Almalı keks
Lazım olan ərzaqlar:
4 ədəd yumurta
1 stəkan qatıq
1 stəkan şəkər tozu
0,5 stəkan duru yağ
1 paçka qabartma tozu
1 paçka vanil
Apardığı qədər un
6-7 ədəd alma
Hazırlanması:
Göstərilən ərzaqları qarışdırıb keksin xəmirini hazırlayırıq. Almanın qabığını soyub özəyini çıxarırıq. Keksi bişirəcəyimiz qabın dibini yağlayırıq. Soyulmuş almaları düzürük. Almanın ortasına çiyələk qoyuruq ( zövqə görə banan, şokolad da əlavə etmək olar). Hazır xəmiri əlavə edirik. Əvvəlcədən qızdırılmış sobaya bişməyə qoyuruq. Soyuduqdan sonra dilimləyib süfrəyə təqdim edirik.
Mütləq hazırlayın, qeyri-adi dad sizin də ürəyinizcə olacaq.
22/10/2016 tarixində Mətbəximiz içində dərc edildi və almalı keks, apple, cake, kek, keksin hazırlanması olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 8 Şərh.
Leziz gozukuyo
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Maraqlı bir dad olar inşəAllah, hazırlanması da çətin deyil. Mənim bu keks qabım yaxşı çıxartmır niyəsə də. Bir gün hazırlayaram inşəAllah.
Süfrənizə bərəkət, Sevinc, yeyənlərə nuş olsun. Bizimlə də bölüşdüyünüz üçün təşəkkür edirəm.
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Qab vacib deyil bu formada olsun, mələyim. Hansı formadan varındı ondan götürə bilərsən. Sənin sevdiyin dad olacaq, əminəm.
Çox sağ ol, Allah hamımızın ruzisini bol eləsin. 😘💖❤️💖❤️😘🌹💐🌷
BəyənBəyən
Söylü demişkən siz mənim ağzımın dadını məndən yaxşı bilirsiniz 🙂 Bişirib deyəcəm sizə nətivəsini yaxın günlərdə inşəAllah.
BəyənBəyən
Əllərinə sağlıq, Seva. Qeyri-adi bir keksdir. Sənin zövqünə bələd olduğum üçün əminliklə dadına söz yoxdur deyirəm. İnşaAllah bir gün hazırlayıb nuş edərəm.
BəyənBəyən
Çox sağ ol, İrinka. Allah razı olsun. Elə dadı da qeyri-adidir 👍👍👍😘🌹💐🌷
BəyənBəyən
Edecem insaALLAh bu keki .Ellerinize sagliq
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Sağ ol, şirinim 😘🌹💐🌷💖
BəyənBəyən