Yeyin-için, amma bunlara əməl etməyi də unutmayın

image

Sağlam yaşamaq, xüsusən də artıq çəki olmadan formada qalmaq hər bir qadını narahat edən problemlərdən biridir. İdman, qida rejiminə düzgün əməl etməklə yanaşı bəzi məqamlar var ki, onları bilməyimiz çox vacibdir. Bəzən məcburən, ya da elə bilərəkdən bizə artıq çəki gətirə biləcək qidalardan istifadə etməli oluruq. İştahla yeyirik, hələ bir “bəh-bəh” də deyirik. Amma yeyib qutarandan sonra içimizdə bir sıxıntı yaranır: nahaq yedim, mənə bahaya başa gələcək, gərək nəfsimi tutaydım… 
Narahat olmayın, əziz xanımlar. İndi sizin nəzərinizə bir neçə məsləhətləri çatdıracam ki, yedikdən sonra həmin məsləhətlərə əməl etsəniz, yeməmiş sayılacaqsınız. Yaxşı bir məsəl var, xatırlatmağın lap yeridir: Çalış yeyərək arıqlayasan, yeməyərək yox!
Buyurun, diqqətlə oxuyun. Hansı yemək neçə kaloridir və hansı hərəkətləri etməklə bu kalorini almamış sayıla bilərsiniz:

180-200 qramlıq bir pitsa dilimi orta hesabla 350-400 kalori deməkdir. Əgər bir dilim pitsa yemisinizsə, 1 saat üzməklə bu kalorini yandırmış sayıla bilərsiniz.

110-130 qramlıq bir hamburger yemisinizsə, o zaman 1,5-2 saat müddətində iti addımlarla yeriməyiniz tələb olunur.

70-80 qramlıq şokoladlı tortun kalorisi isə orta hesabla 270-300 kalori deməkdir. Bu kalorini sərf etməyiniz üçünsə 2-3 saat cəld hərəkətlərlə ev işləri görməyiniz məsləhət görülür.

Xüsusən, bayram günlərində paxlavadan imtina etmək mümkün olmur. Bir paxlava 70-80 qramdırsa, onun kalorisi 240-250 aralığındadır deməkdir. Əgər paxlava yemisinizsə, 1,5-2 saat “Zumba” və ya digər templi rəqs sizi bu kaloridən qurtara biləcək.

Yox, əgər bir qutu qazlı içki və ya meyvə suyu içmisinizsə, 180 kalori deməkdir. O zaman düz 300 dəqiqə pilləkənləri enib qalxmanız lazım olacaq.

Gündəlik olaraq çox mətbəxlərin sevimli yeməyi sayılan kartof qızartmasındakı kalori isə bütün bu qidalarda olan kalorinin ən yüksəyi hesab olunur. 100-150 qram qızardılmış kartofda 400-500 qram kalori vardır. Bu kalorini itirmək üçün sizə qayıq lazım olacaq. Çünki 1,5 saat avar çəkməklə bu kaloridən canınızı qurtara bilərsiniz.

Bir pay pidedə isə 300 kalori olduğunu nəzərə alsaq, o zaman pide yediyinizdə 1-1,5 saat aerobikayla məşğul olmaq lazım olacaq.

Bir pay kababda isə 600 kalori var. Kabab yediyinizdə 1,5-2 saat velosiped sürməli olacaqsınız ki, aldığınız kalorini geri verə biləsiniz.

Ən rahatı lahmacundu. 80-100 qramlıq lahmacun 160-180 kalori deməkdi. Bunun yolu isə digərlərindən çox asandır, 35-40 dəqiqə basketbol oynayın.

280-320 kaloriyə sahib 150-200 qram soslu makaron yediyinizdə isə, yenə də köməyinizə ev işləri çatacaq. Amma 2-2,5 saat, həm də ləng hərəkətlərlə yox.

Bax belə, əziz xanımlar. İstədiyiniz yeyə bilərsiniz, amma bir şərtlə ki, deyilənlərə əməl edəsiniz. Yoxsa bütün günü gözünüz tərəzidə, özünüz də depressiyada olacaqsınız.

11/10/2016 tarixində Sağlamlıq içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 7 Şərh.

  1. Vay-vay-vay 400 kalorini 3-4 dəqiqəyə qazanırıq, itirmək üçünsə 1,5-2 saat vaxt lazımdır 😦 Mənim kimi vaxtı məhdud olanlara məsləhətim – ən yaxşısı yeməməkdir 🙂
    Təşəkkür edirəm, Sevinc.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Hə, mələyim, elədi. Bəzi şeylər də var ki, dağıtmaq asan olur, bir araya getirmək mümkünsüz..

    tərəfindən bəyənildi 1 şəxs

  3. Yediklerimizin ölçüsünü kaçırmamak gerekir. Yoksa aldığımız kalorilerin kurbanı oluruz. Güzel tavsiyeler. Emeğinize sağlık.

    Bəyən

  4. Gözəl məsləhətlərdir, əməl edə bilsək. Bunlara əməl etmək üçün zaman və səbir lazımdır. O da məndə yoxdur. Yaxşısı budur həm bir qədər nəfsimizə hakim olaq, həm də düzgün qidalanaq.

    tərəfindən bəyənildi 1 şəxs

  5. Baklava,, Baklava,, Baklava,,

    Bəyən

  6. Vay vay yedikden sonra etmeli oldugumuz seyleri bilende adam yemek istemir)))))

    tərəfindən bəyənildi 1 şəxs

  7. Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: