Uşaqlar üçün əyləncəli riyaziyyat

image

1. Səkkiz dənə “8” rəqəmidən elə ifadə qur ki, onun qiyməti 1000-ə bərabər olsun.

2. Bir satıcı 10 manata papaq satır. Bir alıcı yaxınlaşır, papağı başına qoyur və ölçülərinin uyğun gəldiyini görüb papağı almaq istəyir. Ancaq alıcı onda yalnız 25 manatlıq pul əskinazının olduğunu bildirir. Satıcı alıcıdan bu 25 manatlığı alır və yanındakı oğlana verərək qonşu dükanda xırdalamağa göndərir. Oğlan qonşu dükanda pulu  xırdalayaraq 10+10+5 şəklində satıcıya verir. Satıcı papağı və 15 manat pulu alıcıya verir. Bir az sonra qonşu dükandakı qız gəlir və 25 manatlıq əskinazın saxta olduğunu bildirərək pulunu tələb edir. Satıcı kassadan pul götürüb qonşu qızın 25 manat pulunu qaytarır. Sual: Satıcını nə qədər aldadıblar?

3. Atanın 4 oğlu, 5 dolu, 6 yarımçıq və 9 boş çəlləyi vardır. Hər oğula bərabər sayda dolu, yarımçıq və boş çəlləyin çatmasına necə nail olmaq olar?

4. 12 vedrəlik çəllək su ilə dolu, 8 vedrəlik və 5 vedrəlik çəllək isə boşdur. Bu çəlləklərdən istifadə etməklə həmin suyu iki bərabər hissəyə necə bölmək olar?

5. Sinfin 25 şagirdindən 17-si alman, 15-i isə fransız dilini öyrənir. Neçə uşaq hər iki dili öyrənir?

08/09/2016 tarixində Birlikdə öyrənək içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 11 Şərh.

  1. sizi yeni sitem kadın gazetesine bekliyorum. sevgiler

    tərəfindən bəyənildi 2 şəxs

  2. Ziyaret be beğeni için teşekkür ederim Azerbaycana selamlar♥♥♥

    tərəfindən bəyənildi 2 şəxs

  3. Əvvəlcə şəkildən başlayaq. Oy nə gözəldir, nə şirindir 🙂 Bir azca Sonaya da bənzəri var 🙂
    Tapşırıqlar da maraqlıdır. Axşam inşəAllah elətdirəcəm Eşqinə.
    Təşəkkür edirəm, Sevinc, işinizin gücünüzün çox vaxtında biz anaları da diqqətdən kənarda qoymursunuz. Allah razı olsun sizdən.

    tərəfindən bəyənildi 2 şəxs

  4. 1. ((8+8)*8-(8+8+8):8)*8=1000
    Amma men ozum (8888-888):8=1000 fikirleshmishdim.
    2. 50 manat
    3. 1 dolu, 2 yarimchiq ve 2 bosh
    4. Bunu 7 addimla duz eledi Elhemdulilleh. Daha qisasi varmi InsheAllah?
    5. 7 shagird.

    tərəfindən bəyənildi 2 şəxs

  5. 1-ci doğrudu. Sənin variantın da doğrudu, başqa variant da yazmaq mümkündü.
    2-ci doğru deyil. Çünki qızın verdiyi 25 manatı özünə qaytarır satıcı. Satıcı 15 manat pul və 10 manatlıq papaq xərcə düşür. Bu da 25 manat edir.
    3-cü doğrudu.
    4-cü məsələdə əvvəlcə 12-dən 8 vedrəliyi doldurmaq. 8-i 5-ə tökmək. 12 vedrəlikdə 4, 8 vedrəlikdə 3, 5 vedrəlikdə də 5 olacaq. Sonra 5 vedrəliyi çəlləyə boşaltmaq, 8-dəki 3-ü 5-ə tökmək. Sonra 12 vedrəlik çəlləkdə olan 9 vedrədən 8-i dolduraq. 12-də 1, 8-də 8, 5-də 3 olacaq. 8 vedrədən 5-i doldursaq, 8-də 6 qalacaq. Sonra da 5 vedrəlik çəlləkdəki suyun hamısını 12 vedrəlik çəlləkdəki 1 vedrəlik suyun üzərinə tökək. Olacaq bərabər.
    5-ci doğru.

    Eşqin balama da, onun valideyninə də afərin 😘💖💐🌷🌹😍

    Bəyən

  6. Sevinc, inanirsiz Eshqini mamasi azdirdi, ushaq duz yazmishdi 🙈
    Biabir oldum lap 😅

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: