Dondurmalı “Kəpənək” tortu

image
Lazım olan ərzaqlar:

10 ədəd yumurta
2 stəkan şəkər tozu
2 stəkan un
2 paçka qabartma tozu
1 x/q duru yağ
1 x/q su
2 paçka vanil
0,5 kq dondurma (“Plombir”)
1 x/q kakao
3 ədəd şanti krem
1 paçka m&m’s 

Hazırlanması:

Yumurtanın ağı sarısından ayrılır, 1,5 stəkan şəkər tozu ilə beze halına gəlincə mikserlə çırpılır. Başqa bir qabda yumurtanın sarısına 0,5 stəkan şəkər tozunu əlavə edib ağaranacan mikserlə çırpırıq. Ağarmış kütləni beze halında olan kütlənin üzərinə əlavə edirik. Suyu, duru yağı əlavə edirik, taxta qaşıqla ehmalca qarışdırırıq. Unu, vanili, qabartma tozunu bir yerdə kütlənin üzərinə ələyirik. Asta olmaq şərti ilə taxta qaşıqla qarışdırırıq. Yağlanmış qənnadı təbəqəsinə töküb əvvəlcədən 170 dərəcəyədək qızdırılmış sobaya qoyuruq. Sobanın ağzını 20 dəqiqə müddətində açmırıq. Bişdikdən sonra da sobadan həmən çıxarmırıq. Sobada bir qədər soyuduruq. Sonra kənarda tam soyutduqdan sonra tən ortadan iki hissəyə bölürük. Şəkildəki kimi tərs çevirib ortadan bir qədər aşağı olmaqla üçbucaq formada kəsirik. Sonra hər iki hissəni üfüqi formada yenidən kəsirik. Bir qədər yumşalmış dondurman cəld hərəkətlə biskivitin üzərinə çəkirik. Sonra ikinci layı qoyub şanti kremlə zövqə və kəpənəyə uyğun formada bəzəyirik.
Qeyd edim ki, dondurma əriməsin deyə, tortun bəzədilməsi prosesi sərin otaqda aparılmalıdır. Məncə əziyyətə dəyər ☺️

image

26/06/2016 tarixində Mətbəximiz içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 11 Şərh.

  1. Ellerinize sagliq, ezizim. Chox gozel alinib. Ehsen size😍 Agiz shirinliyi ile yeyesiniz InsheAllah. Biskvitin terkibi men hazirladigim kimidir. Herchend ki, chox six -six hazirlamiram. Men de dunen dondurma hazirlamisham. InsheAllah yerleshdirecem bura. Dondurmaya baxib tortunu etmeyi dushunmushdum, siz deqiqleshdirdiniz💐 Allah razi olsun, var olasiniz 😍😘😚

    Bəyən

  2. Çox sağ ol, əzizim. Allah razı olsun. Dondurmanı da səbirdizliklə gözləyirəm 😘😻💖💐🌷🌹😍❤️

    Bəyən

  3. Dondurma və tort… Hımmmmm maraqlıdır və müəmmalıdır, yalan nə deyim heç indiyə qədər dondurmalı tort yeməmişəm və eşitməmişəm də. Yəqin dadlı olar, qarşıdakı günlərdə sınaqdan keçirtmək olar inşəAllah.
    Yeyənlərə nuş olsun, Sevinc, sizin də əliniz, qolunuz dərd görməsin. Görüntü gözəl, dad da ki özəl 🙂 Bir sözlə Sevincin özünə layiq 💐💐💐💐💐

    Bəyən

  4. bəh-bəh bacım nə gözəl tort hazırlayıb… mən də istdim səhər-səhər…

    Bəyən

  5. Nuw olsun ezizim.cox dadli görünür.yorulmayasan hecvaxt canim

    Bəyən

  6. Sonayin bibisi Sada

    Qış yay dondurma yeyən biri kimi hər dəfə konlümedən dondurma tortu hazırlamaq keçir.Amma sonra təxirə salıram…Sənə əhsən..

    Bəyən

  7. Oxşadın özümə də dondurna xoşlamaqda😻😻😻😻
    Gəl qonağım ol💖💖💖

    Bəyən

  8. Sonayin bibisi Sada

    Əkizlərik biiiizz!!! gələcəm…

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: