Tort “Bednıy yevrey”

image

Mətbəximin qonağı sevimlimiz İrinka xanımdır. Maraqlı tərkibə və maraqlı ada sahib olan bu tort yəqin ki, sizin də marağınıza səbəb olacaq. Resept üçün İrinka xanıma təşəkkür edirəm. Amma bir sualım da olacaq, yəqin sizin də ürəyinizdən keçən sual olar: İrinka, bu tortun tərkibi zəngin olduğu halda, niyə adı “Бедный еврей” ( “Yoxsul yəhudi”) qoyulub? ☺️ 

Lazım olan ərzaqlar:

2 ədəd yumurta
1 stəkan şəkər tozu
200 qram xama
1 stəkan un
1 paçka qabartma tozu
1 paçka vanil
100 qram xırdalanmış qoz
100 qram kişmiş (ya da ərik qurusu)
1 paçka xaş-xaş (mak)

Krem üçün:

700-800 qr. xama
1 banka bişmiş qatılaşdırılmış süd

Hazırlanması:

Bu tortu hazırlamaq üçün üç pay xəmir lazımdır. Yuxarıda göstərilən ərzaqlar bir lay üçün nəzərdə tutulub. Göstərilən ərzaqları qarışdırıb, hər layı ayrı-ayrılıqda bişirib soyuduruq. Sonra aralarına krem çəkib zövqə görə bəzəyirik.

13/10/2016 tarixində Mətbəximiz içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 13 Şərh.

  1. Yəhudilər özləri göz qaytarmaq üçün belə ad qoyublar 🙂
    Tortsa əladır, kremi lap xoşuma gəldi. Olsa böyük məmnuniyyətlə çayla içərdim.
    Allah süfrənizə bərəkət versin, İrinka xanım, əlləriniz dərd görməsin.

    tərəfindən bəyənildi 1 şəxs

    • Çox sağol, Allah cümləmizin süfrəsinə bərəkət, canına sağlıq versin.
      Bir dəfə hazırla, ondan sonra deyəcəksən ki, elə bütün tortların kremini bu cür hazırlayım.

      Bəyən

  2. Sənə tort versə İrinka, məni yaddan çıxarma 😻😻😻😻😻

    Bəyən

  3. Versə nədir, ay Sevinc, qurbandır hər ikinizə, hətta kim yemək istəsə. Təəssüf ki, qonaqlığımız virtual olur.
    Seva, əvvəla reseptimi dərc etdiyin üçün sənə sonsuz təşşəkkürümü bildirirəm.
    Qaldı tortun adına mən də tərkibini eşidəndə bu sualı verdim, yeyəndən sonra dedim ta bu yevreyin nəyi “bednıy” oldu? Sonayın maması demiş, onlar özləri çoxbilmişliklərindən bu adı veriblər. Resept mənə canım, gözüm Naradandır. Dedi ay mama, hələ “sçastlivıy yevrey”i görüb yeyəsən.

    tərəfindən bəyənildi 1 şəxs

  4. Maybe you´d like our blog
    Even you could vote us
    https://superduque777.wordpress.com/
    Posiblemente le guste ntro blog..

    Bəyən

  5. Ellerinize sağlık. Çok güzel görünüyor. İnsan tokken bile yiyesi geliyor 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  6. Sonayin bibisi Sada

    Salam Sevinc!Salam dostlar!
    İtib batmaq mənim çoxdankı adətimdi.
    Sizin üçün darıxmışdım.Bu dəfə daha ciddi səbəbdən gələ bilmirdim!Biraz gec gelende narahat olmayın.

    İrinka x. tortun əla.5++.”Bedniy evrey”-millioner.
    Qərara aldım ki bişırım.Mən qozu ayri ,maki ayri, kişmişi ayri qatib elə edəcəm.

    tərəfindən bəyənildi 1 şəxs

  7. Salam, canım mənim. Xoş gəldin sən 😘😘💖💖💐🌷🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️
    Sən nə qədər gec gəlsən də, heç gəlməsən də mənimçün həmişəki Sadamsan. İnan səmimiyyətimə, heç gəlmə, amma sağlığın yerində olsun. Mənim də günahım var, bəzi səbəblərdən “mailinə” yaza bilmədim, üzürlü say. 😘😘😘😘

    Bəyən

  8. Sabahınız xeyir, əzizlərim. Məni üzürlü sayın, yazdıqlarınlza gec cavab yazıram. Üstünüzə sağlıq qrip yapışıb boğazımdan 😷😷😷😷
    Özümə gəlim, bir maraqlı reseptim var yerləşdirəcəm, Allahın izni ilə.

    Bəyən

  9. Salamlaşmaq yadımdan çıxdı. Sabahınız xeyirli, uurlu, faydalı olsun.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: