🙂
BəyənBəyən