Heyvalı kələm dolması
Lazım olan ərzaqlar:
Mal əti
Quyruq
Yumru düyü
Kərə yağı
Baş soğan
Reyhan qurusu
Keşniş
Heyva
Duz, istiot
Hazırlanması:
Hamının bildiyi qaydada kələm dolması hazırlanır. Yəni bu mərhələni bilməyən xanım yoxdur. Sadəcə olaraq, qazana bir lay kələm dolması düzdükdən sonra, üzərinə bir lay da heyva dilimləri əlavə edirik. Süfrəyə təqdim edərkən zövqə görə nar da əlavə edə bilərsiniz.
29/11/2016 tarixində Mətbəximiz içində dərc edildi və dolmalar, heyva dolması, heyvalı, kələm dolması, milli mətbəximiz, narlı kələm dolması olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 8 Şərh.
Sevdiyim və tez-tez bişirdiyim yeməklərdəndir. Heyva ilə bərabər nar da vururam, Sevincdən öyrənmişəm (Sonay çox sevir narla olanda). Sevincə çox təşəkkür edirəm, həm varlığına, həm də böyüklüyünə, evdarlığına görə.
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Mən də sənə təşəkkür edirəm, mələyim. Yaxşı ki varsan!!! 💖💖😘😘🌹🌹🌷🌷❤️❤️😻😻
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Əllərinə sağlıq,Seva. Sənin bu reseptinlə tanışam. Bir az heyva var, yaxın günlərdə bişirərəm, mız-mız oğlum bəyənməsə də yoldaşım mütləq bəyənəcək.
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Bəyəndiyinçün sağ ol, İrinka 😘😘💐🌷🌹
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Benim kesin Kardeş ülke Azerbaycan’a gelmem lazım. Ya da Sevinç Abla en iyisi siz bu güzel yemeği paket yapın gönderin buraya. Ne kadar güzel görünüyor. Ellerinize sağlık 🙂
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Yəqin ki, eşitmiş olarsınız, Azərbaycan qonaqpərvərliyi ilə tanınır. Dədə-babalarımızdan bizə irs qoyulub bu xüsusiyyət, evimizin ən gözəl guşəsi, süfrəmizin ən dadlı təamı qonaq üçün saxlanılır. Bu qonaq qardaş ölkədən gələcəksə, o zaman başımız üstdə yeri var 🌷🌹💐
BəyənBəyən
Mən də heyva ilə hazırlayıram,kələmin qoxusunu götürür,Sevinc əla)Sonayın maması,narla necə hazırlayırsız?maraqlı gəldi mənə
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Çox sağ ol, canım. 😘🌹💐💖 Heyva dilimləri ilə bərabər, arabir nar dənəsi də əlavə elə.
BəyənBəyən