Lobyalı, əriştəli aş

img_6285

Lazım olan ərzaqlar:

Uzun düyü
Əriştə (evdə hazırlanan)
Lobya (maş)
Kərə yağı
Toyuq
Duz, istiot, sarıkök
Limon

Hazırlanması: 

Düyünü yuyub limon sıxılmış suda 6-7 saat islaqda saxlayırıq. Lobyanı da yuyub ayrı qazanda bişiririk. Bişənə az qalmış bir az duz əlavə edirik. Bişdikdən sonra soyuq suyun altında yaxşı-yaxşı yuyuruq. Toyuğu tikələrə bölüb bir burum qaynadırıq. Sonra duz, istiot, sarıkök əlavə edib əlimizin altında hazır qoyuruq. Kəsilib qurudulmuş əriştəni istər sobada, istərsə də tavada azacıq qovururuq. Düyünü yaxşı-yaxşı yuyub duzlu su qaynayan qazana əlavə edirik. Çox bişirmirik ki, dəmdə qalanda əzilməsin. Götürənə yaxın əriştəni və lobyanı əlavə edib qarışdırıb süzürük. Qazanın dibinə yağ əlavə edib toyuq tikələrini düzürük. Üzərindən süzdüyümüz düyünü kənarda az-az yağlayıb əlavə edirik. (Zövqə görə kişmiş də əlavə edə bilərsiniz). Qapağına dəsmal örtüb dəmə qoyuruq. Süfrəyə təqdimat isə, artıq mövsümə bağlıdır. Nuş olsun 😘

07/12/2016 tarixində Mətbəximiz içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 5 Şərh.

  1. Mənim ən sevimli aşım 🙂 Nə vaxtdandır məhz maşlı (lobyalı) aş bişirmək istəyirəm. Yaxın günlərdə bişirəcəm inşəAllah.
    Süfrəniz bərəkətli olsun, Sevinc. Əlləriniz dərd görməsin. Turşu da çox gözəl görünür 🙂

    tərəfindən bəyənildi 2 şəxs

  2. Ellerinize sağlık. Aç değildim. Görünce acıktım 🙂

    Bəyən

  3. Sevincime qucaq dolusu salamlar.

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: