Nə olar, bircə yol sən gələ bilsən…

image

Nə olar, bircə yol sən gələ bilsən…

Bu gecə yadıma yaman düşmüsən,
Yenə sənsizlikdə buz tək donmuşam.
Bu gecə sənə yox, sənsizliyimə
Ağlayıb, sızlayıb yaman dolmuşam. 

Bu gecə yadıma elə düşmüsən,
Ulduzun, Günəşin, Ayın yerini
Sinəmdə kök salan həsrət yerinə
İçimdən qoparıb dəyişmək gəlir.

Hara baxıramsa sən görür gözüm,
Hara gedirəmsə kölgəmsən mənim.
Dilim söz tutmayır, sənsən hər sözüm,
Bəs niyə bu qədər uzaq düşmüsən?!

Niyə qovuşmadıq, niyə ayrıldıq?
Qovuşsaq bu dünya dağılardımı?
Sən yoxsan, yalqızam, mən sənsizəmsə,
Onsuz da bu dünya darmadağındı.

Gəl bax, gözlərimdə gülüş də saxta,
Gəl bax, alnımdakı hər qırışdasan.
Həsrətlə baş-başa yollarındayam
Nə olar, bircə yol sən gələ bilsən…

Müəllif: Sevincli Dünya

04/12/2016 tarixində Sevdiyim şeirlər, Yazılarım içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 11 Şərh.

  1. Kalbinize, yüreğinize, kaleminize sağlık. Duygularımı yerle bir etti. Çok beğendim gerçekten. Bazı mısraları var ki iki üç kez okudum tekrar. İnsanın içi bu kadar mı yanar dedirtti bana. Özümüzden dökülen bu nağmeler aşkın endamını ne kadar anlatsa kafi gelemez. Bu gece mendeki hale merhem oldu bu güzel şiiriniz. Sevgiyle Kalınız Sevinç Abla. Hayırlı Geceler 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  2. Hər kəsin daxili dünyasına aid bir şeirdir, Sevinc, bölüşdüyünüz üçün təşəkkür edirəm.

    tərəfindən bəyənildi 2 şəxs

    • Oxuyan gözlərin var olsun, mələyim. Əlbəttə, sən mənim daxili aləmimə bələdsən, kiminsə ağrısını, acısını, gözləntisini qələmə almağı bacarıram, az da olsa. Hər birimizin gözü yol çəkər bəzən, dönə bilməyəcəyi, geri dönüşü mümkünsüzdü bilirik, amma yenə də “kaş bir yol gələydin” deyirik….
      İnstagramda məndən soruşdular ki, hər kəsin bir gözləntisi var, əlbət…Mən də dedim kim nə gözləyir bilmirəm, mən nəvə gözləyirəm 😍😍😻😻

      tərəfindən bəyənildi 1 şəxs

  3. Yarım kalan sevgilerin diline dil olmuşsunuz deyim yerindeyse. Arada böyle güzel şiirler isteriz sizden Sevinç Abla. Güzel yazıyorsunuz gerçekten. Benim hiç şiir yazma kabiliyetim yok. Ama şiir okumayı ve dinlemeyi inanılmaz seviyorum 🙂 Gönlünüze sağlık.

    tərəfindən bəyənildi 1 şəxs

  4. Bende öyle düşünüyordum. Sevinç Ablam bizi şiirsiz goymaz ki:)

    tərəfindən bəyənildi 1 şəxs

  5. Gelsen de gelmesen de,
    Men ele hemin menem,
    Sen sevsen sevmesen de,
    Sevgimde ebediyem…

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: