Həyatı saxlayın, düşmək istəyirəm…

image

İntihar…son on ilin ən çox rast gəlinən qorxunc ifadəsi. Səbəbi hər nə olursa olsun, hər bir kəsin Allah qarşısında etdiyi ən böyük günah bildiyi halda bu addımı son çıxış yolu seçmələri həyəcan siqnalının çoxdan çalınmasının gərək olduğuna sübutdur. Acınacaqlı haldır ki, hər il ötən illə müqayisədə intihar hallarının daha da çoxalması müşahidə edilir. Elə buna görə də Gülşən xanımın növbəti yazısını bölüşmək istədim. Marriflənmə cəmiyyətin sürükləndiyi bir çox problemin açarı olduğu kimi, düşünürəm ki, bu məqalənin də insanlara faydası daha çox olacaq. 

İntihar edənlərə cəmiyyətin münasibəti bir mənalı deyil. Bir qism insanlar onları “xəstə” kimi qəbul edirsə, digər qismsə onları hamı kimi normal sayır. Maddi sıxıntı səbəbindən özünə qıyanları kimsədən kömək istəməyəcək qədər “qürurlu” hesab edənlər belə var. Kimiləri üçün aciz, kimiləri üçün xəstə olan bu insanların hamsını birləşdirən ümumi bir cəhət var-onlar acımadan öz canlarına qıymışlar. Hər şeydən şirin və bizə əmanət olan canlarına..Dünya Psixiatriya Assosiasiyası bir neçə il əvvəl XXI əsri “depressiya və intiharlar əsri” adlandırıb. Proqnozlarına görə, yaxın 10 il ərzində depressiya kardioloji xəstəliklərdən sonra ikinci yerdə dayanacaq.

Ölümə hazırlaşan insanlar intihardan öncə “plan”ını kimsəyə bildirmədən “yol”a hazırlıq görərlər. Daxilində olanları paylaşmayan bu insanlarda həmin ərəfədə daha çox sonsuz kədər və ümidsilik, həyata və insanlara nifrət, nəyəsə peşmançılıq hisslərini görmək olar.
Intihar edənlər haqda, onları intihara vadar edən səbəblər barədə çox danışilıb. Bu gün bu səbəblərə toxunmayacam. Çünki səbəblər və onların həlli yolları nə qədər göstərilsə də heç biri özünü doğrultmadı.Hətta bu mövzuda əsərlər yazıb, insanları intihardan çəkindirməyə çalışan pxisoloqlar arasında belə intihara məcbur olanlar olub. (Məsələn, Ziqmund Freyd..)

İntiharın əsl səbəbi nədir?

Psixoloq və psixiatrların göstərdiyi əsas səbəblər və intiharın qarşısının alınma yolları özünü tam doğrultmasa da parapsixoloqlar, ekstarasenslər buna bir açıqlama gətirdilər.Onların fikrincə normal insanı intihara vadar edən səbəb onun daxilində digər məxluqun olmasıdır.Həmin məxluq (bu mənfi məxluqlar, paralel aləmin sakinləri və ya bəd ruh ola bilər) aylarla, bəzən illərlə o insanın içində yaşayıb onu daxilən məhv edir.Gündən-günə onda dəyişikliklər baş verir.Bu dəyişiklər həm zahirdə (qəfil arıqlama, və ya qəfil şişmə, simasının solğunluğu, gözəlliyinin itməsi, gözlərindəki nurun sönməsi, baxışlarındakı donuqluq və qorxu hissi), həm də daxildə (daim tərəddüd içində olması, qətiyyətsizlik, xarakterindəki mənfiyə doğru dəyişikliklər) baş verir.

İntihara meylli insanla nə qədər vaxt keçirsək belə, onu fikrindən daşındırmağa çalışsaq da fürsət düşən kimi o bu addımı atacaq.

Bu yaxınlarda intihar edən məşhurlar haqda yazını oxuyanda parapsixoloqların fikrinin artıq təsdiqini tapdığını müşahidə etdim.İntihar öncəsi yazılan məktublardan bir neçəsinə nəzər salaq.

“Bilirəm ki, yenə dəli oluram. Hiss edirəm ki, daha dözə bilmirəm bu çətinliyə…bu dəfə özümə gəlməyəcəm, çünki artıq səslər eşidirəm…” (Virginia Woolf)

“Mənim vaxtım çatdı və gedirəm, daha gözəl bir yerə, çox uzaqlara. Mən sizləri çox sevirəm, amma indi daha yaxşıdır, çünki Azadam artıq…” (Anonim)

“Həyatı saxlayın, düşmək istəyirəm…”(Anonim)
“Mənim işim bitdi. Daha nə gözləyim ki?!” (George Eastman)
“Bu gün özümü öldürsəm, sabah məni xatırlayarlarmı? (Anonim)
“Gələcək ancaq qocalıq, xəstəlik və ağrıdır. Mən rahatlıq istəyirəm və bu da rahatlığın tək yolu” (James Whale)

“Həyat dözülməz oldu…məni bağışlayın” (Dalida)
Bu məktubları oxuyanda açıq aydın görmək olur ki, ölmədən əvvəl həmin insanlar bu yolu şüurlu şəkildə deyil, daxilindəki digər varlığın diktəsiylə məcburən seçmişlər. Təsadüf nəticəsində sağ qalan, intihar zamanı ölümü baş tutmayan insanların dedikləri də buna sübutdur: ”Rahatlığım yox idi. Hər gün, xüsusən də tək qalanda içimdən bir səs mənə özümü öldürməyi əmr edirdi. Həyatın mənasızlığını, yaşamağın heç bir əhəmiyyəti olmadığını, mənim bu dünyadakı dəyərsizliyimi mənə “başa salır” və “qurtulmanın” tək yolu-dünyadan könüllü getmək olduğunu deyir.” Günlərlə, aylarla, bəzən illərlə onlara təlqin olunan bu fikirlər nəhayət o “varlığın” qələbəsi ilə başa çatır.

Parapsixoloqlar O “səsin”, varlığın mənfi məxluq, bəd ruh və ya paralel aləmin sakini olduğunu söyləyirlər. Eksersizm,-“Exorcism“- (insanın bədənindən digər məxluqu və ya məxluqların çıxarılması) bu gün bütün dünyada geniş şəkildə qəbul edilir.
Parapsixoloqlara görə digər məxluqun və ya məxluqların insanın bədəninə daxil olma səbəbləri elə dinimizdə də göstərilib. Onların dediyinə (eyni zamanda dinimizə görə) mənfi məxluq insan bədəninə əsasən aşağıdakı hallardan biri və ya bir neçəsi baş verərsə daxil ola bilər:

1.Güclü qorxu hissi yaşayanda, diksinəndə

2.Həddindən artıq qəzəbli anında

3.Düzgün həyat tərzi keçirmədikdə (əxlaqi və mənəvi cəhətdən doğru yaşamadıqda)

4.Əsnəyərkən ağzını tutmadıqda (mənfi məxluq daha çox ağız boşluğundan daxilə keçdiyiniə görə)

Bir neçə il əvvəl ard-arda, başqa-başqa bölgələrimizdə iki oxşar cinayət hadisəsi baş verdi. Hər iki qatil, eyni zamanda intihar edən şəxs sağlığında ətrafında müsbət fikir yaratmış, qohum-qonşu tərəfindən sakit təbiətli, ciddi insanlar kimi tanınan ailə başçısı idilər..Ata, ana, uşaqlar və baba (digərində nənə) birlikdə mehriban yaşayırdılar.Həmin dəhşətli və səbəbi hələ də açılmayan qətl gününədək…Günlərin birində ailənin başçısı olan ata evə gəlir və evdəkiləri bir-bir öldürməyə başlayır. Əvvəl həyat yoldaşını, sonra uşaqları, daha sonra atasını ( digəri anasını). Bu proses o qədər sürətli baş verir ki, qətlə yetirilənlər müqavimət belə göstərə bilmirlər. Bir insan eyni anda dörd nəfəri qətlə yetirir və ona müqavimət belə göstərilmir! Qatil sonda özünü sonuncu mərtəbənin eyvanında yerə tullayır.

Bu hadisədən sonra baş verən qətl hadisəsində də eyni proses baş verir.Ata evə gəlir və evdəkiləri öldürür. Səbəsiz-filansız. Birinci hadisədə deyilənə görə guya qatil ata maddi sıxıntı çəkdiyi üçün bu addımı atmalı olub.Ümumiyyətlə maddi sıxıntının intihara əsas səbəblərdən biri kimi göstərilməsi çox yanlış düşüncədir.Çünki dünyanın ən varlı ölkələrindən biri olan İsveçrə eyni zamanda intihar faktlarının sayına görə ötən illərdə dünyada birinci yeri tutub!

Növbəti oxşar qətl və intiharı həyata keçirən şəxsin bu addımını isə heç bir cür anlamaq olmur. Həm də ikinci qatil, başından kontuziya almış Qarabağ əlili idi.. Uzun müddət bu hadisələrin baş vermə səbəbini araşdırmağa başladım. Xüsusən də Qarabağ əlilinin niyə belə etməsi məni çox düşündürürdü. Parapsixoloqların intihar səbəblərinə gətirdiyi açıqlamalardan sonra suallarıma cavab tapa bildim.

1.Daxilində mənfi məxluq olan insanların bir qismi aqressiv, konfliktə meylli olduğu kimi digər qismi tamamilə qapalı olurlar. Onların iç dünyası ən yaxınlarına belə məlum deyil. Əslində elə özləri də bir saat sonra nə edəcəiyini, nə qərar verəcəiyini bilmirlər.

2.Mənfi məxluqun idarə etdiyi insan qətl törədən zaman onun içindəki məxluq və ya məxluqlar birləşirlər. Yəni bir adam eyni anda bir neçə şəxsi ona görə öldürə bilir ki, əslində o bir adam deyil. Həmin anda onda bir və ya daha çox varlığın gücü olur. Həqiqətən də çox maraqlıdır, bir evdə qətl törədən qatil ata , ananı öldürürsə, uşaqlar, və ya evdəki digər insanlar normalda qatili dayandırmağa çalışar, bu baş tutmazsa qaçmalıdırlar. Ən azından köməyə birilərini çağırmaq üçün.. Amma hər iki hadisədə bütün bu proses bir neçə dəqiqə içində baş vermişdi. Gücünün üstünə güc gələn qatil bir anda evdə hər kəsi öldürüb sonda intihar edir.

Mənə daha çox təsir edən vaxtılə vətənini düşməndən qoruyan, bu yolda canından keçməyə hazır olan əsgərin illər sonra öz ailəsinə düşmən kəsilib onların qatili olması idi. Qarabağ əlilinin psixikasının pozulmasının, başqa sözlə desək bədəninə mənfi məxluqun daxil olma səbəbini özlüyümdə belə aydınlaşdırdım:-Yuxarıda göstərilən səbəblərə qayıtsaq bir zaman Qarabağda vuruşmuş o şəxs (qatil deməyə dilim gəlmir) görünür müharibə zamanı yaralanarkən, ölümlə çarpışarkən fiziki cəhətdən sağ qalsa da ruhu mənfi məxluqdan qoruna bilməyib.

Bəs bundan necə qurtulmalı?

Bu gün intihar edənlər arasında məktəb yaşlıların sayı çoxalmaq üzrədir. Bir fərd kimi onların davranışını izləmək vacibdir. Həddindən artıq özünə qapanan və ya həddən artıq çılğın uşağa daha çox diqqətli olmalıyıq.

Yuxarıda yazılan zahiri və xarakterik dəyişiklikləri əgər yaxınlarınızda müşahidə etsəniz, bunu artıq həyəcan təbili kimi qəbul edin. Əsla soyuqqanlı yanaşmayın. Kömək üçün mütləq psixoloqa (yaxşı olardı ki, parapsixoloq və ya ekstrasenslərə) müraciət edə bilərsiniz..

İntihar mövzusu çoxumuza görə ürəkaçan mövzu olmaya bilər. Amma özümə uzun illər cavabsız qalan suala nəhayət aydınlıq gətirə bildiyim üçün araşdırmalarımı qısa şəkildə sizinlə də paylaşmaq istədim.

Müəllif: yazar Gülşən xanım

11/06/2016 tarixində Ailə dünyası içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 7 Şərh.

  1. Təşəkkür edirəm sənə, Gülşən, əzizim. İntiharın çoxaldığı bir zamana gəlib çıxmışıq. Problemlərmi çoxalıb, insanların iradəsimi zəiflik göstərir, şeytanmı at oynadır, demək çətindi. Bircə onu bilirəm ki, zəmanə də atmosfer təbəqəqsi kimi çirkaba bürünür getdikcə…
    İnsan cildində yaşamaq nəsib edib Yaradan bizə.Bizsə insan quruluşunda yaranmış, lakin vəhşiləşmiş məxluqlara çevrilirik getdikcə.Nə insaf, nə mürvət, nə iman, nə də din qalıb insanlarda…

    Bəyən

  2. Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) deyib ki, hər kəsin içində bir şeytan var. Görünən odur ki, həqiqi iman o şeytana qalib gəlir, dindən-imandan, əxlaqdan uzaq olan kəsə təbii ki şeytan bu və ya digər formada qalib gəlir və nəticə acınacaqlıdır təəssüf ki.
    Yeniyetməlik dövrü daha təhlükəlidir, özünü şəxsiyyət hesab etmə, ətrafdakılar bəyəndirmə və s. hisslər bəzən adi danlaqdan belə intihara sürükləyə bilir. Ona görə də, maksimum həssaslıqla yanaşmalıdır valideynlər. Yazıq valideyn bəzən haqlı olsa da, sonunda peşman olur.
    Allah övladlarımızı həqiqi imanlı, əxlaqlı qullarından etsin və bu tip dərdlər bizi ən uzaq məsafəyə qədər uzaqlaşdırsın.
    Xəbərə görə sizə təşəkkür edirəm, Gülşən xanım.

    tərəfindən bəyənildi 1 şəxs

  3. Allah bizləri şeytanın şərrindən qorusun. Şeytan, intiharı çıxış yolu kimi, göstərir və iradəsiz, imansız beyinə aşılayır. Psixoloji cəhətdən travma almış insan da, tez bu yola üz tutur. Bizim bir qohum var idi. Mən dərkedən uşaq idim o zamanlar. Deməli, bu, bir neçə il əvvəl ailə qurmuşdu. Həyat yoldaşı, qadın buna çox təzyiqlər edirdi. Həm maddi, həm də mənəvi cəhətdən üzürdü. Yadımdadır ki, dəfələrlə bizə gəlib dərdini bölüşmüşdü. Atamgil də, səbrli olmağı, təmkinlə addımlamağı məsləhət görmüşdü bu kişiyə. Təəssüf ki, bir gün o xəbəri aldıq. “Filankəs, özünü asıb “. Çox pis olduq. Qadın, böyük qüvvədir. Kişini əla alıb, elə xoşbəxt, hüzurlu hiss etdirə bilər ki. Bax, belə bədbəxt sonluğa aparan qadınlarımız da var, təəssüflər olsun. Kişiyə basqı etmək, onu səriştəsizlik, maddi çətinlik ilə boğmaq, kişini əzir, məhv edir. İradəcə zəif kişi də, bu yolu qurtuluş yolu görür.
    Allah bizləri şeytandan uzaq etsin. O yolun şirinliyi ilə aldatmasın. Allah imanımızı, daim güclü qılsın. Amin!
    Allah razı olsun, əzizim. Xeyirlərə vəsilə olsun, bu yazı…..

    tərəfindən bəyənildi 1 şəxs

  4. Allah hər ikinizdən razı olsun, əzizlərim. Bəli, intihar çıxış yolu deyil. Və iradəsi zəif insanların əl atdığı üsuldur. Qaçıb can qurtarmağa nə var ki…

    Bəyən

  5. Bəzilərinə ölmək asan, yaşamaq çətin gəldiyi halda, digərlərinə ölmək çətin yaşamaq asan gəlir. Əksərən birinciyə kasıblar, ikinciyə isə varlılar düçar olur. 70 – 80 faiz demək olar ki belədir. İnsan buna vadar olursa demək ki nə isə var. Səni səndən alıb aparan şeytan içinə hakim olaraq səni də şeytaniləşdirir. deyir qəhrəman kimi ölmək asan, qəhrəman kimi isə yaşamaq çətindir. Belə insanlara qəhrəman demək heç də düzgün olmaz. Yəni demək istəyirəm ki, əzab , çətinlik içində yaşamaq nə qədər çətindirsə, qayğısız yaşamaq bir o qədər asandır. İnsanı bu yola çəkib aparan mənəvi kasıblıq, iztirab olarsa bu halda cəmiyyət xəstədir. Niyə bu qədər insan intihar etsin ki, cəmiyyətin problemi, sosial problemlər… Nə isə … uzaqdan dava hər kəsə asan görünür…

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: