Poeziya dəqiqələri

image

YOLLAR

Yollar çox dolaşıq, yollar qəribə
Bu, yollar vüsala aparır məni,
Həm səndən ayırır, uzaqlaşdırır,
Həm də sənə doğru aparır məni… 
* * *
Keçmişdən bu, günə bizi ayıran,
Bu, gündən sabaha səsləyir bizi,
Dünkü günə qədər uzaqlaşdıran,
Bu gündən vüsala aparır bizi…
* * *
Eh yollar, qəribə, həm də dolaşıq
Dolaşıq kələf tək ucu bilinmir,
Kiminin bəxtinə düz yollar çıxır,
Kimisi, yoluyla yeriyə bilmir…
* * *
Enişli, yoxuşlu , həyat yolları
Dünyanın özü tək qəribəsiniz,
Bir vaxt haçalanıb, ayrıldığız tək,
Görən, bir də nə vaxt birləşərsiniz?
* * *
Yaşıl işıqları yandırın görüm!
Sevginin yolları açıq olmalı,
Sevginin işıqlı, bomboş yolları
Sevib-sevilənlə bu gün dolmalı…
* * *
Bu, gündən başlayan yollar uzunu
Sənə addım-addım yaxınlaşıram,
Arxaya boylanıb, seyrə dalanda
Səndən addım-addım uzaqlaşıram…
* * *
Dünyanın işindən baş açmaq olmur,
Yollar çox dolaşıq, yollar qəribə
Yolun ortasında dayanan zirvə,
Bir ümid nöqtəsi olur, qəribə…

AY KAMAN
Nədir, yenə nalə çəkirsən nədən?
Aman, elə, fəryad qoparma, Kaman!
Bəsdir, diddin, parçaladın qəlbimi,
Aman elə, ruhumu yorma, Kaman!
* * *
Dərdli ürək bircə, himə bənddi bil,
Bir himə bənddi ki, o, ötsün dil-dil,
Yatmış duyğuları oyatma qəfil,
Gəl, sarı simlərə toxunma, Kaman!
* * *
Onsuz da canımda elə bir hal yox,
Beynimdə, qəlbimdə fikirlər nə çox,
Dərdli ürəyimə dərman edən yox,
Gəl, mənim qəsdimə durma, ay Kaman!
* * *
Yenə nalə çəkib, ah qoparırsan,
Səsinlə qəlbimdə od qalayırsan,
Ağır bir hava tək məni boğursan,
Könlümə yaralar vurma, ay Kaman!
* * *
Nə edim, neyləyim, öldürdün məni,
Ahın, fəryadınla diddin qəlbimi,
Heç, çəkə bilmirəm öz dərdlərimi,
Yükümün üstünə yük vurma, Kaman!
* * *
Kaman, aman elə, batır səsini,
Dindirib, sızlatma, sızlar qəlbimi,
Nalənlə artırma, nisgil, qəmimi,
Nədən həsrətliyəm sorma, ay Kaman!
* * *
Söylə, sənin səsin niyə belədir?
Səsinin ahəngi kədərdir, qəmdir,
Bütün qəmginlərin ilk həmdəmidir,
Kədərimə şərik durma, ay Kaman!
* * *
Sən, yalnız qəmimə qəm artırırsan,
Dərdimin üstünə dərd artırırsan,
Ay Kaman, özünü nahaq yorursan.
Dünyayla aramı vurma, ay Kaman!!!

Müəllif: Zaur Ustac “USTADNAMƏ” kitabından

19/09/2016 tarixində Sevdiyim şeirlər içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 3 Şərh.

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: