Kəlbəcərsiz 23 il…

image

Kəlbəcər rayonu təbii-coğrafi şəraiti, tarixi, maddi-mədəni sərvətləri ilə Azərbaycanın zəngin torpaqlarından biridir. Çox heyiflər ki, bu gözəl diyar hərbi təcavüzə tuş gəldi- 1993-cü il aprel ayının 2-də Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Tarixi abidələr qarışıq bütün maddi mədəniyyət nümunələri talan edildi. Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı. Bunlar hamısı bir xalqın tarixini sübuta yetirən nümunələr idi. 
Kəlbəcər rayonu Qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göy-göl(Xanlar), Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Sahəsi 3054 km2 olan rayonda bir şəhər, bir şəhər tipli qəsəbə(İstisu), 145 kənd vardı. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgüsünə daxildir. Mərkəzi Kəlbəcər şəhəridir. 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. Kəndləri bunlardır – Abdullauşağı, Ağyataq, Fətallar, Moz, Mozqaraçanlı, Ağcakənd, Oruclu, Təzəkənd, Zağalar, Ağdaban, Bağırlı, Çayqovuşan, Almalıq, Böyükdüz, Laçın, Aşağı Ayrım, Boyaqlı, Yuxarı Ayrım, Bağlıpəyə, Vəng, Başlıbel, Alırzalar, Çovdar, Xallanlı, Şahkərəm, Comərd, Qaragüney, Nəcəfalı, Pirilər, Çaykənd, Kəndyeri, Qasımlar, Mişni, Rəhimli, Çəpli, Zülfüqarlı, Çərəkdar, Çıldıran, Türkeşəvənd, Qalaboyun, Qaraxançallı, Yanşaqbinə, Alolar, Armudlu, Bəzirxana, Hacımalılar, İlyaslar, Dəvədaşı, Mehmana, Çıraq, Məmmədsəfi, Tövlədərə, Dalqılınclı, Barmaqbinə, Dərəqışlaq, Otaqlı, Otqışlaq, Daşbulaq, Alçalı, Allıkənd, Boyur, Dəmirçidam, Qanlıkənd, Bazarkənd, Dovşanlı, Hayad, Əsrik, Çobangərəhməz, Çorman, Tirkeşəvənd, Günəşli, Alçalı, Nəbilər, Hacıkənd, Başkənd, Heyvalı, Yayıcı, Həsənriz, İstibulaq, Ağdaş, Göydərə, Keşdək, Kərəmli, Kolatağ, Damğalı, Qamışlı, Bağırsaq, Keçiliqaya, Zərqulu, Vəngli, Zallar, Həsənlər, Zəylik, Kaha, Hopurlu, Qazıxanlı, Orta Qaraçanlı, Aşağı Qaraçanlı, Baş Qaraçanlı, Xoləzəy, İmanbinəsi, Tatlar, Qılınclı, Alçalı, Quzeyçikin, Qızılqaya, Yuxarı Oratağ, Çopurlu, Qozlu, Qozlukörpü, Lev, Mərcimək, Ağqaya, Birinci Milli, İkinci Milli, Üçüncü Milli, Mollabayramlı, Nadirxanlı, Narınclar, Sarıdaş, Güneypəyə, Seyidlər, Cəmilli, Susuzluq, Qasımbinəsi, Şaplar, Məmməduşağı, Aşağı Şurtan, Orta Şurtan, Soyuqbulaq, Yuxarı Şurtan, Taxtabaşı, Yenikənd, Təkəqaya, Babaşlar, Bozlu, Çormanlı, Qaragüney, Yanşaq, Yellicə, Təkdam, Zar, Şeyinli, Zivel, Şahmansurlu.
… Erməni silahlı birləşmələrinin hücumu zamanı 511 nəfər rayon sakini, 55 hərbiçi öldürülmüş, 321 nəfər girov götürmüşdür. Rayonun 13 min yaşayış evi, 500 ictimai bina, 96 orta məktəb, 76 səhiyyə müəssisəsi, 62 körpü, 37852 hektar meşə sahəsi, 4 tarixi abidə, 172 mədəniyyət ocağı, 100 minlərlə baş mal-qara, qoyun-quzu və s. düşmən işğalında qalmış, talan edilmiş və erməni xislətinə uyğun şəkildə dağıdılmışdır.
Azərbaycanın ərazicə ən böyük rayonu olan Kəlbəcər ölkənin bir nömrəli strateji nöqtəsi sayılırdı. Qarabağın qala qapısı adlanan Kəlbəcərin işğalı ilə Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejim 3500 metr hündürlükdə olan Murov yüksəkliyini ələ keçirdi. Həmçinin Dağlıq Qarabağla Ermənistan arasında ən yaxın quru yolu açılmış oldu. Məhz bu üstünlükləri əldə etdikdən sonra çox keçmədi ki, Ermənistan qısa zamanda Azərbaycanın daha beş rayonunu işğal edə bildi.
Artıq 23 ildir Kəlbəcərin füsunkar gözəlliyə sahib olduğu dağları, onun yamacındakı buz bulaqları, düzlərində bitən al-əlvan, min bir dərdin dərmanı çiçəkləri doğma insan nəfəsinə möhtac qalıb. Bir baxın Kəlbəcərdə nələr, hansı bitkilər var imiş:
ayıdöşəyi, albalı, alma, andız, ardıç, armud, acı əvəlik, acı yonca, acı çiçək, bağayarpağı, baldırğan, balqabaq, bat-bat, bəlğəmotu, bənövşə, boyaqotu, böyürtkən, bulaqotu, qaytarma, qantəpər, qarağat, qarğıdalı, qatırquyruğu, qızılgül, qırxbuğum, qovaq, qoz, quşəppəyi, dağ yoncası, dağ laləsi, dəvədabanı, dəlibəng, dəmiravotu, əvəlik, əzgil, əməkömənçi, ərik, əsmə, zəyərik, zirə, zirinç, zoğal, inciçiçəyi, itburnu,yarpız,yasəmən, yerkökü, yovşan, kartof, kasnı, kahı, keşniş, kəklikotu, kələm, kəpənəkçiçək, kərəvüz, kəçəvər, kavalı, gərməşov, gilas, gilənar, kicitkən, göyəm, güldəfnə, güləvər, güləbətin, gülünbahar, gülxətim, lərkə, ləçəkotu, lobya, meşə gilası, moruq, murdarça, naz, nanə, nərgiz, novruzgülü, öküzboğan, öldürkən, öskəotu, palıd, pərpərən, titraqotu, pişikotu, pomidor, rasyana, reyhan, sarımsaq, soğan, solmazçiçək, söyüd, tərxun, tozağacı, turp, tut, findıq, fıstıq, xanımotu, xaş-xaş, xədicəgülü, xəndəkotu, xəşənbül, xiyar, xımı, üskükotu, çaytikanı, çiyələk, çobanyastığı, cökə. çuğundur, cəfəri, çil, çinçilim, şalğamturpu, şam, şaftalı, şahtərə, şirpəncəsi, şomu, şüyüd və.s.
Yaran dərindir, Vətən! Bu yarana məlhəm olacaq igid oğulların harayına yetişəcək, səni yad nəfəsindən, qədirbilməz caynağından xilas edəcək bir gün. Gözlə, igidlərinin yolunu!

Kədərdə bulunur, dərdli Kəlbəcər,
Dərbədər düşmüsən, ay Vətən oğlu.
Tanrıdan, taledən, yoxsa fələkdən,-
De, kimdən küsmüsən, ay Vətən oğlu?

Laçınlar oylağı laçınsız qalıb,
Qarsıyıb güneyi, daşı da yanıb.
O cənnət diyarlar yağıya qalıb,
De, necə dözürsən, ay Vətən oğlu?

Tərlanın yuvası quzğun, sardadır,
Zirvədə dolaşan qara qarğadır,
İsmətin, namusun, arın tapdanır,
Hardadır qeyrətin, ay Vətən oğlu?

Köç edib ellərin, torpaq əmanət,
Məzarlar əmanət, ruhlar dardadır.
Sücaət, Bəhmənin söylə hardadı,
Yaslıdır dağların, ay Vətən oğlu.

Qalıbmı nişanə, qalıbmı əsər,
O dilbər guşədən kim verər xəbər,
Sazı da susmayır, ötür sərasər.
Dillərdə bayatı, ürəkdə kədər,
Döz indi bu hala, gəl, Vətən oğlu.

Yazıqlar olsun bizə ki, bu gün Kəlbəcəri yalnız xəyal və şəkillərdən yad edə bilirik…
Amma ümidsiz deyilik.. biz torpaqlarımıza qayıdacağıq…biz Kəlbəcərə qayıdacağıq…

 

02/04/2016 tarixində Tariximiz içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. 23 ildi Kəlbəcərin dağları şahinə həsrət qalıb, 23 ildi şahinləri bayquşlar əvəz edib. Amma ümidimizi üzməmişik, erməni səhvini gec-tez anlayacaq, özü düşəcək qazdığı quyuyq.
    Bu gün yenə cəbhədə vəziyyət gərgindi.. Allah əsgərlərimizə güc-qüvvət versin…

    Bəyən

  2. InwaaAllah canim menim.amin.amin Allahim qorusun esgerlerimizi..analar daha aglamasin..

    tərəfindən bəyənildi 1 şəxs

  3. Qayıdacağıq, inşallah! Allah əsgərlərimizə güc-qüvvət və sağlıq versin! Anaların gözlərindən sevinc yaşları axsın, inşallah!
    Mən bu gün özümə yer tapa bilmədim!Allahım, sən özün kömək ol!Oğullar ölməsin, analar ağlamasın!

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: