Sobasız hazırlanan tort

image

Lazım olan ərzaqlar:

2 paket sadə peçenye (“Ülker”)
2 paket kakaolu peçenye

Krem üçün:

1 paket şokoladlı pudinq
2 x/q çokokrem
1 paket şanti krem
1,5 stəkan süd

Üzəri üçün:

Krem şanti
Şokolad
Fıstıq əzməsi 

Hazırlanması:

Əvvəlcə kremi hazırlayırıq. Pudinq bişirilir, soyuduqdan sonra çokokrem əlavə olunub qarışdırılır. Süd, şanti krem əlavə olunub mikserlə çalınır. 1 paket şanti krem isə üzəri üçün çallnıb hazır qoyukur.
Dairəvi formada olan biskivit qabının divarı boyu ağ rəngdə peçenyeləri düzürük. Sonra kakaolu peçenyenin bir üzünə hazır pudinqli kremdən çəkib dairə boyu düzürük. Bir sadə, bir kakaolu olmaqla mərkəzə doğru bu cür davam edirik. Üzərinə şanti krem çəkib dairəni ehtiyatla açıb çıxarırıq. Yarım saatlıq soyuducuya qoyuruq. Bu vaxta qədər şokoladı əridirik. Şanti kremi tortun hər tərəfinə çəkdikdən sonra üzərinə şokolad əlavə edirik. Bir gecə soyuducuda saxlayırıq. Süfrəyə təqdim edəndə üzərinə fıstıq əlavə edirik. Çox asan, lakin dadından doyulmayan tort alındı.

image

14/06/2016 tarixində Mətbəximiz içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 12 Şərh.

  1. Bay bay bay ne gozel torta qonaq oldum 😍 Gunorta saatlarinda gorseydim, terkibini alib sabah uchun hazirlayardim. Oy ne gozeldi, InsheAllah ki gorunduyu kimi de dadlidir.
    Qabim yoxdur bu tort uchun, amma aglima bir fikir geldi. Yaxin gunlerde hazirlamaga chalishacam InsheAllah. Gorum alindira bilecemmi 😉
    Sufrenize bereket, Sevinc, yeyenlere nush olsun😍 😘😘😘

    tərəfindən bəyənildi 1 şəxs

    • Ay bacı, öyrətmək olmasın. Kvadrat şüşə qabın varmı? Varsa, onda et, tərs çevir, şanti çək.

      tərəfindən bəyənildi 1 şəxs

      • Qız, sən mənim ürəyimi oxuyursan, nədir? Nə nəzərdə tuturam, sənə agah olur 🙂
        Varımdır, elə onda hazırlayacam inşəAllah. Həm də üfüqi düzməklə və krem kimi arasına xamalı-kəsmikli krem, üzərinə Sevinc etdiyi kimi şokolad nəzərdə tutmuşam Alahın iznilə. Şənbə gününə planlaşdırıram inşəAllah.

        Bəyən

  2. Əllərinizə sağlıq, əzizim. Çox gözəl alınıb,sözün əsl mənasında. Dadını bilirəm ki, gözəldir. Mən də hazırlayıram, amma düzbucaqlı formada. İnşəAllah belə də sınayacam. Petite Buerre dadlı olur. Aysunun sevimlisi 😊
    Bir daha təşəkkürlər, Sevincimiz! 💐😙😍

    tərəfindən bəyənildi 1 şəxs

  3. Hər ikinizin axşamı xeyir olsun. Nə yaxşı gəldiniz axşam-axşam 😘😘😘😘😘
    Nübarın sözünə qüvət, mələyim, dadlı yox, hədsiz dadlıdır. Özünə əziyyət ver biskivit bişir, yumurta çal, soba yandır…yayın istidində lazım deyil, bu ən gözəl variandlr 🌹👍👏❤️🌷🎂🍰

    Bəyən

    • Hər vaxtınız xeyir, əzizim. Mən də özümə əziyyət verib, ballı tort hazırlamışam bu istidə 😒
      Allah süfrənizə bərəkət, canınıza da sağlıq versin, əzizim. Ürək açıqlığı ilə yeyin İnşəAllah

      Bəyən

  4. Demeli, bele. Butun bu reseptler meqsedli imish 😆 Yapmayin ya, yenice ozumu rahat hiss edirdim 😍

    Bəyən

  5. Bu tortdan hazirladim, indi qesheng qesheng chayla ichirem 😉 Chox beyendim, ne rahat ve dadli imish😍 Men xamali kremle etdim, dondurma dadi verdi lap 😘
    Allah ruzinizi bol etsin, Sevinc. Bir resept de oyrenmish oldum.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: