Sonay bala, ilk dərs günün mübarək

image

Daş-qaş əvəzinə özünə bilik yığsan daha çox tanınarsan: ən qiymətli daşı salıb itirə bilərsən, ən sadə biliyi isə səndən heç kəs ala bilməz. (Əbül Fərəc)
Deyilən sözün hikmətini anlamaq o qədər də çətin deyil. Həqiqətən də, yaddaşımıza həkk olunan biliyi hətta istəsək belə özümüz də silə bilmərik. Ağlımız kəsəndən bəri ağappaq kağıza oxşar beynimizə həkk olunan yazılar var.  Bu yazıların ən faydalı olanı isə elmdir. Yaddaşına yazdıqlarıyla insanın kamil olub-olmaması ayırd edilər. İnsan var ömrü qiraətlə keçər, amma oxuyub bildiklərini faydalı şəkildə istifadə etməyi bacarmaz. “Oxuduğuna əməl etməyən alim, əlində şam gəzdirən kora bənzər” – misalı kimi.
Hər insana Yaradan ağıl verə bilər, amma ağılla bərabər insanın biliyi, savadı oldusa, o adama “kamil insan” deyiləcək. Elə təsəvvür edək ki, ağıl xam torpaqdır, xam totpağa yağış yağsa məhsulunu yığıb-yığışdırmaq olmayacaq. Elm də belədir, ağıllı başa elm girdisə, demək ki, o başın bərabəri olmayacaq.
Mövzunu uzatmaq istəməzdim. Bu gün ölkəmizdə “Bilik Günü” kimi qeyd olunur. Bu gün minlərlə şagird və tələbələr elm ocağının qapısından ayaq basıb yeni dərs ilinə start verdilər.
Hər il olduğu kimi bu il də şagirdlərin sırasında birincilər də var idi. İlk dərs günü ilk imtahan, ilk həyəcan kimidir… Bu hissi hamımız fərqli yaşasaq da, ümumi bir ortaq bizi birləşdirib. Məqsədimiz parta arxasından sevimli müəllimlərimizi dinləyib elmin dərinliklərinə, incəliklərinə baş vurmaq olub. Bunun üçün bu yola çıxmışıq.
Bu gün birincilər içərisində mənim çox böyük ehtiram və hörmətimi qazanmış Quluzadələr ailəsinin şirin-şəkər balası Sonay bala da var. Sonay elə bir ailədə böyüyüb tərbiyə alıb ki, onun haqqında ancaq müsbət keyfiyyətləri sadalamaq olar. Uşaq evin aynasıdır deyiminin doğruluğunu bilməyən yoxdur. Məktəb adlı elm ocağında özünü savadlı, bilikli aparmaqla yanaşı, həm də tərbiyəli aparmaq üçün valideyn-müəllim işbirliyi mütləqdir. Elmi, savadı müəllimin keçdiyi dərsdən öyrəniriksə, məktəbə çəkib gətirdiyimiz tərbiyə valideynlərimizdən aldığımız dərsin nümunəsidir. Ağıllı insanla, bilikli insan kamillik nümunəsidirsə, tərbiyəli uşaqla, savadlı uşaq da ailənin, məktəbin, ümumilikdə cəmiyyətin ən faydalı üzvüdür deməkdi. Sonay Eşqin balanın bacısıdır. Eşqin isə artıq cəmiyyət üçün də, məktəb üçün də, ailə üçün də faydalı fərd hesab olunur. Demək, Sonay balamızın yolu da artıq məlumdur.

image
Sonay balanı körpə vaxtından tanıyıb sevmişəm. Təkcə gözəl olduğu üçün yox, həm də ağıllı olacağını bir baxışla fərq etdiyimdən idi ki, mənim dilimin əzbərinə çevrildi bu ad. Bu gün o körpə Sonayım həyat üçün vacib olan qədəmlərindən ilkini atdı. Məktəb qapısından girib birincilər kimi ilk dəfə parta arxasında əyləşdi. Qədəmlərin uğurlu olsun, əziz Sonay! Sənə bu yolda əzmlə yürüməyi arzulayıram. Qoy qələm tutan o körpə əllərin həmişə həyatın xoş anlarını yazmaq üçün tələssin. Bu günümüzün hər əməli sabahımızın alın yazısıdır. Yazın həmişə xeyirlə yazılsın, Sonay bala!
Deyirlər ki, özünü xoşbəxt hiss etməklə xoşbəx olmaq düz mütənasibdir. Özünü bilikli hesab etməklə, bilikli olmaq isə tərs mütənasib. Arzu edərdim ki, şagirdlər və həmçinin də tələbələr özlərini bilikli hesab etmələri ilə yox, bilikli olmaları ilə öysünlər… Bilik Gününüz mübarək!

15/09/2016 tarixində Yazılarım içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 6 Şərh.

  1. ALHAMD LELLAH VE MASAALLAH; SAEED FESTİVALİ ONLARA TÜM DİLİYORUM;

    tərəfindən bəyənildi 1 şəxs

  2. Sevinc, diqqətinizə görə sizə çox təşəkkür edirəm.
    Bütün şagird və tələbələrə zehin açıqlığı diləyirəm, təhsil yolları uğurlu, faydalı olsun inşəAllah. Elmləri, əxlaqları ilə ailələrinin, millətinin fəxri olsunlar.

    Bəyən

  3. Ziyaret için teşekkür ederim benim kedim öldü çok üzgünüm 😥 size mutlu günler

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: