Böyük sevgi

image

…O, çox günahlar etmişdi. Törətdiyi qətllərin sayı-hesabı bilinmirdi.”Qatil” deyə tanıyırdılar onu. Deyilənə görə 99 adam öldürmüşdü. Bu say hər an 100-ə də çata bilərdi. Bir gün adam öz əməllərindən peşman olub haqq yoluna gəlmək istəyir. Amma haqqın yoluna gəlməsi üçün də ona bir istiqamət verən gərəkdir. Bu məqsədlə axundun yanına gəlib deyir:

-Mən çox peşman olmuşam. İstəyirəm düzəlim. Mənə bir məsləhət verin. 

Axund onu sonadək dinləmədən qəzəblə cavab verir:

-Sən Allahın ən günahkar bəndəsisən. 99 adam öldürəndən sonra haqq yoluna gəlməkmi istəyirsən? Bəs o adamların qanı necə olsun?Sənin kimi insan düzəlməz və sən Cəhənnəmliksən!

Bunu eşidər-eşitməz adam həm məyus olur, həm də qəzəbindən düşünmədən əl atır qılıncına. Axundu öldürür. Öldürdükdən sonra yenə peşman olur. O haqq yoluna gəlməyə çalışırkən yeni bir qətl törətdi. 100-cü adamı öldürdü! Evə gəlib günlərlə ağlayır. Bir çarə axtarır. Qərara gəlir ki, həmin şəhərdən olan başqa bir axundun yanına getsin. Gedir də..Eyni sözləri ona da deyir. Haqq yoluna gəlməsində ondan yardım istəyir. Bu axund əvvəlkindən daha ağıllı, uzaqgörən adam idi. Qatili diqqətlə dinlədikdən sonra cavab verir:

-Sən tövbə etmək istəyirsən? Bu çox yaxşıdır. Düz yola gəlmək heç vaxt gec deyil. Amma…Məsləhət istəyirsənsə öz fikrimi deməliyəm. Bu şəhərdən getsən yaxşıdır. Çünki səni burda uşaqdan böyüyə hər kəs 100 adam öldürən qəddar qatil kimi tanıyır. Həqiqətən düzəlmiş olsan belə buna inanan olmayacaq. Əgər Allah yoluna qayıtmaqda qərarlısansa, daha heç vaxt günah etməyəcəyinə, mömin olacağına belə əminsənsə başqa bir şəhərdə,-səni tanımayan insanların yanında bu cür tanına bilərsən. Mənim məsləhətim ancaq budur. Çıx bu şəhərdən və başqa yerdə hər şeyə yenidən başla.

Axundun sözləri qatilin ağlına batır, ona ağıllı məsləhəti üçün hədiyyə verib evinə dönür. Özünə məxsus nəyi vardısa -ev,torpaq, heyvan və s. bir hissəsini satır, qalanlarını isə bir dəvəyə yükləyib yollanır qonşu şəhərə. Şəhər darvazasına yaxınlaşdıqda sevinərək, gözləri yaşlı əllərini göyə uzadıb deyir:

-Ya Rəbbim, şükrlər olsun Sənə. Sənə gəldim. Haqq yoluna gəldim, -deyir və elə oradaca keçinir…

Ömür boyu qətllər törədib son anda tövbə edən qatili Allah Cənnətə göndərir. Bunu görən Cənnət əhli təəccüblə sual edəndə belə cavab alırlar: “O, mənə doğru bir addım atdı. Tövbə etdi, günahlardan təmizləndi və sonra öldü..”

O qatil tövbədən sonra savab işlər görməyə vaxtı çatmasa belə öləcəyini bilmədən tövbə etmişdi. Bununla da Allaha doğru bir addım atmış oldu. Onun bu addımını, haqq yoluna dönüşünü Cənnətlə mükafatlandırdı Böyük və Gözəl Allahımız..

Biz həmişə ağızdolusu sevgidən danışırıq. Allahın biz günahkar bəndələrinə olan sonsuz sevgisi, mərhəməti isə heç bir bəndənin sevgisi ilə ölçüyə gəlməz. Haqqın yolu, dinimiz, ibadət və digər dini mövzularda çox danışmışıq. Amma nədənsə hər dəfə də “Bunları etməzsək, Allahın qəzəbinə gələrik. Allahdan qorxaq” və bu kimi fikirləri təbliğ etməyə çalışmışıq. Allahdan qorxmaq…Yalnız qorxmaqmı? Niyə qorxaq? Bax, bunu izah etməmişik. Standart cümlələrlə kifayətlənmişik.”Günahlarımıza görə..Cəhənnəm atəşinə görə.”

Biz nə ediriksə edək, O hər zaman tövbəmizi qəbul edir. Bizi hər zaman bağışlayır. Çünki biz bəndələrini sevir və günahkar bəndələrini belə nəzarətsiz, müdafiəsiz buraxmır. Bəs biz, bu sevgiyə nə cür qarşılıq veririk?Ona sevgimizi nədə göstəririk?

Dildə hamımız “Allaha qurban olum” deyirik.Amma əməldəsə onun yaratdıqlarına zülm edirik.Həm əməlimizlə, həm də dilimizlə..Haqq yoluna gəlməyə çalışan günahkarları qınayaraq “Sən düzəlməzsən, özünü yorma” deyirik.Onun qəzəbindən qorxuruq və qorxuduruq..

Yaxşı olmazdımı biz Cəhənnəm atəşindən deyil, bizə olan sevgisi və mərhəməti tükənməz olan Allahın qəzəbindən daha çox, onun sevgisini itirməkdən qorxaq?

Ona layiq qul olmağa çalışaq.Yalnız ibadətlə deyil, onun yaratdığı canlılara sevgi və hörmət bəsləməklə.O canlının mömin, ya günahkar olmasından asılı olmayaraq. Axı hamımızı O yaradıb.

“Sən ibadət etmirsənsə, hələ üstəlik günahların çoxdursa əmin ol ki, Cəhənnəm əhlindən olacaqsan. Artıq orda yerin hazır” deməkdənsə, “Allahın mərhəməti sonsuzdur, O hər zaman tövbəni qəbul edər. Sən bir cəhd et” desək, nə olar?

Dinə çağırış, məcburiyyət, qorxu əsasında deyil, sevgi yaratmaqla olmalıdır. O sevgini hiss etdirməklə..Hər bir canlı sevgini hiss etməyə qadirdir. Yetər ki, o böyük sevgini duya və hiss etdirə bilək…

Müəllif: Yazar Gülşən xanım

22/06/2016 tarixində Dinimiz, imanımız içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 7 Şərh.

  1. Təşəkkür edirəm, Gülşən. Tövbə etmək istəyən insanın içində Yaradana sonsuz inam və sevgi olmalıdır. Bu hekayə bir daha onu sübut etdi ki, bizim nəyi günah, nəyi savab etdiyimizi bir tək Allah bilir. Çalışaq Onun hüzuruna çirkaba batmış halda getməyək…

    Bəyən

  2. Hekayəni sonu fərqli formada oxumuşdum. Bir neçə hədis yadıma düşdü. Peyğəmbərimizdən (Allahın ona salavat və salamı olsun) rəvayət olunur: “Sizdən birinizin ana bətnində yaradılışı qırx gündə toplanır. Sonra o qədər müddətdə (ikinci qırx gündə) ələqə olur. Sonra o qədər müddətdə (üçüncü qırx gündə) müdğə (ət parçası) olur. Sonra Allah bir mələk göndərir. Ona bu dörd kəlimə əmr olunur. Ona (mələyə) deyilir ki, onun əməlini, ruzisini, əcəlini, günahkar və ya yaxşı (itaətkar) olmağını yaz. Sonra ona ruh üfürülür. Sizdən biriniz əməl işlər o vaxta qədər ki, onunla cənnət arasında bir zira (təxminən 50 sm) məsafə qaldıqda ona yazılan onu keçər və cəhənnəm əhlinin əməlini işlər. Yenə əməl edər, onunla cəhənnəm arasında bir zira(50 sm) qaldıqda ona yazılan onu keçər və cənnət əhlinin əməlini işlər.”
    Doğrusunu Allah bilir, kimsə Cənnət və ya Cəhənnəm əhli olduğunu bilmir və kimsənin də Cənnət və ya Cəhənnəm əhli olduğunu bilə bilməz.
    Ənəs ibn Malikdən rəvayət olunur ki, Muhəmməd (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Asanlaşdırın çətinləşdirməyin, müjdələyin nifrət etdirməyin.”
    Bununla bərabər insanın fitrətində elə bir xüsusiyyət var ki, sevgi ilə yanaşı qorxu da olmalıdır. Qurani Kərimdə Allah da sonsuz mərhəməti ilə bərabər ağrılı-acılı əzabını da xatırladır. Ona görə də, mənə görə tərbiyyə iki tərəfli olmalıdır 🙂
    Xəbərə görə təşəkkürlər, Gülşən xanım. Paylaşdığınız üçün də sizə təşəkkür edirəm, Sevinc. İnşəAllah xeyirə vəsilə olarsınız.

    Bəyən

  3. Bir məqama toxunmaq istəyirəm. Xəbərdəki “Allaha qurban olum” ifadəsinə. İfadə kimi doğru hesab etmirəm və sələflərimizdən belə ifadənin işlədilməsi gəlməyib. Hərçənd ki, hərdən özüm də istifadə edirəm. Amma problem bu ifadənin işlədilməsində deyil də, bu ifadəni işlədənin Allah üçün hansı “qurbanları” verməsindədir.

    Bəyən

  4. Sonayin bibisi Sada

    Maraqlı hekayədir..Dostlarımın içərisində mömün insanlar var.Onlara baxanda insan dogurdan da səhv etmək istəmir..Hər addimda məni qarabaqara izləyib bunun səhv bunun dogru oldugunu mənə diktə etmirlər.Bunu o qədər mehribanlıqla başa salırlar ki…Amma bəzi hallarda fikirləşırəm ki biraz qorxu da olmalıdı..

    tərəfindən bəyənildi 1 şəxs

  5. Çox gözəl idi, hekayə.Həvəslə oxudum.Yazanın əllərinə sağlıq 🙂 Sizə də təşəkkür, Sevincimiz paylaşmısız 🙂 Allaha sevgi olmalıdır, ancaq biz insanlar bu sevgini daim Allaha sübut etməliyik.İstər ibadətlərimizlə, istərsə də əməllərimizlə, insanlarla davranışlarımızla,-deyə düşünürəm ..

    Bəyən

  6. Cox gozel yazidir Gulwen xanimin ellerine ureyine sagliq.Sevinc xanim sizde cox sagolun ki eziyyet cekib yazmisiniz.Allaha canim feda olsun ,cox wukur bu gunumuze.”Mevlam ne eyler gozel eyler”Bu soz o qeder cox xowuma gelir ki hemiwe iwledirem.Allah bilerekden ve bilmeyerekden etdiyimiz gunahlarimizi bagiwlasin,o bagiwlayandir.Cox wukur meslehetine inwallah cennetle mujdeleyer bizi.IlahiAmin🙏

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: