Qubadlının işğalı günü

image

Ağrımız, acımız bitib tükənmir. Mənfur düşmən elə bir yara vurmayıb ki, inləməyək, sızlamayaq…
1993-cü il avqust ayının 31-də daha bir rayonun bəxtınə qara səhifələr yazıldı. Qubadlı rayonu erməni quldurları tərəfindən talan oldu. Beş il idi ki, rayonun mərd igidləri düşmənlə ölüm-dirim mübarizəsinə qalxıb torpaqlarını düşməndən qoruyurdular.
Lakin Laçın, Ağdam, Füzuli, Cəbrayıl rayonlarını itirdikdən sonra Qubadlı faktiki olaraq yarımmühasirə vəziyyətində idi. 30-dan 31-nə keçən gecə Qubadlının başının üstünü qara buludlar aldı. 30 min nəfərdən artıq sakin doğma yurdlarından didərgin düşdü. İnsanların ahu-naləsi ərşə ucalırdı həmin gün. İllərdir bu torpağın köksündə yurd salan camaatın məcburi qaçışı ürəkləri dağlayırdı. Yüzlərlə şəhid vermiş Qubadlı igidlərinin ruhu tapdanırdı sanki. Qaçqınlıq həyatı qismətinə yazılan qubadlıların sifətinə bir məzlumluq çökmüşdü. Bu düşməndən qorxu deyildi, bu düşmən hiyləsinə qarşı acizlik idi. Axı Azərbaycana Qaçaq Nəbi, Həcər kimi tarixi qəhrəmanlar bəxş edən bu torpağın oğulları aciz ola bilməzdi! Əliyalın düzlərə qovulan bu millətin günahı nəydi bəs, İlahi?

Beləcə, Qubadlı da digər rayonlarımız kimi düşmən caynağına keçdi. Tarixi abidələri, muzeyləri, məktəb, xəstəxana, minlərlə yaşayış məntəqələrinin daşı daş üstə qalmadı. Yurdu talan edib, viran qoydular gözü qanla bürünmüş dığalar. Əlbəttə, atalarımız yaxşı deyiblər: “Arxalı köpək qurd basar”. Havadarlarına arxalanıb at oynatdılar Azərbaycanın dilbər guşələrində. Uf demədən xəncərdən keçirdilər əhalini. Qoca demədilər, qadın demədilər, körpə demədilər, bir göz qırpımında güllə yağışına tutdular hər kəsi. Girov düşən xalqın başına isə gətirmədikləri müsibət qalmadı…
Unutma bu olanları, Azərbaycan! Unutmayın , heç kim unutmasın erməni vəhşiliyinin acı həqiqətlərini! Düşmənə nifrətlə böyü, Azərbaycan oğlu! Bu gün yadların tapdağında əsir qalan şəhid ruhlarının harayı sizlərə bunu deyir : “Vətənə, torpağa məhəbbət naminə erməni qəsbkarlarından öc alacağın günü gözlə, Azərbaycan igidləri!”

Qubadlıya apar mәni

Qurban olum, әziz qardaş,
Qubadlıya apar mәni.
Gözlәrimdә quruyar yaş,
Qubadlıya apar mәni.

Bir nisgilli sәnәtkaram,
Gәlib getmir qonaq­qaram,
Dәrd, qәmimi unudaram,
Qubadlıya apar mәni.

Dәrdli­qәmlidi hәr anım,
Vәtәndә alışım, yanım.
Tut qolumdan Hürzad xanım,
Qubadlıya apar mәni.

Tәhmәz deyәr, olma zalım,
Sözümә bax, qadan alım
Qoy gedim yurdumda ölüm,
Qubadlıya apar mәni.

Bağım var, gәzә bilmirәm,
Gülündәn üzә bilmirәm.
Bu yerdә dözә bilmirәm,
Qubadlıya apar mәni.

Dәrәsi şәhid qanlıdır,
Meşәlәri qubarlıdır,
Suları can dәrmanıdır,
Qubadlıya apar mәni.

Qubadlıya gәl

Qayğıkeş, mehriban oğlana­ qıza,
Qovuşmaq istәsәn, Qubadlıya gәl.
Nәbinin vәtәnin, Hәcәrin yurdun,
Soruşmaq istәsәn, Qubadlıya gәl.

Dağları gәzәndә yoruldum demә,
Burda son qoyarsan kәdәrә, qәmә.
Gül­çiçәk tozuna şehә, şәbnәmә,
Bulaşmaq istәsәn, Qubadlıya gәl.

Dağları gәzәrsәn sәn dönә­-dönә,
Mailin kәndin göstәrrәm sәnә.
Dağların döşündә gülә, çәmәnә,
Söz qoşmaq istәsәn, Qubadlıya gәl.

Aşağı Molludan bir az yuxarı,
Nәbini görәrsәn çiyni çuxalı.
Sәn dә at belindә dağlar yuxarı,
Çapışmaq istәsәn, Qubadlıya gәl.

Gәzib bu yerlәri sәn yaxşı tanı,
Rzanın, Ərәzin vardı ad­sanı.
Axtarıb taparsan aşıq Sultanı,
Yarışmaq istәsәn, Qubadlıya gәl.

Əyinin dağını sәn gәzә­-gәzә,
Enәrsәn aşağı gül üzә­-üzә.
Əlindә qәlәmin dostun Tәhmәzә,
Yanaşmaq istәsәn, Qubadlıya gәl.

Qələbə xəbəri ümidiylə…

31/08/2016 tarixində Tariximiz içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 3 Şərh.

  1. InşaAllah şəhidlərimizin qanı yerdə qalmaz..Bir gün qələbə xəbərini eşidərik..Bu arada şerlərdə torpağa olan böyük məhəbbəti görmək olur..Təşəkkür edirəm!

    tərəfindən bəyənildi 2 şəxs

  2. Ziyaret üçün teşekkür ederim

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: