Fərqli paxlava resepti

image

Lazım olan ərzaqlar:

600-700 qram un
2 stəkan süd
2 yumurtanın ağı (sarısı üzərinə)
0,5 stəkan duru yağ
1 desert qaşığı çay sodası
2 xörək qaşığı şəkər tozu
50 qram kərə yağı
0,5 çay qaşığı duz 

İçlik üçün:

Qoz
Kişmiş
Kakos
Ərik qurusu
Şəkər tozu
4 xörək qaşığı bal

Hazırlanması:

Süd ilıq qızdırılır, digər ərzaqlar da əlavə olunub xəmir yoğrulur. Bir qədər dincə qoyulur. Bu arada içlik hazırlanır. Ərik qurusu, kişmiş, qoz doğranır, şəkər tozu, bal və kakaos əlavə edilib qarışdırılır. Xəmir bərabər olmaqla 3 hissəyə bölünür. Bişirəcəyimiz qabın dibi yağlanır. Yayılmış xəmir əlavə olunur, qıraqları qabın divarı boyunca yerləşdirilir. Üzərinə xırda doğranmış kərə yağı əlavə olunur. İçliyin tam yarısı əlavə olunur. Diğər kündə də yayılıb qoyulur, yağ, içlik əlavə olunur. Son qat qoyulduqdan sonra sona qədər olmaqla 8 hissəyə bölünür, üzərinə yumurta sarısı çəkilir. 180 dərəcədə bişməyə qoyulur.

image

01/09/2016 tarixində Mətbəximiz içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 9 Şərh.

  1. masaallah,,,,,,,,,,,,orientalische klassische dessert

    tərəfindən bəyənildi 1 şəxs

  2. Çox qəşəngdir, Sevinc, süfrəniz ruzili, bərəkətli olsun. Əlləriniz heç yorulmasın. Ümumilikdə çox bəyəndim, qışa hazırlıqlarım bitsin, mən də sınaqdan keçirdəcəm inşəAllah.
    Gözəl əl qabiliyyətinizi bizimlə paylaşdığınız üçün sizə təşəkkür edirəm.

    tərəfindən bəyənildi 1 şəxs

  3. Çox-çox qəşəng günlərin bol olsun, mələyim. Bəyəndiyinçün sağ ol 💖💖💖🌷💐🌹😘

    Bəyən

  4. Salam aleykum, əzizim mənim. Bu paxlavanın görüntüsü valeh etdi məni. Yaxın günlərdə hazırlamağı düşünürəm inşəAllah.
    Bişirən əlləriniz heç zaman yorulmasın. Könül xoşluğunuz, ağız dadınız heç zaman itməsin. Amin😚😍

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: