Sosial şəbəkələr, yoxsa ailə…
Bir zamanlar həyat necə də gözəl idi…nə internet vardı, nə sosial şəbəkələr, nə də bu qədər iyrəncliklər…bəli, düz eşitdiniz, iyrəncliklər…Bəlkə çoxu oxuyub “geri fikirli” deyib keçəcək, bəlkə çoxu heç oxumadan barmağını toxundurmaqla “like” edib vəzifəsini bitmiş hesab edəcək, bəlkə sonacan oxumayıb yarımçıq mövzuya yarımçıq fikir bildirənlər də olacaq. Amma inanıram ki, sonunadək oxuyanlar mütləq tapılacaq. Əslində sadaladığım hər kateqoriyadan insanların oxumasını çox tövsiyyə edirəm. Çünki hər kəs mütləq mənada nəyi isə öyrənmiş olacaqdır.
Mövzudan uzaqlaşmayım, elə bilməyin ki, mən inkişafın, texnikanın, yeniliklərin əleyhinəyəm. Yox, birmənalı olaraq mən hər zaman yenilik tərəfdarı olmuşam və bunu da tətbiq etməkdən çəkinməyəm biriyəm. Amma həyatımıza daxil olan bəzi yeniliklər, bizə xeyirdən çox ziyan gətirmiş olacaqsa, olmaz olsun belə yeniliyi…
Bir zamanlar yeni məlumatlar öyrənmək üçün insanlar qəzet, jurnal alardılar. Bir zamanlar insanlar maraqlı bədii ədəbiyyat üçün kitabxanalara üzv yazılardılar. Bir zamanlar maraqlı mövzuları ilə qadınların sevimlisinə çevrilən jurnallar nəşr edilərdi. Gözəldi…hər ay yeni nəşri gözləmək, qəzetlərdən maraqlı məqalələri oxumaq, hətta daha çox diqqəti cəlb edənləri kəsib saxlamaq…bütün bunlar hamısı gözəldi…
Hal hazırkı dövrdə vəziyyət bir qədər yox, deyərdim ki, çox asanlaşıb. İstədiyimiz məlumata anında yetişmək bir toxunuşa mümkündür. Nəyi pisdir ki? Nə yol sərf edib qəzət köşkünə gedən var, nə də poçtalyon gözləyən. Poçtalyon demişkən, hələ məktub gözləməyi demirəm…qapıya yaxınlaşan poçtalyonun əlində qalardı insanların gözü. Görəsən gətirdiyi təkcə qəzet olacaqmı, yoxsa içində məktub da varmı?
İndi məktub yazmaq daha müasirləşib deyib məni qınamağa haqqınız var. Amma mənim də sizə bir sualım var: indiki məktublarda o zamanın məktublarının mindən biri qədər dəyər qalıbmı? Məncə yox…çünki bir zamanlar məktubu açıb oxuyanacan əllərimiz əsərdi, görəsən içində nə yazılıb deyə. Amma indi sağ olsun texnika, telefona gələn məktubun mövzusunu, kimdən gəldiyini laqeydcəsinə yoxlayıb sonra oxuyuruq. Bir toxunuşla həm də, barmaq işarəsi ilə yuxarıdan aşağı bir xətt çəkirsən və qarşı tərəfin nə yazdığından xəbərdar olursan. Sərf edirsə məktuba girib cavab yazırsan, sərf etmirsə “get işinin dalınca” deyib telefonu atırsan bir kənəra. Yazıq qarşı tərəf də həyəcanla cavab gözləyir…
Mövzudan uzaqlaşdım deyəsən yenə…sözümün canı indiki gənc ailədiki xanımların internet asılılığı, sosial şəbəkələrdə itirdikləri zaman, boşuna xərclənən vaxtdandır. Mənim yetərincə yaşım və təcrübəm var ki, bu haqda nələrisə yazım və iradımı da çəkinmədən bildirim. İnciyən gənclər olacaqsa, bir sonrakı onillikdə mənlə razılaşacaqlar, buna qəti şübhəm yoxdur. Sosial şəbəkədən asılılıq yaranıb gənclərdə, bu danılmazdır. Hər kəsin də dilinin əzbəri olub, bəlkə də özünümüdafiə xarakteri üçün istifadə etdikləri sözdür bu: “həyatımızın ayrılmaz hissəsidir internet”. Sual verirəm, niyə??? Həyatınızın ayrılmaz hissəsi edə biləcəyiniz canlı varlıqlarınız yoxdurmu? Niyə həyatınızda ikinci, üçüncü, bəlkə də sonuncu yeri tutacaq vasitələri önə çəkib çıxarırsınız?!
Sözüm birbaşa gənc xanımlaradır, xüsusən də ailəli gənc xanımlara. Çünki inanmıram ki, işi-gücü olan, ailə məsuliyyətini hiss edən gənc oğlan işini atıb bütün günü sosial şəbəkədə vaxt keçirsin. Keçirənlər var, buna şahidik. Amma onlar ya daha çox işsizdirlər, ya da işləri bilavasitə internetlə bağlıdır. Çünki bina tikən fəhlə əlindəki daşı kənara qoyub paylaşılan mənasız şəkillərə baxmağa zaman tapmayacaq, həkim xəstəni müayinə etdiyi yerdə əlini saxlayıb şəkil bəyənməyəcək, müəllim də dərsi yarımçıq saxlayıb rəy yazmayacaq. İnternete zaman ayırsalar da bu ancaq iş saatından sonra mümkün olacaq. Bu da qəbulediləndir.
Amma baxaq görək gənc xanımlarda, yuxarıda qeyd etdiyim kimi ailəli xanımlarda vəziyyət necədi: bir əli yağ-soğan qarışdırır, bir əli telofonuny da planşetin ekranını aşağı-yuxarı etməklə məşğuldu. Uşağın bezin dəyişirsə körpənin qarnı soyuqdan sancılanır, uşaq ayaqların büküb ağlayır, narahatçılığın bildirir, ananın başı rəfiqəsinin paylaşdığı şəklin “comentlərində” qalıb. Görüm kim nə yazdı, kim məndən daha təmtəraqlı, bəzəkli-düzəkli cümlələr qurdu…yaxud da uşaqlar yuxudan oyanıb, günorta on iki olub hələ də başı gicəllənə-gicəllənə ağzında əmzik ortalıqda gəzir, ananın başı axşamdan yığılıb qalmış “drect”, “inbox” yazılarına qarışıb. Cavablandırmalıdır axı, çox vacib və əhəmiyyətli mövzulardır…və yaxud səhər növbəsi dərsə gedən uşaq məktəbdən qayıdıb gəlib, ananın sosial şəbəkədən başını qaldırmağa zamanı olmayıb ki, bir isti xörək hazırlasın. Yaxşı ki, içində ətdən başqa nə desən tapılan kolbasa, sosiskalar var, doğrayıb verəcək yazıq uşağın əlinə, bu da dərsdən gəlmiş uşağın naharı olacaq…
Ən acınacaqlısı isə nədir bilirsinizmi? İşdən yorğun gələn həyat yoldaşının üzünə gülümsəyib yeməyini içməyini hazırlayıb könül xoşluğu ilə masa arxasına oturmaqdansa, ilk sözü: “O gün sənə internetdən tanış olduğum qız haqqında danışmışdım, yadındadır? Bəxtəvəri yoldaşı indi də xaricə aparıb. Bütün günü şəkillərin paylaşır, elə bil adama acıq verir. Mən də mətbəxdə əlləşməkdən bozbaş iyi verirəm”…
Hələ betəri də var…yoldaşının bir acı sözünü böyüdüb sosial şəbəkə rəfiqələri ilə müzakirə edib onlardan gələn “ağıllı” təklifləri evdə tətbiq etməklə necə böyük, həlli çətin olan problemlərə yol açmaq…
Ən acınacaqlı olan hallar da var ki, onlardan heç danışmaq belə istəmirəm…
Bax belə, sosial şəbəkələrin mənfi tərəfindən daha çox danışmalı olduğum halda, mən az da olsa danışdım. Müsbətləri haqqında isə yetərincə danışmaq olar. Əsas odur ki, gənclərimiz bu imkanları doğru qiymətləndirib, düzgün istifadə etməyi bacarsınlar. Vaxtlarını mənasız paylaşımlara, lazımsız və gərəksiz mövzulara sərf etməsinlər. Özlərini bu şəbəkələrdən asılı vəziyyətə salıb bağlanmasınlar, bağlanmalı olan ilk növbədə ailə və uşaqları olsun. Uşaqlarına örnək ola biləcək ana olsunlar. Seçimlərini düz etsinlər: sosial şəbəkələr, yoxsa ailə…
Bəlkə mən yanlış düşündüm, bəs sizcə?…
14/06/2016 tarixində Ailə dünyası içində dərc edildi və facebook, instagram, internetdən asılılıq, Sosial şəbəkələr olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 13 Şərh.
Nizami Gəncəvi demişkən:
“Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da”.
Küçəyə çıxmağına peşmansan, pahhhhhhhh baxırsan gənc oğlandır, qızdır, gözünü zilləyib əlindəki telefona yazır. Ay balam, yəni bu qədər vacibdir, maşın yolu keçə-keçə yazışasan??? Özünü də bədbəxt edirsən, özündən daha çox da günahsız sürücünü 😦
Ailəsi, övladı olan qadının sosial şəbəkədə saatlarla vaxt keçirməsi daha təhlükəlidir, uşaq elədir ki, gördüyünü götürəcək və bu zəncirvari davam edəcək. Və nəticədə təkcə öz övladlarının deyil, gələcək nəsillərin də məsuliyyətini daşımış olursan.
Allah bizləri, övladlarımızı vaxtını boşa sərf etməkdən qorusun.
Xəbər isə aktual və ağrıdıcıdır. İşıqlandırdığınız üçün təşəkkürlər, Sevincim 🙂
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Sənə də təşəkkürlər, mələyim, dəyərli fikrin üçün. 😘🌹💐❤️
Yazdıqlarım dənizdən damladır hələ inan. O qədər iyrənc hallar baş verir ki, dilimə gətirməyə dilim gəlmir…gənc ailələrin dağılma səbəbi olur, gəlinlər evindən didərgin düşür, ana körpəsini qoyub facebookda tanış olduğu oğlana qoşulub qaçır…daha nələr, nələr…
BəyənBəyən
sosial şəbəkələrə məhkum analar. barmaqlarımız bəzən tətik rolunu oynayır hərflərin üzərində. Özümüz də bilmədən özümüzü vururuq. bizi bizə düşmən kəsən barmaqlarımız…
Bəyəntərəfindən bəyənildi 1 şəxs
O məhkumluğa səbəb olan halları ortaya çıxarmaq lazımdır, sarışınım. Niyə axı bu virtuallıq insanların qanına, iliyinə işlədi?…
BəyənBəyən
Her sey oz normasinda ve “cercive”de olmalidi.Aileye de ise de vaxt olmalidi.Diqqet en ondee olmalidi ,sahidi oldugum aile var.Ele qadinlara baxanda nifret edirem.Her kesin adi oz ustundedi .Sosial sebekede vaxt kecirmek o demek deyilki,ailene vaxt ayirmamalisan artiq hereketler olmamalidi.qadinlar varki telefon,kampyuter elinden dusmur sonda gelib bosanmaya cixir ve burda gunahkar yoldasi sayir deyir yaxsi deyildi filan amma ozundeki sehvi tanis olduqlarini ve hansi ehatede oldugunu fikirlesmir.Cox gozel movzuya toxunmusuz .Tesekkurler
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Mən də sənə təşəkkür edirəm, Aynurə. Reallıqdan yazdın, tam yerinə düşdü.
BəyənBəyən
Sizinle raziyam Sevinc xanim.sualiniza cvb ise tebiiki aile.
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Minnətdaram, Heyat xanım.
BəyənBəyən
Reblogged this on Günel Fərhadqızı (Antimental).
BəyənBəyən
Salam olsun her kese. Men Almaniyada yaşayanda etrafda dostun tanishin olmamasi mecbur edirdi internetden, ya da hansisa sosial shebekelerden istifade etmeye. Mene deyerli olan dostlari tapmisham meselen, ama ziyani da yox deyil sözün düzü.. İndi Vetendeyem deye ehtiacim yoxdur hansisa saytlara girmeye filan. Hem vaxtim qalmir, hem canli ünsürler var meni xoshbext eden) bilmirem, hemin deqiqe belke de insana ele gelmir, ancaq zaman kechdikce anlayirsan ki eslinde lazimsiz imish meselen saytda qizlarla yazishib yemeyi yandirmaq) onsuz da kechinmek olarmish) harda oluruqsa olaq, hansi sheraitde hansi insanlarin ehatesinde oluruqsa olaq, lap gunumuzu hansisa sosial shebekede kechirmish oluruqsa olaq, Allah hech birimizi utandirmasin. Ozunu neyese inandira bilersen, ancaq Allah Bilir ve dogru olani Bilir.. Sevincim hemisheki kimi telebat olani yox, lazim olani qeleme alib. Senin o gözel üreyine sagliq,qadin)
BəyənBəyən
Ax Lalə, bilsən sənli müzakirələrin nə qədər həsrətindəyəm. Amma N. Həsənzadə demiş: “Nə qədər yaxınsan, nə qədər uzaq…”
BəyənBəyən
Çox üreyimden oldu bu yazınız inanın. boş vaxt tapmışken bloga ümumi nezer yetirmek istedim. başlıq mövzu diqqetimi çekdi oxudum. hele demediyiniz çox nüanslar da var. eh… Açığı desəm bezen ele isteyirem bir gün oyanıb göreydimki bütün bu sosial şebekeler leğv ve ya bağlanıb. internet saytlarını demirem her halda öyrenmek üçün lazımdır. ancaq sosial şebekeler olmasaydı sizin dediyiz bezi iyrenclikler de azalmış olardı. aileler dağılmazdı xeyanetler de olmazdı. ellerinize sağlıq. üreyimden oldu deye fikir bildirmeden keçe bilmedim.
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Sizi yenidən bloqda görməyimə çox şad oldum, Selcan. Sözün düzü mən bu bloqu sağlam müzakirə üçün açmışam. Bildiklərimi, oxuduqlarımı, vacib bildiklərimi dərc edirəm ki, sizin kimi zəkalı xanımlar da oxuyub birgə müzakirə aparsınlar. Lakin qadınların başı lazım olmayan mövzulara daha çox qarışır niyəsə. Şou-biznesdə baş verənlər…ya da seriallar.
Bir daha təşəkkür edirəm 🌹💐
BəyənBəyən