Eşqin gözü kor olar bəzən…

image

Aşiq olanların dilinin əzbəridir bu: “Eşq fədakarlıq deməkdir”. Nə qədər çox sevəriksə, bir o qədər də sevilərik. Nə qədər çox dəyər verəriksə, bir o qədər də qarşılıq görmüş olarıq. Belədirmi? Həqiqətənmi aşiq olmaq bütün istəklərindən, xəyallarından, uğurlarından, hətta bəzən özündən belə keçmək deməkdir? Deyək ki, keçdik, yaxşı bəs eşq uğruna atdığımız bu addımda xoşbəxtliyə hər zaman nail olmaq olurmu? Əlbəttə ki, yox! Nail olmaq olsaydı həyatından narazı olanların sayı barmaqla göstəriləcək sayda olmazdımı?! 

Bu həyatda hər sahənin öz bilicisi var. Xəstə təbibdən, inşaat mühəndisdən, cinayətkar hakimin qərarından, şagird müəllimdən gözləyər umacaqlarını. Eşqi, sevdanı, sevgini də analiz edib doğru olanları ortaya çıxaran bilicilər var. Öz sahəsinin mütəxəssisi deyirlər belələrinə. Bu mövzuda da mütəxəssus araşdırmasına ehtiyac duyub diqqətinizə bəzi məqamları çatdırmaq istərdim. Əvvəlcədən qeyd edim ki, mütəxəssis nəticələri olmasına baxmayaraq razı olduğum və olmadığım hallarla qarşılaşdım.

Nədir həqiqi eşq, sevgi? Sözün əsl mənasında sahib olduqlarımızdan imtinadırmı? Yoxsa burda bir yanlışlıqmı var? İlk başdan burda mən mütəxəssiz fikri ilə tam razıyam. Təbii ki, yox! Xoşbəxt olmağımızı istəyən və bizimlə xoşbəxt olmağı düşünən biri, bizi yanlışlarımız və doğrularımızla birgə sevməlidir. Yoxsa ki, sən başdan-başa mənim istədiyim kimi ol səni hər kəsdən çox sevəcəm, səni xoşbəxt edəcəm deyən biri varsa bu nə həqiq sevgidir, nə də əsl sevmək. Belə sevməyə nə var ki?!..

Xəyəllarınızı unudun…

Təsəvvür edin ki, yaşadığınız həyat boyu minlərcə xəyal qurmusunuz və bir gün onun real olacağı günü də səbirsizliklə gözləyirsiniz. Zamanı gəlir bir gün xəyallarınızdqn hansı birisə həqiqətə çevrilib qapınızı döyür. Lakin sizə sevgi vəd edən, eşq həyatınıza qədəm qoymuş biri sizin bu gerçəyə dönmüş xəyalınıza sıradan bir istək kimi baxır, hətta israrla qapınıza gəlmiş illərin xəyalını geri göndərmənizi tələb edir. Düzdür, bəzən olur ki, illərlə həsrətini çəkdiyimiz nələrinsə real olduğunu gördükdə, yanlış bir istək uğruna xəyal qurduğumuzu dərk edib özümüz bu gerçəkdən imtina edirik. Yəni, gerçək dünyamızın qapılarını bu xəyalın üzünə birdəfəlik bağlayırıq. Bunu könüllü olaraq edirik, istəyərəkdın, heç bir sıxıntı, zorluq yaşamadan. Amma gerçəyə dönmüş hər hansı xəyalınızı kimin üçünsə, məcburən tərk etməyi düşünürsünüzsə, bunu əsla etməyin. Siz yenidən sevə bilərsiniz, bəlkə də daha güclü şəkildə. Amma nə qapınızı döyən xəyal şansınız bir daha geri dönər, nə də siz onu başdan olaraq yenidən yarada bilərsiniz…

Dəyərləri itirmək…

Hər kəsin fərqli davranışı, əxlaqı, dünyaya baxışı vardır. Bu normal bir haldır, təbii ki, hər kəs eyni ola bilməz. İnsanlar nə qədər fərqli görüb, fərqli düşünsələr belə, qarşı tərəfə hörmətlə yanaşmalıdırlar. Sizə “sevirəm” deyən kişi, əgər sizin düşüncənizi anlayışla qarşılamırsa, yaxud sizi yerli-yersiz, haqlı-haqsız aşılamağa çalışırsa, bu sizə qarşı olan ədalətsizlikdən başqa bir şey deyildir. Onun bu cür davranmağına yol verməyin. Əlbəttə, əgər qarşı tərəfin haqqınızda düşündüklərini doğru sayırsınızsa, səhvlərinizin nədən ibarət olduğunu qəbul edirsinizsə, dəyişmək sizin tam haqqınızdır və ən doğru olanıdır. Amma göz görə-görə sizin doğru yolunuzu yanlış deyə işarələyən biri üçün yolu dəyişməyə ehtiyac yoxsur. Yoxsa gələcəkdə o yol sizi uçurumla üz-üzə qoyacaq.

Xarici görünüşü dəyişmək…

Sizə eşq elan edən biri bədən quruluşundan, yaxud üz cizgilərinizdən xoşlanmadığı üçün bunların hər hansı birində dəyişikliyə əl atmaq istəyirsinizsə, məncə bu da doğru olmayan qərarınız olacaq. “Könül sevən göyçək olar” misalını unutmayın. Sevgi könüldən könülə axan bir duyğudur, zahiri gözəlliyin sevgisi, elə o gözəlliyin ömrü qədər az olar. Mən əyri burnumu, çil basmış üzümü, çatma qaşımı sən istəyən formaya saldıqdan sonra məni əlçatmaz bir sevgiylə sevəcəyini vəd edirsənsə, olmaz olsun bu sevgi. Sabah hər hansı qəzada gözəlliyimi itirdikdə kim deyəcək ki, məni ömürlük tərk etməyəcəksən? Sevgi üz gözəlliyində deyil, sevgi ürəyin gözəlliyindən qaynaqlanar, bəylər. Gözəl axtarırsınızsa, o zaman yol açıqdır…

Özünü bacarıqsız göstərmək…

“Olduğun kimi görünməkmi, yoxsa göründüyün kimi olmaqmı?” Heç vaxt olmadığınız biri kimi görünməyə can atmayın. Qarşınızdakı kişinin xarakterinə uyğunlaşasınız deyə, nə özünüzü avam yerinə qoyun, nə də həddən artıq ağıllı biri kimi davranmağa çalışın. Hər iki hal sizi gülünc günə sala bilər. Və yaxud da bir işin öhdəsindən gələ biləcəyiniz halda, acizanə şəkildə kömək istəməyinizin heç yeri yoxdur. Bu davranışınızla qarşlnızdakını qəhrəman edə bilərsiniz. Amma gələcək üçün hər zəfəri ona buraxmış sayılarsınız. Axı sizin özünüzə xas və yetərincə ağıllı düşüncəniz olduğu halda niyə kömək üçün əl açmalısınız? Bu hal insanı digər birindən asılı hala salar həmişə. Sizin qadir olduğunuz gücünuzu və ya gücsüzlüyünüzü qəbul etməyən biri üçün artıq zaman xərcləməyə dəyməz…

Vacib qərarlar zamanı susmaq…

Sağlam bir münasibət zamanı qərar qəbul edərkən hər iki tərəfin fikri nəzərə alınmalıdır. Hər problemin həllində, istər kiçik olsun, istər böyük fərq etməz, son qərarı həmişə qarşı tərəf verəcəksə, bu sizə qarşı haqsızlıq deməkdir. Üstəlik sizə qarşı hörmətsizliyin tam özü sayılır. Buna da əsla icazə verməyin. İstər dərdindən öldüyünüz biri olsun, yenə də həyatınızı tam şəkildə idarə etmək üçün külli-ixtiyarı əldən vermək doğru sayılmır. Bir ailə üçün bu cür münasibət gələcəkdə çox problemlər yaşanacağına bir zəmindir…

Ən həssas mövzu…

Birlikdə yaşamağın ən ali qanunlarından biri də özəl həyatdır. Sevdiyiniz kəslə yatağı bölüşərkən istəklərinizi gizlətməmək atdığınız doğru addım deməkdir. Amma istəmədiklərinizi qarşı tərəfin könlü xoş olsun deyə məcburən həyata keçirəcəksinizsə, bu sizin yanlışınız olacaqdır. Əgər sevdiyiniz insan istəklərinizə qarşı çıxırsa və ya istəmədiklərinizi sizdən israrla istəyirsə, bu sizə qarşı hörmətsizlik deməkdir, başqa bir şey deyil. Sizin təbiətinizə yad olan fantaziyalara zorla qatlaşmaq məcburiyyətində deyilsiniz. Kimsə bunu sizdən istəyəcəksə, yollarınızı mütləq ayırmalısınız…

Sevgi başqa biriylə qocalmağa hazır olmaq deməkdir, bunu unutmayın. Sevgiylə qalın…

Advertisements

10/11/2016 tarixində Ailə dünyası içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Baştan aşağıya doğru gerçek aşk ya da sevgi için verdiğiniz tavsiyeler için teşekkür Sevinç Abla. Bu yazınızı okurken Nasrettin Hoca’nın şu fıkrası aklıma geldi. Hoca bir gün evinin önünde oturuyormuş. Derken bir leylek evin önündeki ağaca konar. Hayatında ilk defa leyleği gören Hoca şöyle der: Yahu bu şimdiye kadar gördüğüm kuşlara benzemiyor. İçerden makası alır ve leyleği ayağından yakalar. Leyleğin uzun bacaklarını, uzun gagasını ve büyük kanatlarını keser ve şöyle der.”Hah şimdi kuşa benzedin uç bakalım” der. Buradaki mesaj hepimizin de bildiği gibi: İnsanın karşısındakini kendi istek ve arzularına benzetmeye çalışmak istemesidir. Dediğiniz gibi ilişkiler bir kişilik değil iki kişiliktir ve hepimiz farklıyız. Her yönden. Önemli olan birbirimizi olduğu gibi sevmektir ve kabul etmektir. Yüreğinize sağlık siz de sevgiyle kalınız.

    tərəfindən bəyənildi 1 şəxs

    • Mən təşəkkür edirəm sizə. Hər yazıma zaman ayırıb fikir bildirirsiniz. Yaxşını da, pisi də qəbul edib, yaxşıya dəyər verən, pisi düzəltmək üçün çaba göstərən biriylə çıxmalısan bu yola. O zaman yol uzun və mənalı olar ancaq.

      tərəfindən bəyənildi 1 şəxs

  2. İnsan hayatına kattığı insanla uzun bir süre kalacağını hesaplamalı. Daha gün bitmeden her şey bitiyorsa o aşk değildir. Hepimizin tek dileği hayatımızı doğru insana adamak. Ancak hiç değiştirmeden onu ve kendimizi birbirine katarak olmalı. Güzel tavsiyeleriniz için minettarım. Sevgiyle kalınız Sevinç Abla.

    tərəfindən bəyənildi 1 şəxs

  3. Artıq yolumu seçmişəm, doğrumu, yanlışmı bilmirəm. Amma Allaha həmd olsun şikayətçi deyiləm və heç vaxt da peşman olmaram Allahın lütfü sayəsində.
    Maraqlı xəbər üçün təşəkkür edirəm, Sevinc.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: