Uşaqlara nəzakət öyrətməyin yolları

image

Valideynlərin ən məsuliyyətli işlərindən biri də tərbiyəli övlad böyütməkdir. Uşaq psixologiyasını araşdıran mütəxəssislərin gəldiyi bir neçə qənaətlə sizi də tanış etmək istərdim.
Övladınıza nəzakətli olmağın yollarını gün ərzində dəfələrlə xatırlatmalısınız, bu vacib şərtlərdən biridir.

Məsləhət verərkən, “Vacib olan şey xoşbəxt olmağındır” yerinə, “Vacib olan şey nəzakətli davranmağındır” – deyə vurğulayın, çünki xoşbəxtlik övladınızın şəxsi həyatıdır, amma nəzakətli olmaq ərafındakı hər kəslə bağlıdır. 

Övladınızın hörmət bəsləyəcəyi insanların sayını artırın. Hər uşaq bir və ya bir neçə insanı örnək hesab edər, onlara dəyər verə bilər.

Bununla da, özlərindən fərqli, xüsusilə, yeni tanış olduğu və ya qüsurlu uşaqlara da dəyər verməyi öyrənmiş olarlar.

Övladınızı qarşısındakından üzr istəsin deyə məcbur etməyin. Valideynlərin adətidir, övladı hər hansı bir uşağı bilərəkdən və ya bilməyərəkdən vurduqda, ona toxunduqda mütləq üzr istə deyə uşaqları məcbur edərlər.

Onlara üzr islətmək yerinə uşaqları qəsdən itələmək olmaz, vurmaq olmaz deyə tərbiyə edib, nəzakətli olmağı öyrətmək daha doğrudur.

Başqalarının hisslərinə, düşüncələrinə hörmətlə yanaşmaq lazım olduğunu vurğulamaq çox vacibdir.

Övladınız hansısa bir uşaqla dil tapıb anlaşa bilmədiyi haqqında sizinlə söhbət edərkən, onunla dil tapa bilməyən uşağın nələr düşündüyü haqqında suallar verin.

Sahib olduğunla xoşbəxt ola bilməmək, başqalarının sahib olmadıqlarından məmnuniyyət duymadıqları ilə eyni anlama gəlir.

Övladınıza onlardan daha az şanslı, daha pis durumda olan yaşıdlarının halını anladın. Sahib olduqlarının qədrini bilib onlara dəyər vermələrini, xoşbəxtliklərinin qədrini bilmələrini öyrədin.

Ən vacibi olanı isə, gərək evdə ailə üzvləri bir-biri ilə nəzakətlə davransınlar. Uşaq gördüyünü götürər deyiblər axı…

 

Advertisements

18/10/2016 tarixində Ailə dünyası içində dərc edildi və , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 8 Şərh.

  1. Tam olmasa da, müəyyən qədər nəzakətli uşaq tərbiyə etməyə nail olmuşam, amma hələ özümün ürəyimcə deyil. İnşəAllah böyüdükcə istədiyim səviyyəyə çatarlar.
    Faydalı xəbərə görə təşəkkür edirəm, Sevinc, xeyirlərə vəsilə olasınız həmişə.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Salam canım

    tərəfindən bəyənildi 1 şəxs

  3. Hamınızı xoş gördük ezizlerim. İnanın heç birinizi unutmamışam . Hamınızı çox isteyirem. Sevincimizin yaratdığı bu gözel sayta gelmek üçüninanın vaxt tapa bilmirem. imkan tapdıqca gelecemSe incim😘😘😘🌹🌹🌹

    tərəfindən bəyənildi 2 şəxs

  4. Ne kadar faydali bir yazi tesekkur ederimmm benimde kucuk bir kardesim var onda daha dikkatli olmami dusundurdu bu yazi

    tərəfindən bəyənildi 2 şəxs

  5. Xoş gəldin, Günelim. 😘😘🌹🌷💐❤️ Bilirsən də, sənin xətrini hamı çox istəyir. Nədənsə, dostların hərəsi bir tərəfə çəkildi. Hər halda 24 saatın 5 dəqiqəsini, çox yox, sadəcə 5 dəqiqəsini ayırıb gəlib salamlaşsalar çox şad olarıq. Aylardır Gülümdən xəbər yox idi. Çox nigaran idim. Bu yaxınlarda e-mail ünvanıma yazdı. Çox sarsıdıcı bir hadisə gəlib başına. Dostlar adından səbir diləyirəm. Dedi özümə gəlim qayıdacam yanınıza yenidən. Hamınıza da salam dedi.
    Amma Leyla, Esmiradan heç xəbərim yoxdur. Çox nigaranam sözün düzü.
    Sada səhhəti ilə bağlı arada gəlir, xəbər tuturam. İrinka vaxt tapdıqca gəlir. Nübar da üzürlü səbəbdən yoxdu. Alisa çoxdandı yoxdu. Nigar bloq ünvanımı bilir, amma heç gəlməyib. Səadət Səxavət bilir, Sura xanım, Rasimə, Lalə, Nuriyyə…yadımdan çıxan oldusa inciməsinlər, zatən mən də onların yadından çıxmışam))) Selini axtarıram tapa bilmirəm.
    Məni doğru başa düşün, dostlar, mən reytinq qazanım, öndə olum deyə sizi axtarmıram. Mən bu dünya fanidir, unutqan olmayın deyirəm. Bir salamı çox görməyin. Siz nigaran deyilsiniz bəlkə də, amma siz sarıdan nigaran olan var…

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: