“Ponçik” – klassik üsulla

image

Əziz dostlar, bu resepti məndən bir blogger dost xahiş edib. Side Dishes adlı bu blogger Bakıda olanda restoranların birində bu adda bir yemək növü ilə rastlaşıb. Çox güman dadı damğında qalıb deyə indi məndən reseptini istəyir. Daha ətraflı özünüz bloqun  “Haqqında” yazılan bölməsinə daxil olmaqla oxuya bilərsiniz.

Mənsə keçim reseptə. Deməli, “ponçik”in bir neçə növü var. Cemli, kəsmikli, ballı, kremli və mənim təqdim edəcəyim sadə ponçik. Ponçikin bu üsuluna amerikan üsulu da deyilir.  Qeyd edim ki, kəsmiklə ponçik hazırlamışdım, amma bu sadə ponçik ondan qat-qat dadlı alındı. Heç tərəddüd etmədən hazırlamağınızı məsləhət görürəm ☺️

Lazım olan ərzaqlar:

2 ədəd yumurta
2 x/q şəkər tozu + 1 ç/q
1 d/q maya
500 ml süd
0,5 stəkan su
125 qram kərə yağı
2 paçka vanil
1,5 ç/q duz
Qızartmaq üçün bitki yağı
Üzəri üçün şəkər kirşanı

Təxminən 1 kq-a yaxın un

Hazırlanması:

Süd və suyu qarışdırıb qızdırırıq. Şəkər tozu və mayanı əlavə edib 15 dəqiqə gözləyirik. Maya qabarmış olacaq, bu zaman yumurtanı əlavə edib yaxşıca qarışdırırıq. Sonra otaq temperaturunadək yumşaldılmış, ya da dağ olmadan əridilmiş yağı, vanili əlavə edirik. Ardınca unu əlavə edib qaşıqla qarışdırırıq. Sonra yumşaq xəmiri mətbəx taxtasının üzərində bir qədər unla yenidən yoğruruq və acıması üçün üstünü bağlayırıq. Bu ərzaqlara təqribi olaraq 1 kiloqramadək un lazım olacaq. Və bu normadan da 40 ədəd ponçik alınacaq. (Mən yarı ərzaq götürmüşdüm, 20 ədəd alındı)
Acımış xəmiri şəkildəki qalınlıqda yayırıq, dairəvi formada kəsirik. Kəsilmiş hissələri də yenidən acımağa qoyuruq. Kəsilmiş hissələr əvvəlki halının ikiqatına çatacaq, deməli, bişirmək vaxtıdır. Duru yağı bişirəcəyimiz qaba əlavə edib orta odda qızdırırıq. Yağ dağ olanda kəsilmiş xəmiri bura əlavə edirik. Qeyd edim ki, xəmiri atan kimi qabın dibinə enəcək, lakin taxta qaşıqla astaca toxunmaqla onu yağın üzünə qaldırın. Saniyələr sonra xəmirin gözünüzün önündə şişib ponçik olduğunu görəcəksiniz. Hər tərəfi yaxşıca qızardıqdan sonra yağdan çıxarıb salfetin üzərinə yığın ki, yağı tamam çəkilsin. Tam soyuduqdan sonra isə üzərinə şəkər kirşanı səpin. Nuş olsun!

P.S: qeyd edim ki, bu ponçikləri də ortadan azacıq kəsib içinə zövqə görə cem, krem qoymaq olar. Amma mən ehtiyac görmədim, çünki elə bu cür də çox ləzzətli idi. Nə yumurta iyi, nə də yağ dadı əsla gəlmirdi.

image image

04/05/2016 tarixində Mətbəximiz içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 20 Şərh.

  1. Cavan vaxtlarımda mən də bişirirdim. Cemlisini də, bişmiş kremlisini də, sadəsini də yemişəm. Hərəsinin öz yeri var. Əllərinizə sağlıq, Sevinc, əcəb gözəl çıxıb ponçikləriniz.
    Qeyd edim ki, sizin mətbəx bölməsini açıq elan etməyiniz mənə heç də sərf etmir, gözüm görür, nəfsim çəkir, bişirirəm, yeyirəm və sonra əziyyətini çəkirəm 🙂

    Bəyən

  2. Ay bu ponchikleri yeyim men 😊 men de ponchik, pishka heveskari idim bir zamanlar. Ponchiki sodali, qatiq ile olan terkibden hazirlayiram. InsheAllah yene hazirlayaram. Bu gun beynimde gezen ise, kokostar qurabiyedir. InsheAllah hazirlayim, burada paylashacam 🙌
    Sizin ellerinize sagliq, sufrenize bereket, ezizim. Konlunuz xosh olsun InsheAllah 😙💐

    Bəyən

    • Ye, gözəlim, nuş olsun😘😘😘😘😘
      Bax bu gözəl xəbər oldu. Allahın hamının ruzisini bol eləsin. Bişirin, göndərin mənə mən də dərc edim, görsünlər Azərbaycan xanımlarının məharətini😘💐🌹🌷

      Bəyən

  3. Lap usaqligim yadima dusdu mama hazirlayirdi bizde qazin qiraginda gozleyirdik bishen kimi yeyirdik.mamada hemishe sade eliyirdi.ellerinize sagliq Sevinc xanim.

    Bəyən

  4. Xosh gunleriniz olsun Sevinc xanim.Allah butun analari qorusun.analarimiza uzun omurler versin.

    Bəyən

  5. Sevinc xanım – çox sağ ol!!! Siz daha çox yaxşı müəllim. Mən tezliklə mən kimi bu hazırlayacaq. Mənim ailə bu yay Şotlandiya səyahət edirik. İki ay Glasgow ve Edinburgh ve Almaniya olacaq; biz geriden sonra, bu bişirmək olacaq ! 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  6. Sonayin bibisi Sada

    Ay aman mənə qalmayıb ki…Ponçiki uşaqlıqdan xoşlayıram.Məktəb bufetində ən çox ponçik novbəsində qalardım!Əla görsənir Seva!!!

    Bəyən

  7. Sonayin bibisi Sada

    Yoox gelin bu defe men gelirem size!!Poncik sevsem de bişirmemişem hele indiye kimi!!Bişir gelek yeyek!

    Bəyən

    • Elə bişirərəm ki 🙂 Düzdür Sevincin bişirdiyi kimi alınmaya bilər, amma mən o ponçikləri xüsusi məhəbbətlə bişirəcəm ki, Sadamız gəlir bizə 🙂

      Bəyən

  8. Boy mən nə vaxtdı burda yoxam nələr bişib burda Ponçiki bizim evdə xoşlamayan yoxdu Xəmiri mənə tanış olsa da amma bişirmə üsulu bir az fərqli gəldi Bu üsuldan da istifadə edəcəm Əllərinə sağlıq canım

    Bəyən

  9. Ay qızlar, Sevincə nə olub? Bilən varmı? Mən çox nigaranam. E-mail-inə də yazıram, cavab yoxdur.

    tərəfindən bəyənildi 1 şəxs

  10. Neleri qacirmisam .Ellerinize sagliq en cox sevdiyim poncik,lap usaq olmaq istedim .Usaqliqdan daha cox sevirdim

    tərəfindən bəyənildi 1 şəxs

  11. Calisacam bundan sonra tez tez gelim insaallah.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: