Saçlarını darayarmı o külək…

image

Bilmədim, ayrılıb gedəndə məndən,
Yan tutdun üzünü…, ağladın ya yox?
Məndən gizlətdiyin göz yaşlarını,
Hopdurub dəsmala saxladın, ya yox? 

Kaş ki, yazılmazdı bəxtə bu yazı,
Ömrün çoxu gedib qalıbdır azı,
Yadına salaraq mən vəfasızı,
Həsrət güllərini qoxladın, ya yox?

Bildinmi yox imiş bu eşqin sonu,
Daşıya bilməzsən ömrün uzunu,
Nəhayət anlayıb duyaraq bunu,
Özgəsinə könül bağladın, ya yox?

 XXXXX

Görən bir də əllərimin yerinə,
Saçlarını darayarmı o külək,
Özgəsini sənin kimi sevərmi,
Həsrətindən dəli olarmı ürək?

Bu məhbus ömrümün zindanlarında,
Bir ümid işığı yandırmışdın sən,
O ümid işığın söndürən fələk,
Bir də yandırarmı, bir də görəsən?

Bilmirəm hansınız daha qəddarsız,
Fələkmi zülmkar, sənmi zülmkar,
Ürəyimdə sizin vurduqlarınız
Nə qədər sağalmaz yaralarım var.

      XXXXX

Bu dəli sevdanı, dəli istəyi,
Qoparlb qəlbimdən ata bilmədim.
Illər sənsiz keçdi, sənsiz ötüşdü,
Sənli arzulara çata bilmədim.

Könlümün sarayın taladın getdin,
Ömrümə bir həsrət caladın getdin,
Məni atəşlərə qaladın getdin,
Qanadlı quş oldun tuta bilmədim.

Şöləyəm, bəxtimə kədər, qəm düşdü,
Saçlarım bəyazdı, vaxtsız dən düşdü,
Ömrün yazı ötdü, payız yetişdi,
Səni bir kimsəyə sata bilmədim.

Müəllif: Şölə Səfərəliyeva

15/08/2016 tarixində Sevdiyim şeirlər içində dərc edildi və olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 3 Şərh.

  1. Qəşəng şeirlərdir, 1-ci və 3-cünü daha çox bəyəndim. Şölə Səfərəliyeva adlı bir müğənni yadıma gəlir, odurmu müəllif?
    Təşəkkür edirəm paylaşdığınız üçün, Sevinc.

    Bəyən

  2. Bəyəndiyinə sevindim, mələyim💖💖💖🌹🌹🌹❤️❤️❤️
    Yox, başqa-başqa adamlardı. Mən də sənə təşəkkür edirəm😘😘😘😘

    Bəyən

  3. Şölə İbrahimqızı Səfərəliyeva

    Sevincli dünyam – şeirlərimi gördüm mənimçün gözlənilməz hədiyyə oldu. Çox sağ olun mənim şeirlərimi paylaşdığınız üçün. Allah razı olsun.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: