Göbələkli, toyuq ətli sac qovurması
Lazım olan ərzaqlar:
1 ədəd kartof
0,5 kq göbələk
300 qram döş əti
1 ədəd baş soğan
2 ədəd acı bibər
2 ədəd pomidor
Duz, pul bibər
Kərə yağı
Hazırlanması:
Sacı qızdırırıq, yağ əlavə edib soğanı xırda-xırda doğrayırıq. Kartofu və bibəri əlavə edirik. Sonra toyuq ətini, daha sonra isə təmizlənib yuyulub doğranmış göbələyi əlavə edib gur odda qovururur. Qovrulduqdan sonra qabığı soyulmuş pomidoru əlavə edib orta odda suyu çəkilənəcən bişiririk.
31/07/2016 tarixində Mətbəximiz içində dərc edildi və göbələk qovurması, saciçi qovurma olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 12 Şərh.
Süfrənizə bərəkət, Sevincim 🙂
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Sevinc, siz qedim zamanlarda biberli, koklu, gobelekli sacichi etmishdiniz ha, biz gobeleyi o yemekden sonra yedik 😉 Meni taniyanla bilirdi gobeleye olan “sevgimi” 😆 Sogani sevdiyim qeder “sevirdim”. Indi Sonay demishken heqqichi sevirem 😍
Allah maliniza, ruzinize bereket versin. Sizin qizil eller toxundusa, sozsuz dadlidir 😘💐💐💐💐💐
Aysel, yeqin baciya saxlamisan 😊 Bu defe gecikdim niyese de 😅
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Mələyim, qədim deyəndə yəni eramızdan əvvələ düşür, yoxsa?… Allah səni güldürsün, bu yorğun halımda yamanca güldüm😂😂😂
Nuş olsun, ürəyim. Sən səni sevdirdin mənə mən də bu yeməyi.💖💖💖💖
BəyənBəyən
Sevinc, ürəyim durmadı, geniş miqyaslı axtarışa başladım və təəssüf….
Ana paleolit dövrünün uşaq tunc dövrünə məxsus, Yunesko və İseskonun mədəni irsinə aid, multikultural dəyərlərin əsası sayılan o qiymətli xəzinə (sözügedən sac yeməyi) artıq tarixdən silinib və silinmək üzrədir. Bunu edənlər qoy gələcək nəsillər qarşısında cavab versinlər.
P.S. Çox xahiş edirəm heç kim dövrlərdəki uyğunluğa və ya uyğunsuzluğa fikir verməsin, ən zəif bildiyim, ola bilsin ki, ümumiyyətlə, bilmədiyim mövzulardandır bu mövzu.
BəyənBəyən
Əhvalımın yerində olmadığı bir zamanda üzümü güldürürsınsə, sənə necə mələyim deməyim???
Allah da sənin üzünü güldürsün hər zaman, ürəyim😘😘💖💖
BəyənBəyən
Olmasın elə, mən istəyirəm ki, sizin əhvalınız həmişə yüksək olsun. Allah könül xoşluğu versin sizə hər zaman.
BəyənBəyən
Yedik nedir ey, sevdik olmaliydi 😔 Geje geje sacichi beynimi neter chonderdise 😆
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Əlbəttə,Sonayın maması, heç sizsiz yemək olar? Buyurun, nuş edin 🙂
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Görmürsən, Sevinc özü gəlib halallığını vermir, nətər nuş edim mən :(((
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Can, mələyim, sənə hər şey halaldı. Sən mənim ikinci özümsən, nə icazəyə, nə çıkinməyə lüzum var😘😘😘💖💖💖
Ayselim, sən də üzürlü say, yay bitsəydi bircə. İş-güc qurtarmır ki😔😔😔
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Allah razı olsun, Sevinc.
Yay gəldisə, qadınların iş-gücü qurtarmaz ki. Allah köməyiniz olsun.
BəyənBəyən
Axşamınız xeyir.Əstafirillah, Sevincim, o nə demək..Allah qüvvət versin 🙂
BəyənBəyən