Payız fəslində sağlam qidalanmanın yolları

image

Artıq isti yay aylarını geridə buraxmışıq. Payızın qoxusu çoxdan pəncərələrdən içəri dolmağa başlayıb. Yay istirahət fəsli olduğu üçün bir çox insanlar yemək mövzusunda qaydaları pozmağa məcbur qalırlar. Həm də yay, ümumiyyətlə, pəhriz üçün əlverişli və münasib sayılmır. Amma fikir etməyin, yeni fəsil gəlib və əhvalımızı yeni ovqata kökləmək o qədər də çətin olmayacaq. Bu günkü mövzumuz da məhz yayda “məcburən” aldığınız artıq çəkini sağlam qidalanmaqla bərpa etməyin yolları olacaq. Sizdən sadəcə aşağıdakı qidaları menyuya daxil etmək və deyilənlərə əməl etmək tələb olunur. 

Qırmızı turp

Öd kisəsi və qaraciyərin işini asanlaşdırmaq üçün turpdan istifadə etmək məsləhət görülür. Turp həm də həzm sisteminin işini gücləndirir.

Sarıkök

Qidalara gözəl dad və rəng qatmaqla yanaşı, sarıkökün orqanizm üçün çox faydası vardır. Orqanizmi şlaklardan, toksinlərdən və digər ziyanlı maddələrdən təmizləmək üçün sarıkök birinci dərəcəli ədviyyat sayılır.

Limon

Limonun tərkibi qələvi elementlərlə zəngin olduğu üçün həzm sisteminin işini asanlaşdırmada çox faydalı yardımçı sayılır. Limonun tərkibində olan turşu öd yollarının təmizlənməsində mühüm rol oynayır. Detoksikasiya üçün limonun qabığı məsləhət görülür. Hər gün yeməklərinizə limon suyu əlavə etməyi unutmayın.

Sarımsaq

Sarımsağın immuniteti gücləndirdiyini, ürəyi qoruduğunu bilməyən yoxdur. Bəs yaxşı, sarımsağın tərkibində olan sulfat turşüsunun detoksikasiyanı tezləşdirdiyini necə, bilirdinizmi? Kükürd qaraciyərdəki toksinləri təsirsiz hala gətirməkdə bir növ məsuliyyətli sayılır. Deməli, sulfat tərkibli qidaları gündəlik olaraq menyuya əlavə etsəniz, orqanizminiz yenilənməkdə çətinlik çəkməyəcəkdir.

Ənginar

Sağlam qaraciyərə sahib olmaq istəyirsinizsə, ənginar yeyin. Qaraciyərdəki yağlanmanı və yığılıb qalmış ödü xaric etməkdə ənginar çox faydalı hesab olunur.

Kələm turşusu

Duza qoyulub qıcqırdılmış kələmin tərkibində xeyli miqdarda yararlı bakteriyalar var. Bu bakteriyalar orqanizmin sağlamlığı üçün çox vacibdir. Ən əsası isə orqanizmdə olan şişkinlik, bağırsaqlarda yığılmış qazların xaric olunmasında mühüm rola malikdir. Həmçinin qəbizliyin və xərçəngin də qarşısını almaqda faydalıdır.

P.S: İlin hansı fəsli olmasından asılı olmayaraq, sağlamlağınızın qədrini vaxtında bilin…

08/10/2016 tarixində Sağlamlıq içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 6 Şərh.

  1. Sağlık için güzel tavsiyeler. Günümüzde insanların büyük sorunlarından biri de sağlıklı beslenme. Emeğinize sağlık.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Yazdıklarını sürekli takip ediyorum ve okumadan geçmiyorum. Güzel paylaşımlarınız oluyor.

    tərəfindən bəyənildi 1 şəxs

  3. Bu ilginizden dolayı şükran borçluyum. Sizin gibi yazılanlara değere verenlere ihtiyaç vardır.

    tərəfindən bəyənildi 1 şəxs

  4. Mən ağ turp daha çox işlədirəm payızda. Ənginar indiyə qədər heç almamışıq 😦 Sarımsağı çox vaxt yeməklərimdə bişirən zaman istifadə edirəm ki, qoxusu az olsun. Kələm turşusu özəlliklə sevirəm 🙂
    Faydalı xəbər üçün çox təşəkkür edirəm, əzizim 🙂

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...