Qabusnamə (2-ci fəsil)

image

İkinci fəsil
PEYĞƏMBƏRLƏRİN YARANMASI HAQQINDA

Ey oğul, bil ki, böyük yaradan bu dünyanı məqsədlə yaratmış hədərə yaratmamışdır, onu ədalət və hikmət əsasında
qurmuşdur, çunki o varlığın yoxluqdan, xeyrin şərdən, bolluğun qıtlıqdan, gözəlliyin eybəcərlikdən daha yaxşı olduğunu bilirdi. O, bunların hər ikisini bilir və hər ikisini yaratmağa qadir idi, lakin o, yaxşılarını yaratdı, bildiyinin əksinə etmədi, hər şeyi vaxtında və ədalət əsasında yaratdı, cəhl, fəsad və nadanlıq əsasında yaratmadı. Beləliklə, dünyanın bünövrəsi hikmətlə qoyuldu. Hər nə gözəl idisə, onu da yaratdı.  O, edə bilərdi ki, günəşsiz işıq versin, buludsuz yağış yağdırsın. tərkibsiz maddə yaratsın, ulduzlara ehtiyac olmasın, yaxşı və pis hadisələr cərəyan etsin, lakin dünya qanuna uyğunluq əsasında qurulduğundan o, səbəbsiz olaraq heç bir şey yaratmadı və bu səbəbi dünyanı nizama salan bir vasitə etdi. Bu vasitə ortalıqdan qalxsa, işləri nizama salan səbəb də ortalıqdan qalxar, səbəb ortalıqdan qalxdıqda isə bütün nəzm-nizam da pozular. hər bir işdə nizam olduğu kimi onu yaradan vasitə də lazım olar. Vasitəni ona görə yaratmışdır ki, biri hakim olsun, biri məhkum, biri ruzi verən olsun, biri ruzi yeyən. Bu ikilik isə Allahın təkliyinə dəlalət edər. Deməli, sən yalnız vasitəni görə bilərsən. Ona görə diqqətli ol ki, az və çoxluğu vasitədən deyil, vasitəni yaradan Allahdan biləsən. Əgər torpaq məhsul vermirsə, onu təqsirkar hesab etmə, əgər ulduz ədalətli gərdiş etmirsə, onu müqəssir sayma. Ulduzların ədalət və zülmdən nə qədər xəbəri var isə, yerin də məhsul yetirməkdən o qədər xəbəri var.

Torpaq şirin meyvə əkilən yerdə zəhər bitiirə bilmədiyi kimi, ulduzlar da öz bildiklərini edə bilməzlər, yaxşılığa adət
etmiş olan pislik edə bilməz.

Dünya hikmətlə bəzəndirilmiş olduğundan ona zinət də lazım idi. Bu dünyaya diqqətlə bax ki, onun zinətini görə biləsən. Bu zinət nəbatat, heyvanat, yemək, içmək, geyim və müxtəlif ne’mətlərdən ibarətdir. Bunlar hamısı hikmət əsasında yaradılmışdır, neçə ki, özü bu barədə deyir:
“Biz yeri, göyü və onlar arasında nə varsa, hamısını əyləncə üçün yaratmadıq, onları biz hikmətlə yaratdıq”.
İndi ki sən dünyanın Allah tərəfindən hədərə yaradılmadığını bildin, onu da bilməlisən ki, bu yaradılan ne’mətlər kimə isə ruzi verilməsə idi mə’nasızlıq olardı. Ruzi ona deyərlər ki, sən çörəyi ehtiyacı olana verəsən ki, o da yeyə. Bax, ədalət buna deyərlər. O, insanları yaratmaq istədi ki, onlara ruzi versin, indi ki insanlar yaranıbdır, deməli, bütün ne’mətlər onlarındır.
Lakin insanlara dövlət və qayda-qanun lazımdır, dövlət isə rəhbərsiz keçinə bilməz, çünki ədalət və qayda-qanun
olmadıqda ruzi yeyən adam ruzi verənin qədir-qiymətini bilməz. Bu isə ruzi verənin nöqsanı olar ki, o, öz ne’mətini nadana verə. Ruzi verən nöqsansız olduğundan öz ruzi yeyənlərini nadan qoymadı. O özü Qur’anda belə deyir: “insanların bilmədiklərini onlara öyrətdi”.
O, peyğəmbərlər göndərdi ki, onlar bilik, ruzi yemək və ruzi verənə şükr etmək qayda-qanunlarını insanlara öyrətsinlər. Beləliklə, dünyanın əsası ədalətlə, ədalətin təkmilliyi hikmətlə hikmətin tamlığı ne’mətlə, ne’mətin bütövlüyü ruzi alanlarla, ruzi alanların kamilliyi yolgöstərici peyğəmbərlə tamamlansın.
Peyğəmbərin ruzi alanlardan üstünlüyu orasındadır ki, onlar ruzi yeyənlərə ruziyə çatmaq yolunu göstərirlər.
Deməli, əgər ağıl gözü ilə baxsan, görərsən ki, ruzi alan aldığı ruzi və ne’mət müqabilində, arzu və istəklərinin yerinə yetirilməsi xatirinə öz rəhbərinin haqqını e’tiraf etməyə və ruzi verəninə minnətdar olduğunu bildirməyə borcludur. Demək, peyğəmbərlərin haqq olduğuna inanmalısan, onlardan kömək ummalısan və Adəmdən tutmuş Məhəmmədə (xatəmə) qədər (Allah onların hamısına rəhmət eləsin) bütün peyğəmbərlərin düz danışan olduğunu qəbul etməlisən, dinin dediklərinə əməl etməlisən, şükr və niyazda ehmallıq göstərməlisən, haqqın buyruqlarını yerinə yetirməlisən ki, beləliklə, yaxşı ad qazanıb tə’riflənəsən.

11/04/2016 tarixində Birlikdə öyrənək içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 5 Şərh.

  1. Ureyim menim cox gozel..he canim hec bir wey heyatda sebebsiz deyildir..her weyin mutleq bir sebebi vardir..Allahimin yaratdigi herweye cox wukur.. varol ezizim.ureyine qurban olum

    Bəyən

  2. Qabusnameni Sevincle bashladim, Allahin iznile ele sevinclidunyada da bitirecem. Ne ecebse men bu kitabi oxumamisham. Teshekkurler, Sevinc, elleriniz derd gormesin, bizim maariflenmeyimiz uchun eziyyet chekirsiniz💐🌺🌸💞💝😘😘

    Bəyən

  3. Çox gözəl, ibrətamiz nəsihətlər. İnşəAllah oxuyub nəticə çıxaranların sayı bol olar.
    Təşəkkür edirəm, Sevincimiz😊🌺

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: