“İrəvan” kətəsi

image
Xəmir üçün :

250 qram kərə yağı
0,5 st. şəkər tozu
2 yumurta
1 st. qatıq
0,5 ç.q. soda
aldığı qədər un

İçlik :

200 qram kərə yağı
1,5 st. şəkər tozu
2 st. un

Hazırlanması : 

Yağı 3 stəkan un ilə umac edirik. Üzərinə digər ərzaqları əlavə edib yumşaq xəmir yoğururuq. Soyuducuya qoyuruq. Keçirik içliyin hazırlığına. Bərkimiş yağı ununun üzərinə əlavə edib, bıçaq vasitəsilə döyürük. Üzərinə şəkər tozunu tökürük. İstəyən vanil əlavə etsin. Xəmiri 3 kündəyə bölürük. Ardıcıllıqla yayıb, içlikdən səpib, rulet formasında büküb kəsirik. Üzərinə yumurta sarısı vurub bişiririk. İnanılmaz dərəcədə ləzzətli olur. Bişirin, nuş edin inşəAllah!

30/06/2016 tarixində Mətbəximiz içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 7 Şərh.

  1. Süfrənə bərəkət, Nübar. Çox ləziz görüntüsü var. Hətta o qədər ləzizdir ki, bu gün inşAllah hazırlamağı da planlaşdırmışam. 😘😘😘💖💖💖🌹🌹🌹
    Sənin şirniyat xəmirlərini mənə sevdirən ən üstün cəhət mayadan yox, çay sodasından istifadə etməndir. Bir daha təşəkkürlər. ❤️❤️❤️❤️

    Bəyən

  2. Bir vaxtlar dəhşət sevirdim İrəvan kətəsini. Bir yay Ramazanda o qədər yedirtdilər ki, indi nəsə ürəyim heç istəmir. Amma Nübarın kətəsinin dadına baxardım 🙂 Qəşəng dadlı görünür. Reseptin eynilə mənimki kimidir. Beynimə düşən günlərin birində bişirəcəm inşəAllah.
    Allah süfrənizə bərəkət versin, bacı, qazananın canı sağ olsun.

    Bəyən

  3. Bəh-bəh, əllərin dərd görməsin, Nübar. Çox super alındı😘😘😘💖💖💖💖

    Bəyən

  4. Cox gozeldi..men de sevirem,ve seve seve biwirirem.resepttim eynidi😊uwaqlar da devir.. Deyesen üretim sen de biwirdin? Ama sen yeqin sevginin de qatmisan,cox dadli olun,gelim yeyimmi?😊😍😍😍😍😘😘😘😘

    Bəyən

  5. Sonayin bibisi Sada

    Bu vaxta qədər çox istəmişəm bışırım amma tam əmin oldugum bir resept verməyiblər.Çox səliqəli gorsənir…Sevinc bəyənibsə ves Baki bəyənər..Bu resepti ilk fursətdə yoxlayacam…

    Bəyən

  6. Suğra, salam!!! 😂😂😂😂😂😂
    Xoş gəldin, ürəyim. Bəyənmək az olar, həqiqi mənada çox super xəmiri var👍👍👍👍👍

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: