Namaz və onun qaydaları (1-ci hissə)

image

Əziz dostlar, Allahın rizası ilə sizlərlə namaz və onun qaydaları haqda bildiklərimi bölüşmək istəyirəm. Bəlkə kimlərsə namaz qılmaq istəyir, amma bir o qədər bilgisi yoxdur. Sizlərə yazdığım bu silsilə yazılarda, həm də namaz qılmağın qaydalarından da danışacam, öyrənmək istəyənlər üçün hər xırdalığı anlatmağa çalışacağam.
Namaz dinin ən mühüm əməllərindəndir ki, əgər Allah – Təalanın dərgahında qəbul olsa, sair ibadətlər də qəbul olar. Necə ki, insan gündə beş dəfə çayda çimsə, bədəni çirkdən təmizləndiyi kimi beşlik təşkil edən namazlar da insanı günahlardan təmizləyir. Hər kəs namazı yüngül saysa, namaz qılmayanlar kimidir. Peyğəmbəri Əkrəm ( səlləllahu əleyhi və alihi və səlləm) buyurub: ” Namaza əhəmiyyət verməyən və onu yüngül sayan kəs axirət əzabına layiqdir.” 

Bəzi şəxslər doğrudan da namaz haqqında çox az məlumat əldə ediblər, amma elə insanlar da vardır ki, bu haqda kifayət qədər məlumatlı oldugu halda haqqa boyun əymək istəmir, tənbəllik və səhlənkarlıq ucbatından mehriban Rəbbimizə ibadət etməkdən yayınır. Nə üçün?

Çünki insanın batini aləmində iki növ çağırış və dəvət ona sanki istiqamət verir. Onlardan biri yaxşı işlərə, digəri isə günah və yaramaz işlərə dəvətdir. Məlum məsələdir ki, yaxşı işlərə və ibadətə çağırış Haqq tərəfindən, günah və çirkin işlərə dəvət isə şeytan tərəfindəndir. İnsanın namaz qılıb qılmaması da onun hansı növ çağırışa qulaq asmasından asılıdır. Adətən şeytan namaz qılmaq istəyən şəxslərə deyir: “Hələ tezdir, qocalanda qılarsan”, “namaz qılmaq çox çətindir, sən onun öhdəsindən gələ bilməzsən”, “namaz qılsan gör nə qədər işlərdən əl çəkərsən” və i.a.

Şeytanın hiylə və məkrləri bundan daha çox və rəngarəngdir, gərək onlara uymayaq və Allah-Taala ilə yeganə rabitə yolu olan namazdan uzaq düşməyək.

Namazın şərtləri

Namazın əsas şərtlərindən biri namazdan qabaq təharətli olmaqdır. Təharət üç qisimdir:

1. Dəstəmaz;

2. Qüsl;

3. Təyəmmüm

Allah- Taala Qurani- Kərimdə buyurur:

” Ey iman gətirənlər! Namaz qılmağa durduğunuz zaman üzünüzü və əllərinizi dirsəklərinizə qədər yuyun, başınıza məsh edin, ayaqlarınıza topuqlarınıza qədər məsh edin.

Əgər cinsi əlaqədə olmusunuzsa, qüsl edin. Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O, sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükr edəsiniz!”

Dəstəmaz

Dəstəmaz alarkən niyyət etmək vacibdir. Niyyəti dil ilə olmaz. Ona görə də niyyət edərkən qəlbinizdə edəcəyəniz bu işi keçirməli və düşünməlisiniz.

Növbəti dəfə sizlərə dəstəmazın qaydaları haqda danışacam İnşəallah.

06/12/2016 tarixində Dinimiz, imanımız içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 6 Şərh.

  1. Həm xəbərin müəllifi üçün, həm də oxucu üçün xeyirli, faydalı olsun inşəAllah. Sevincə təşəkkür edirəm xəbərə görə.
    Hər kəsə də Rəbbinə layiqli qul, bəndə olmağı arzu edirəm.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Bu faydalı bilgiler için teşekkür ederiz Sevinç Abla. İnsan için dünya bir misafirhanedir Burada kılacağımız iki rekat namaz bizi öbür dünyaya hazır kılar. Üşenmek gayrı bir problemdir. Ancak insan için kurtuluşa giden bir ibadettir. Yüreğinize sağlık.

    tərəfindən bəyənildi 1 şəxs

  3. Hep önemli konularda güzel paylaşımlarda bulunuyorsunuz Sevinç Abla. Bunun için de sizleri tanıyan herkes çok şanslı bence. Yüreğinizin güzelliği bu güzel yazılarda kendini gösteriyor. Allah sizin gibi dostları eksik etmesin. Dua ile kalınız efendim. 🙂

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: