Qurban bayramınız mübarək


image

Qurban ilk əcdadımız, ilk insan, ilk Peyğəmbər Hz. Adəm (ə.s)-la başlayan “tövhid mücadiləsi” olaraq Hz İbrahim (ə.s) – ın nümunəsində ən, yüksək ən pak ülvü məqam- Allah yolunda fədakarlığın mücəssiməsi, möhtəşəm İslam simvoludur. Qurban bütün ümmətlərə vacib buyrulmuş ümumi ibadətdir. Bu məqamın məhz dəyəri, qiyməti, səbəbi,hikməti Uca Rəbbimizi ixlasla yad etməkdir. 

Qurani-Kərimdə belə buyrulur: “Biz hər bir ümmət üçün Qurbangah (yaxud məbəd) müəyyən etdik. (və ya hər bir ümmətə qurban kəsməyi lazım bildik) ki, Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər. Sizin İlahınız bir olan Allahdır. Yalnız ona təslim olub itaət edin.(Ya Rəsulum) sən də (Allaha) itaət edənlərə (Cənnətlə) müjdə ver! O kəslər ki, Allahın adı çəkiləndə (zikr ediləndə) qəlbləri (qorxudan) titrəyər, üz verən müsübətlərə səbr edər, namaz qılar və onlara verdiyimiz ruzidən ( ehtiyacı olanlara) sərf edərlər. “Həcc” surəsi 22/34. Qurban lüğəvi mənasına görə ərəbcə “q-r-b” kökündən törəmiş məsdər kimi “mənən yaxınlaşma, yaxın olmaq və məşvərət edilən (yaxud danışılan) mənalarını verməklə yanaşı eyni kökdən törəmiş isim kimi götürdükdə, “qulu Allaha yaxınlaşdıran” səbəb, vəsilə anlamına gəlir. Qurban kəlməsi kök etibarı ilə məsdərdir, ikilik (təsniyə) və cəm şəkilçiləri qəbul etmir. Qurban adət – ənənəmizdə Allaha yaxınlaşmaq üçün kəsilən heyvana (qurbanlığa) deyilsə də əsl mənası Allaha yaxın olmaq üçün nəzərdə tutulan hər hansı bir şeyi deməkdir ki, buda istər qurbanlıq, istərsə digər sədəqələrdən daha əhatəli və ümumi məzmun ifadə edir. İslam ədəbiyyatında isə Qurban” Allaha ibadət və yaxınlaşma niyyəti ilə müəyyən vaxta, müəyyən bir heyvanı üsuluna uyğun kəsmək” deməkdir. Qurban sözünün lüğətdə “yaxınlaşmaq” mənasına gəlməsidə onun həqiqi məna və məramını ehtiva edir. Qurban Allaha yaxınlaşmanın rəmzidir. Qurban Allaha təslimiyyatın, təmənnasız sevginin və fədəkarlığın nümunəsidir. Qurban ibadəti mömünlərə Hz. İbrahimin və Hz. İsmailin Allahın qurban əmrinə itaətin təslimiyyatını xatırladır. Hz İbrahimin “Allahım məni məndən sonra gələnlərə gözəl xatirə et” duası qəbul ounmuşdur. Uca Rəbbimizin qəbul etdiyi bu dua Hz İbrahim və Hz İsmailin xatırlamaqda bir ibadət tərbiyəsi bir təslimiyyat dərsi, bir təvəkkül və qədərə razılıq nümunəsi var. Hz İbrahim Allah – Təalanın əmrinə tabe olaraq öz oğlu 13 yaşlı İsmaili qurban etməyə Hz İsmail də Allah rızası üçün qurban edilməyə razı olmuşdur. Qurban Allah-Təalanın Hz. İbrahimi çəkdiyi imtahanın davamıdır. Qurban müsəlmanın Allaha qurban verdiyi imtahanlardan biridir. Qurban bu hadisəni Allahın əmrlərinə təslimiyyat və itaətdə bir üfüq, bir qayə kimi insanlara təqdim edir. Hz. İbrahim oğlu İsmaili üzü üstə uzadıb kəsmək isdəyəndə Allah – Təala onları imtahandan alnıaçıq çıxdıqlarını bildirərək, vəhy mələyi Cəbrail(ə.s) vasitəsi ilə qoç göndərmişdi. Bu möhtəşəm hadisənin xatirəsi Qurban adəti ilə davam edir. Peyğəmbərimiz də bunu öz ümmətinə belə tövsiyə edir:

“Qurban kəsin, çünki Qurban kəsmək atanız İbrahimin sünnəsidir.” Qurban Allaha yaxınlaşmaq və yalnız Onun rızasını qazanmaq üçün kəsilir. Allahdan qeyrisinin adına qurban kəsmək haramdır və belə edənlərə Peyğəmbərimiz(s.ə.v.s) Allah Ondan qeyrisinin adına qurban kəsənə lənət etsin”, – deyə xəbərdarlıq edir.Qurban üçün İxlas təlimini Allah Təala Qurani Kərimdə belə bəyan edir: “De; mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür. Qurban əməli tövhüd məktəbi, tövhüd dərsi və tövhüd müəllimidir. Qurban bayramı Allahın birliyinə inanaların əziz günüdür.” Qurbanın qanının axması ilə müsəlmanın qəlbi və ruhu hüzura qovuşur. Qurban onu kəsənin əhli əyanı üçün də hüzur və xoşbəxtlikdir.

Müəllif: Əbdürəhman Həbib oğlu

11/09/2016 tarixində Tariximiz içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 7 Şərh.

  1. Her kesin Qurban bayrami mubarek olsun. Allah sizden ve bizden qebul etsin.
    Sevinc, Allah sizden razi olsun.

    tərəfindən bəyənildi 2 şəxs

  2. Bayramınız mübarək!!! Bütün xəyallarınızın gerçək olmasını Uca Yaradandan arzu edirəm!!! Var olun!!!

    tərəfindən bəyənildi 3 şəxs

  3. Her kesin Qurban bayrami mubarek olsun. Allah sizden ve bizden qebul etsin.
    Sevinc, Allah sizden razi olsun.

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: