Günəşə baxacaq qədər cəsarətliyəm (Tanımadığımız tanışlar silsiləsindən XXVI yazı)

image

Son müsahibələrimdə gənclər üstünlük təşkil etdiyi üçün fikirləşdim ki, bir nənə məsləhətinə, dünya görüşünə də yer ayırmağın vaxtıdır. Mən hərdən qadınlarımızın cəsarətindən, mərdliyindən danışanda bəlkə də bəzi əks cinsin xoşuna getməyə bilər. Amma bu günkü müsahibim Tünzalə xanımın cavabları qısa da olsa, günəşə baxacaq dərəcədə cəsarətli bir xanımdır…

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdım etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Salam, Sevinc xanım. Mən İbrahimova Tünzalə, ailəliyəm 3 övladım var, 2 dünyalar gözəli qız nəvəm var . 
2. Belinski deyir: “Qadın-həyatın bütün mərhələlərində kişinin xilaskarıdır”. Xilaskarı olduğunyz biri oldumu?
– Qadın ancaq öz ailəsinin xilaskarı ola bilər.
3. Övladı olan ana heç vaxt azad qadın hesab oluna bilməz. Sizcə qadınların azad olmağa can atmalarının səbəbi nədir sizcə?
– Mən belə düşünmürəm. Övlad dediyin canından bir parcadır heç bir vaxt şikayətim olmayıb.
4. Azərbaycan qadını çarşabdan çıxıb başını açanda, müasirləşdi deyə sevincimdən papağımı çıxarıb göyə tulladım. O gün bu gündür papagımı tapa bilmirəm…(Cəlil Məmmədquluzadə) Sizin fikrinizcə qadın çarşabda qalsaydı bu gün həyat daha gözəl olardımı?
– Fərqi yoxdur çarşablı, ya çarşabsız hər şey qadının özündən asılıdır.
5. Əksərən, insanlar xatırlamaq istəmədiklərini xatırlayır, amma unutmaq istədiklərini unuda bilmir . Mən elə bilirəm bu, yaxşı xüsusiyyət deyil, bəs siz necə fikirləşirsiniz?
– Məncə də yaxşı fikir deyil, ancaq əldə deyil unutmaq istəyib də unutmamaq…
6. Cəmiyyətin gələcəyi – anaların əlindədir. Qadın böyük qüvvə olduğu üçünmü, yoxsa heç bu fikirlə razı deyilsiniz?
– Əlbəttə, qadın böyük qüvvədi, çünki o insan oğlunun anasıdı.
7. Bədii əsərin gücü nə vaxtsa bir nəfər tərəfindən yaşanmış duyğunun minlərlə adam tərəfindən dönə-dönə yenidən yaşanmasındadır. Bədii ədəbiyyatla aranız necədir? Olubmu oxuduğunuz hansısa əsərdəki obrazda özünüzü görəsiniz?
– Oxuduğum əsərlər çox olub adları yadımda qalmayıb hamısında da çox həyacan keçirmişəm özüm yaşamış kimin hələ bir dəfəsində ürəyim durmuşdu.
8. Sizcə xoşbəxt olmaq üçün insanın nəyə ehtiyacı var?
– Hüzur, sevgi, sədaqət…
9. Gözləyə bilənə hər şey öz vaxtında gəlir. Gecikən bir şeylər oldumu həyatınızda?
– Şükür Rəbbimə, həyatımda hər şey öz yolundadır, heç bir narazılığım yoxdu.
10. Kiçik bir xoşbəxtlik istəyirəm. Elə kiçik ki, heç kim onu məndən istəməsin… belə deyirlər bəzən. Xoşbəxtliyinizi kimə qurban verməyə hazırsınız, varmı elə biri? Tam səmimi cavab istəyirəm.
– Xoşbəxtliyimi övladlarıma, ailəmə qurban verədim.
11. Gözümüzü açandan eşitdik ki, pul əl çirkidir. Əl çirki dediyimiz puldan ötrü də insanlar bütün çirkinliklərə bulaşmaqdan çəkinmədilər. Deyilən fikir, əməllə tərs mütənasib gəldi. Sizcə atalar sözü düz deyilməyib, yoxsa əlimizin “çirki” pula bulaşdı?
– Düzdür pul əl çirkidi, amma hər şey demək deyil, çox seyi də həll edir.
12. Səndə olmayanlar səndə olandan qat-qat çoxdur. Amma səndə olanın qədrini bilsən, o, səndə olmayanların hamısını əvəz edəcək qədərdir. Sahib olduqlaınıza verdiyiniz dəyər sizi qane edirmi?
– Sahib olduğum hər şey üçün Allahıma şükr edirəm.
13. Bir insan Allahdan başqa heç kimə ehtiyacı olmadığına inansa, Allah da onu başqasına möhtac etməz … – möhtac olduğunuz biri varmı?
– Xeyr. Allahdan başqa kimsəyə möhtac deyiləm.
14. Dərdimizi öz dərdi kimi yaşayan dostumuzun varlığı, dünyanın ən dəyərli sərvətindən dəyərlidir. Varmı belə dostunuz?
– Kimə dost demişiksə, arxadan vurdu. Onun üçün də dostum yoxdu.
15. Y. V. Göte deyir: “­Həmişə etibarsızlıq göstərmək, həmişə güvənmək qədər böyük bir səhvdir”. İnsanlara güvəniniz çoxdur, ya insanlara etibarınız yoxdur, hansıdır sizdə?
– Heç kimə nə güvənmirəm, nə də güvənirəm.
16. Sevinclə iztirab aydınlıqla qaranlıq kimi bir-birlərini təqib edir. Sizin dünyanızda irəlidə olan hansıdır, sevinc, yoxsa iztirab?
– Əbəttə, sevinc.
17. Deyirlər ki, günəşə baxmağa cəsarəti olmayan, kölgədə qalmağa, kölgəni işıq sanmağa məhkumdur. Sizin yeriniz gölgəlikdirmi, yoxsa günəşə baxacaq qədər cəsarətlisiniz?
– Günəşə baxacaq qədər cəsarətliyəm.
18. Uşaqlıq illərindən ən sevdiyiniz xatirəniz nədir?
– Gözəl uşaqlıq illərim olu, ata-anamla keçirdiyim günlər.
19. Əslində insanlar sənin xəyallarını puç eləmir, sadəcə, sən yalnış insanlar üzərində xəyal qurursan! …Oldumu belə hal?
– Düzdür, xəyal qurmaq gözəldi, amma mən xəyal qurmuram.
20. Bütün xoşbəxt ailələr bir-birlərinə bənzəyirlər, hər bədbəxt ailənin isə özünə xas bir bədbəxtliyi vardır. Ailəniz sizə ­ürəyinizcə olan xoşbəxtliyi yaşamaq fürsəti verdimi?
– Şükür Rəbbimə, o barədə heç bir narazılığım yoxdur.
21. Qadınlar özlərinə edilən bir çox şeyi bağışlaya bilərlər; amma bağışladıqları şeyləri heç bir zaman unutmazlar. Belə çıxır ki, qadınlar kinlidirlər? Bəs siz necə, bağışlamağı bacarırsınızmı? Bəs bağışlamayacağınız hansı insanlardır?
– Bağışlayıram, amma dildə. Ürəyim bağışlamır. Mən kinliyəm, həm də inadcıl, əsla xəyanəti bağışlamaram.
22. Özünüzdə olan hansı xasiyyəti dəyişmək istərdiniz?
– Öz xasiyyətim heç xoşuma gəlmir – kinli, inadciıl, küsəyən, kövrəyəm onu da biruzə verirəm. Bax bunu dəyişmək istərdim.
23. Biri sənə arxasını çevirərsə, üzülmə, beləcə, dostunla düşmənini ayırd etmiş olarsan… Siz necə, dostunuzla düşməninizi ayırd edə bilirsinizmi?
– Xeyr, ayırd edə bilmirəm, çünki insanların çoxu ikiüzlüdü.
24. Deyirlər insanın ruhu yaş tanımır, bəzən cavan birinin o qədər yaşlı ruhu olur ki, elə bil əsrlər yaşayıb…bəzən də tam əksi…Bəs sizin ruhunuz hansı qrupa aiddir?
– Düzdür, insan yaşa dolduqca ruhu cavanlaşır. Mənim də ruhum cavandı.
25. Bəzən həyatda qibtə etdiyiniz adam da ruhən sizə ehtiyac duya bilər. Oldumu belə hal?
– Hər kəsin bir-birinə ehtiyac duyduğu biri var.
26. Bəzən öz duyğularına tərcüməçi olmaq dünyanın ən çətin peşəsidir…… Bu çətin peşənin öhdəsindən gələ bilirsinizmi?
– Əlbəttə, duyğular öz əlimdədi.
27. İnsan ürəyi bir sandıqdır. Dodaqlar onun kilidi, dil isə açarıdır.. İnsana o açarı yaxşı mühafizə etmək düşər… Çoxmu güclü mühafizə edirsiniz öz sandığınızı?
– Mənim ürəyimin sandığı da, açarı da özümdədi. Mən çox danışan deyiləm, heç kimin də sirrini kimsəyə demirəm.
28. Sən məni gülüncə xoşbəxtmi sandın
Yalandan üzümə gülən dünyada?- Üzünüzə dünyadır yalandan gülən, yoxsa üzünüzdəki gülüş yalandır?
– Üzümə yalandan gülürlər və mən bunu gorurəm.
29. Dərdli insan içi tüstü dolu bir otağa bənzər. Onu dinləmək; o otağa bir pəncərə açmaq kimidir…tüstüsünü dağıdacaq otağa pəncərə açdığınız oldumu?
– Əlbəttə, öz dərdimi hər zaman özüm dinləmişəm.
30. ­Freydin çox maraqlı, bir qədər də ironiya çalarlı fikri var:
“Hələ cavabı tapılmayan və qadın ruhuyla­ əlaqədar otuz il davam edən araşdırmalarıma qarşı mənim də cavablamağı bacara bilmədiyim çox əhəmiyyətli bir sual var: ­Qadın nə istəyir”. Öz dünyanızla əlaqələndirib deyin, istədiyiniz varmı, nədir bu istədiyiniz?
– Xoşbəxtlik, ailə səadəti, barış, müharbəsiz bir dünya. Heç bir ananın övladı ölməsin.

Müsahibə üçün təşəkkür edirəm sizə 💐

15/04/2016 tarixində Yazılarım içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 15 Şərh.

  1. Tünzalə xanımla tanışığa şad oldum 🙂 Hər ikinizə də çox təşəkkür edirəm. Allah övladlarınızı, nəvələrinizi min budaq eləsin, həyat yolunuza nur saçan çıraq olsunlar. 28-ci sualın cavabı lap xoşuma gəldi və mənə də aiddir.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Tünzalə xanıma mən də təşəkkür edirəm. Nəticə sevinci yaşamasını arzu edirəm inşAllah.

    Bəyən

  3. Tunzale xanima tewekkurler..cavablar qisa olsa da insani qane eden cavablar idi.maraqli idi.cox wad oldum..Allah neve toyu gormeyi nesib etsin.amin

    Bəyən

  4. Cox gozel suallar idi..duwundurucu…sen meni gulunce xowbextmi sandin…ūzūnemi gūlūrler..yoxsa sen dūnyaya gūlūrsen..bu sual daha maraqli idi… cox sagol ureyim gozel musahibe ucun..

    Bəyən

  5. Daha bir xoş tanışlıq Daha bir maraqlı müsahibə Tünzalə xanıma da Sevinc sənə də təşəkkürlər

    Bəyən

  6. Salam gozel xanimlar,uca rebbim uzunuzden sevinci,qelbinizden sevgi ve merhemeti eksik etmesin.Suallar hemiweki kimi meni heyran edir,her bir sualin uzerinde xeyli duwunurem goresen mene bu sual verilseydi ne cavab vererdim.Gozel bacim,sevgi meleyim Sevincim,her defe bu sozu demekden yorulmuram heqiqetende cox semimi deyirem ne yaxwiki sen varsan😘 Tunzale xanimla taniwliga cox wad oldum.Cavablar qisa da olsa maraqlidir.Allah sizi ,ailenizi,gozel gul balalarinizi ve nevelerinizi penahinda saxlasin.Amin🙏

    Bəyən

  7. Sevincim,yene de secilen bir musahibinle tanis etdin bizi.Cox tesekkurler.Tunzale xanim mene dogrudan da qetiyyetli ,cesaretli bir xanim tesiri bagisladi.Her ikinize tesekkurler.Her birinizin ailsene xosbextlik arzulayiram.

    Bəyən

  8. Tünzalə xanımla tanışlıq xoş oldu.Qısa və aydın cavablar idi.
    Nənələrimizin sayını artırırsan ha, Seva. Allah sənə də nənə olmaq nəsib etsin.

    Bəyən

  9. Salam Sevinc xanim ve Tunzale xanim. Yene Sevinc xanimin maraqli ve semimi suallarini semimi cavablandiran xanimla tanish olduq ve memnun qaldiq. Tunzale xanim chox qisa ve qeti cavablar verse de ureyi chox yuxa qadindir. 7-ci sualin cavabindan bellidir. o kes ki bashaqasinin heyti uchun yana bilir ona heyatda etibar etmek ilar

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: