Uşaq ensiklopediyası (XXVI)

image

Vitaminlər 

Siz heç sinqa xəstəliyi haqqında eşitmisiniz? Bu xəstəlik gəmilərdə gözlənilmədən baş verirdi. Adamların dişlərinin əti qanayır, dişlərin özü isə laxlayırdı. Dənizçilər zəifləyir və tamamilə gücdın düşürdülər. Sinqadan ölənlərin sayı gəmi qəzalarında həlak olanlardan çox idi.

      İndi biz bilirik ki, bunun çox asan çarəsi var. Sadəcə olaraq dənizçilər özləri ilə səfərə bir neçə qutu C vitamini götürməli idilər. Əlbəttə, XXI əsrdə bu cür fikirləşmək çox asandır. 300 il bundan qabaq isə heç həkimlər də bilmirdilər ki, sinqa xəstəliyi qidada C vitamininin çatışmaması nəticəsində baş verir.  Təzə meyvə və tərəvəzin tərkibində isə külli miqdarda C vitamini vardir. Vaxtilə dənizçilərin əsəs qidası olan quru çörəkdə (suxarı) və duzlanmış qaxanc ətdə isə bu vitamin heç yox idi.

      Yalnız 1880-ci ildə rus alimi N.İ.Lunin müəyyən etdi ki, insan orqanizminə zülal, yağ, karbohidrat, müxtəlif mineral duzlar və sudan əlavə başqa maddələr də lazımdır. Sonradan bu maddələri vitaminlər (latın dilində “vita” “həyat” deməkdir) adlandırmağa başladılar.

      Hazırda 30-a yaxın vitamin məlumdur. Asan yadda qalmaq üçün onları latın hərfləri ilə işarə edirlər. A vitamini gözün normal fəaliyyətini təmin edir. D vitamini sümüklərin normal inkişafı üçün vacibdir. C vitamini orqanizmə sinqa və bir sıra başqa xəstəliklərlə mübarizə aparmağa kömək edir. B1 və B2 vitaminləri beynin fəaliyyəti üçün əhəmiyyətlidir. 1948-ci ildə isə alimlər ilk dəfə olaraq qaraciyərdən B12 vitaminin açıq yaqut rəngli kristallarını ayırdılar. Bu vitamin orqanizmdə qan yaranmasında iştirak edir.

Vicdan və şərəf 

      Ola bilsin ki, siz nə isə pis, ədalətsiz, şərəfsiz iş tutmuş və bunu gizlətmisiniz. Sizin bu hərəkətinizdən heç kimin xəbəri olmasa da, özünüzdə həyəcan, təlaş hiss edəcəksiniz. Kitabı götürüb oxumaq istəsəniz, oynamaq istəsəniz – həvəsiniz olmayacaq.

     Deyirlər, belə adamı vicdan incidir, ona rahatlıq vermir.

     Vicdan ən qəribə insani hisslərdən biridir. O sizin və hamının qəlbi sakit və təmiz olduqda hər şeyi bərabər işıqlandıran çox aydın və şəffaf odu xatırladır. Siz yəqin ki hansı bir adam haqqında isə: “Təmiz vicdanlı adamdır” deyildiyini eşitmisiniz. Belə adamlar yer üzündə ən yaxşı adamlardır. Onlar təkcə özləri ədalətli hərəkət etməklə kifayətlənmir, həm də ədalətsizliyə qarşı mübarizə aparırlar. Köləliyə və əsarətə, müharibəyə və terrora qarşı mübarizə etmişlər və edirlər.

       Vicdanı adam özündə tərbiyə edə bilər. Bunu elə indidən – məktəb yaşlarından etmək lazımdır.

      Siz yəqin bilirsiniz ki, bəzi uşaqlarla təkcə dostluq etmək yox, oynamaq da dözülməzdir, belə uşaqlar özlərini şərəfsiz aparırlar. Məsələn, gizlənpaç oyununda onlar gizlindən baxır, dama, şahmat oynayanda fırıldaq işlədirlər, and içir, lakin anda əməl etmirlər. Şərəfsiz hərəkət edəndən sonra onlar bu hərəkəti boyunlarına almır və hətta bunu zirəklik sayıb “Əcəb etmişəm”! deyib lovğalanırlar. Onlar sadəcə başa düşmürlər ki, bu xasiyytlə gələcəkdə yaşamaq çətin olacaqdır. Axı şərəfsiz və vicdansız adamı heç kim sevmir.

     Bəs şərəf nəyə gərəkdir? Özü nə olan şeydir? Niyə deyirlər ki, o bu adı şərəflə doğrultdu, bu tapşırılan işin öhdəsindən vicdanla gəldi.

     Şərəf bütün kollektivə də aid ola bilər. Siz yəqin belə sözləri eşitmisiniz: “gəmin şərəfi”, “zavodun şərəfi”, “dəstənin şərəfi”. Əgər sizin məktəb işi və təhsili ilə şöhrət qazanıbsa, hətta dərslərindən geri qalıb nümunəvi davranmayan bir sinif məktəbin şərəfinə ləkədir.

Vyetnam (Vyetnam Sosialist Respublikası, VSR)

       Vyetnam, rəsmi adı — Vyetnam Sosialist Respublikası — Hind- Çin yarımadasında Cənub-Şərqi-Asiyada yerləşən dövlət. Qərbdə Laos və Kamboca, şimalda Çin ilə həmsərhəddir. Cənub və şərqdən Cənubi Çin dənizi  ilə sərhəddir.

    Vyetnamın şərqində ilıq Cənubi Çin dənizinin qumlu sahilləri, qərbində isə sıx meşələrlə örtülü sıldırım dağlar uzanıb gedir. Çəltik əkilən düz sahələr səliqə ilə kvadratlara bölünür.

     Vyetnamlıların əksəriyyəti çəltik plantasiyalarında işləyir. Torpaq şumlamazdan əvvəll sahələrə bol su axıdırlar. Camışlar palçığın içində böyük taxta darağa oxşar dırmıx sürürlər. Sonra qadınlar dizə qədər suyuin içinə girərək, yaşıl çəltik şitillərini sıra ilə əkirlər. Vyetnamlıların gündəlik yeməkləri düyü, balıq və tərəvəzdir.

      Meşə ilə örtülü dağlıq yerlərdə yaşayanlar camış sürüləri otarır, maral ovlayırlar. Meşə talalarında qarğıdalı, həmçinin kartofa oxşayan maniok və taro əkirlər.

     Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoyun enli yaşıl küçələri, çoxlu parkı var. Şəhərdəki göllərdən birinin sahilində məşhur Mot-Kot paqodası (Uzaq Şərq ölkələri – Çin, Yaponiya, Vyetnam, Koreya v s.-də budda məbədi) yerləşir. Təkcə bir sütun üzərində dayanan bu paqoda saplaqlı lotos gülünü xatırladır. Paqodanı çiçək və əjdaha təsvirləri bəzəyir.

     XIX əsrin ikinci yarısında fransızlar Vyetnamı işğal etmişdilər. Vyetnam xalqı uzun müddət işğalçılara qarşı mübarizə aparmışdır. Nəhayət, 1945-ci ildə ölkədə Avqust inqilabı qələbə çaldı və Vyetnam Demokratik Respublikası (VDR) yaradıldı. Lakin çox keçməmiş fransız müstəmləkəçiləri ölkənin cənubunu işğal etdilər və orada “vyetnam dövləti” adı ilə xalqa zidd mürtəce rejim yaratdılar. Vyetnam müvəqqəti olaraq iki hissəyə – Şimali Vyetnam (VDR) və Cənudi Vyetnama bölündü. Müstəmləkəçilərə qarşı başlanan xalq müqavimət hərəkatı 1954-cü ildə fransızların ölkədən qovulması ilə nəticələndi. Amma fransız müstəmləkəçilərini əvəz edən Amerika imperalistləri ölkənin birləşməsinə mane oldular və Cənubi Vyetnamda hərbi rejim yaratdılar.

    SSRİ başda olmaqla sosialist ölkələrinin, dünyanın bütün mütərəqqi qüvvələrinin köməyinə arxalanan Vyetnam xalqı ölkənin istiqlaliyyəti və birlkəşdirilməsi uğrunda mübarizəyə qalxdı. Dünya ictimaiyyətinin tələbi 1973-cü ilin yanvarında ABŞ imperalistlərini Vyetnam xalqına qarşı işğalçı müharibəni dayandırmağa məcbur etdi. ABŞ qoşunları Vyetnamdan çıxarıldı, 1975-ci il sentyabrın 30-da isə Cənubi Vyetnamdakı Sayqon rejimi tamam süqut etdi və ölkənin birləşdirilməsi üçün şərait yarandı. Nəhayət, 1976-cı ildə VDR və Cənubi Vyetnam birləşdi, Vyetnam Sosialist Respublikası yaradıldı.

     Respublikamızın xalq artisti kinorejissor Əjdər İbrahimov Vyetnamda kino məktəbi yaradılmasında xidmətinə görə ölkənin ordeninə layiq görülmüşdür.

25/10/2016 tarixində Birlikdə öyrənək içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 3 Şərh.

  1. Geçmişin içinde hep tarih vardır. Milletleri millet yapan ise geçirdiği hadiselerdir. İnsanın bilmediklerini okuyup öğrenmesi ne kadar güzel bir şey. Yüreğinize sağlık.

    Bəyən

  2. Çox maraqla oxudum. Təşəkkür edirəm, Sevinc. Deyirəm vyetnamlılar elə düyü yeməkdən elə incə-mincədirlər 🙂 Gərək biz də düyüyə keçək. Plova yox ha, düyüyə 🙂

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: