Lahmacun resepti

image

Kim deyirsə ki, ev şəraitində lahmacun hazırlamaq olmur, inanmayın. Sizi bu dadlı təamdan məhrum etmək istəyirlər. Mən hazırladım və “bəh-bəh”lə də yeyildi. Reseptini bölüşüm, bəlkə könlünüzdən hazırlamaq keçər. Qeyd edim ki, resepti heç bir mənbədən götürməmişəm. Həm xəmir, həm də içlik öz ideyama görə hazırlanıb. ☺️

Lazım olan ərzaqlar:

Xəmir üçün:
1 stəkan qatıq
1 stəkan süd
1 stəkan su
1/2 stəksn duru yağ
1 ədəd yumurta
1 çay qaşığı duz
1 desert qaşığı maya
Apardığı qədər un (təxminən 1,5 kq) 

İçlik üçün:

1 kq mal əti
3-4 tikə quyruq
4-5 ədıd baş soğan
5-6 ədəd pomidor
1 ədəd yaşıl bibər
1 ədəd qırmızı bibər
1 ədəd acı bibər
100 qram kərə yağı
2 xörək qaşığı acı ketçup
1 diş sarımsaq
Duz
İstiot
Sarıkök
Pul bibər

Süfrəyə təqdim etmək üçün:

Cəfəri
Limon
Ayran

Hazırlanması:

Xəmir üçün lazım olan məmulatları qarışdırıb ələ yapışacaq şəkildə yumşaq olan xəmir yoğururuq. Üstünü isti bağlaylb 1,5-2 saatlıq acımağa qoyuruq.
Əti, quyruğu, soğanı ətçəkən maşından keçiririk, suyu çəkilənəcən qovurub yağ əlavə edirik. Digər ərzaqları da əlavə edib tam bişiririk. Çox qurutmaq lazım deyil.
Xəmir acıdıqdan sonra sobaya qoyacağımız qabın dibini yağlayırıq. Xəmirdən kiçik hissə kəsib əlimizlə nazik təbəqə alınanacan yayıırıq. 10-15 dəqiqə gözlədib üzərinə hazır qiymə əlavə edirik. Əvvəlcədən gur qızdırılmış sobaya bişməyə qoyuruq. Sobanın həm alt, həm üst gözünü yandırırıq. Məndə qaz sobasıdır, ekektrik sobası olanlar temperatura diqqət etsinlər. Bir az qızaran kimi sobadan çıxarıb dərin tavanın içində üst-üstə yığıb qapağını bağlayırıq. Yumşaq çıxmasının ən birinci səbəbi də elə budur. 10 dəqiqədən sonra üzərinə doğranmış cəfəri və limon dilimi əlavə edib ayranla birgə süfrəyə təqdim edirik. Nuş olsun😘

24/08/2016 tarixində Mətbəximiz içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 2 Şərh.

  1. Bu qisim bişmişlərdən yeganə lahmacundur ki, mən onu evdə hazırlamamışam. Növbəti həftələrdə hökmən bişirəcəm inşəAllah.
    Süfrənizə bərəkət, Sevinc, yeyənlərə nuş olsun.

    Bəyən

  2. Çok lezzetli görünüyor😊 Elinize sağlık😊İçini biraz sulu tutarsan daha iyi olur😉

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: