Qabusnamə (3-cü fəsil)

image

Üçüncü fəsil
NE’MƏT SAHİBLƏRİNƏ MİNNƏTDARLIQ HAQQINDA

Ey oğul, bil ki, ne’mət sahibinə minnətdarlıq lazımdır, bu hamıya vacibdir, özü də onun layiq olduğu qədər deyil, buyurulan qədər, çünki əgər hamı bütün ömru boyu yalnız şükürlə məşğul olsa, yenə onun layiq olduğunun mində birini yerinə yetirə bilməz. Əgər Allah-taala hər verdiyi ne’mət qarşısında azca belə şükür istəsə, bu olduqca çox olar, ona görə islam dinində taət beşdir, bunların ikisi yalnız varlılara, üçü isə hamıya aiddir. Bunlardan biri (haqqı) dildə iqrar edib ürəkdə təsdiq etmək, o biri beş dəfə namaz qılmaq, üçüncüsü isə otuzgünlük oruc tutmaqdır. 
Şəhadət haqdan başqa hər şeyi inkar etməyin dəlilidir, namaz bəndəliyi iqrar etmək üçün sidqlə deyilən söz, oruc isə
Allah-taalaya verilən və’di təsdiq üçündür. Elə ki, dedin: mən bəndəyəm, gərək bəndəlik bağını da boynuna bağlayasan, elə ki dedin: o, ağadır. gərək ağanın buyruğuna da qulaq asasan.

İstəyirsən ki, qulun sənə itaət etsin, sən də öz ağana itaət etməkdən boyun qaçırma, boyun qaçırsan, öz qulundan itaət
gözləmə, çünki sənin öz quluna etdiyin mərhəmət Allahın sənə göstərdiyi mərhəmətdən çox ola bilməz.
İtaət etməyən bəndə olma10, çünki itaət etməyən bəndə Allahlıq iddiasına başlar və tez məhv olar.

B e y t

Layiqlir vurulsa o qulun başı
Ki, Allahlıq edə hər addım başı.

Bil və agah ol ki, namaz və oruc Allaha xasdır, onda ehmallıq etmə, xasda ehmallıq edən xalqa aid olan bütün işlərdən məhrum olar. Onu da bilməlisən ki, bizim şəriət sahibi namazı bütün dinə bərabər hesab etmişdir: kim namazdan əl
çəksə, o bütün dindən əl çəkmiş olar, dinsiz adam isə bu dünyada ölümə və rüsvay edilməyə, o dünyada isə Allahın
qəzəbinə gəlməyə layiqdir.

Amandır, oğlum, dünyada boş şeylərə könül vermə və demə ki, namazı qılmamaq da olar. Əgər sən namazı din xatirinə qılmaq istəməsən, heç olmazsa sağlam düşüncə əsasında qıl. Bilməlisən ki, deyilənlərə görə, namazın bir neçə faydası vardır: birincisi, beş dəfə vacib namaz qılan adamın həmişə bədəni və paltarı təmiz olar, təmizlik isə, hər halda, natəmizlikdən yaxşıdır; ikincisi, o, təkəbbür və qeybətdən uzaq olar, çünki namazın əsasını təvazökarlıq təşkil edir, təbiətini təvazökarlığa alışdırsan, bədən də təvazö’karlığa adət edər. Bütün ağıllı adamlara mə’lumdur ki, kim kimin tayı olmaq istəyirsə, mütləq gedib ona qoşulmalıdır. Xoşbəxt və varlı olmaq istəyənlər varlılara uyğunlaşmalı, bədbəxt olmaq istəyənlər isə bədbəxtlərlə durub oturmalıdır Bütün ağıllı adamların fikrinə görə, islam dinindən qüvvətli heç bir dövlət, onun əmrindən qüdrətli heç bir qüvvət yoxdur. Deməli, əgər sən əbədi dövlət və ne’mət sahibi olmaq istəyirsənsə, dövlət sahibləri ilə yaxınlıq etməyə çalış və həmişə onların əmrlərini yerinə yetir, onların əksinə getmə ki, bədbəxt və günahkar olmayasan.

Amandır, ey oğul, namazı ələ salma, onun rük’ətlərinin və səcdələrinin natamamlığına istehza etmə, bu nə dinə yaraşar, nə dünyaya.

Ey oğul, onu da bilməlisən ki, oruc ildə bir dəfə edilən itaətdir, onu yerinə yetirməmək insafsızlıq olar. Ağıllı adamlar belə bir şeyi özlərinə rəva görməzler, gərək sən də görməyəsən. Orucluq ayı ifratsız keçə bilmir, lakin sən çalış ifrata yol vermə. Gördün ki, beş mö’təbər, inanılmış üləma oruc tutub, sən də onlarla birlikdə oruc tut, onlar oruclarını yeyəndə, sən də ye! Nadanların sözünə uyma, bil və agah ol ki, Allah-taalanın sənin ac və toxluğuna ehtiyacı yoxdur. Oruc Allah tərəfindən sənin var-dövlətinə və özünə vurulan möhürdən ibarətdir. Bu möhür mal və bədənin yalnız bir hissəsinə deyil, bəlkə bütün üzvlərinə vurulur: əl-ayağa, gözə, dilə, qulağa, qarına, tənasül alətinə. Bunların hamısını möhürləyir ki, bütün bu üzvləri fisq-fücur, nalayiq iş və bəd əməllərdən təmiz saxlaya biləsən, möhürün şərtlərini yerinə yetirə biləsən.

Ey oğul, bil və agah ol: orucluğun ən böyük məqsədi ondadır ki, sən gündüz yeməyib axşama saxladığın çörəyi, gündüz özünə ayırdığını ehtiyacı olanlara verəsən ki, zəhmətinin faydasını görmüş olasan, elə bu zəhmət ona görə lazımdır ki, onun xeyri ehtiyacı olana çatsın.
Ey oğul, diqqətli ol ki, hamıya aid olan bu üç itaətdə ehmallıq etməyəsən, çünki bu üç itaəti yerinə yetirməməyə heç üzr və bəhanə yoxdur. Lakin yalnız varlılara aid olan iki itaətdə üzürlü səbəb olduqda, ehmallıq etmək mümkündür. Bu barədə çox danışmaq olar, lakin zəruri nə vardısa, hamısını dedim.

15/06/2016 tarixində Birlikdə öyrənək içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 5 Şərh.

  1. Çox, çox, lap çox bəyəndiyim bir silsilədir. Adamın belə bir atası ola 🙂 Əcəb də vaxtına düşüb bu silsilə – Ramazan ayına. Allaha həmd olsun bizi bu aya yetirdiyi üçün. Haqqını ödəyə bilək inşəAllah. Allah bütün müsəlmanların ibadətlərini qəbul etsin və müsəlmanları müzəffər etsin.
    Təşəkkürlər, Sevincim, bir də təşəkkürlər 🙂

    Bəyən

  2. Əziyyətinizi, haqqınızı halal edin. Sözün düzü əziyyət vermək istəməzdim, amma mən bu rejimlə əlimə “Qabusnamə” alıb oxuyası deyiləm, elə sizinlə hissə-hissə oxumaq mənə daha çox sərf edir inşəAllah.

    Bəyən

  3. Qabusnaməni mən də sevərək oxuyuram. Ona görə ki, Allahı, Onun şəriətini gözəl şəkildə təbliğ, tərənnüm edir. Olduqca faydalı kitabdır. Allah sizdən razı olsun, əzizim. Əliniz, qolunuz var olsun!

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: