…qaynanamın şirin gəliniyəm… (Tanımadığımız tanışlar silsəlisəndən XXII yazı)


image

Bu gün daha bir istedadlı xanımla sizi tanış edəcəm. İstedadlı dedim, fikirləşəcəksiniz ki, yəqin incəsənətlə bağlı sahədən biridir. Axı son zamanlar bu söz daha çox şou- biznes nümayəndələri üçün səslənir. Nə isə…mətləbdən uzaqlaşmayım, bəli, təqdim etdiyim xanım çox istedadlı və  bacarıqlı biridir. Çoxları mətbəx işin asan sanır, nə var ki, resepti götürüb, müxtəlif yeməkləri hazırlamağa. Yox, bu yanlış fikirdir, mətbəx özü də bir incəsənətdir. Yaxşı aşpaz, şirniyyatçı olmaq üçün sənin mütləq rəssamlıq qabiliyyətin, fantaziyan olmalıdır. Yeməyi dadlı bişirmək şərt deyil, onu təqdim etməkdən də çox şey asılıdır.

Müsahibə üçün seçilmiş şəkildəki tortu Humay xanım qaynanasının doğum günü üçün bişirib. Mənə elə gəlir əlavə sözə ehtiyac yoxdur, gəlin mən müsahibəni təqdim edim, özünüz daha yaxından tanıyın. 

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdım etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Salam. Adım Humay, ibtidai sinif müəllimi. Həyata çox bağlı biri, ailəsini çox seven, əsas da mətbəxi sevən xoşbəxt qadın.
2. Bəs sizi digərlərindən fərqləndirən cəhət nədir?
– Fərqliliyim, sadəcə özüm kimi olmağımdır, bir də ki, qaynanamın şirin gəliniyəm.
3. “Vərdişlərin zənciri eşidilməyəcək qədər yüngül, sonra qırılmayacaq qədər də güclü olar”. Ən pis vərdişiniz nədir?
– Ən pis vərdişim pis, ikiüzlü insanları özüm kimi saf sanmağımdır.
4. Mənim həmsöhbət seçmək üçün xüsusi qanunlarım var. Bəs siz necə, həmsöhbət seçərkən nəyi əsas tutursunuz?
– Həmsöhbətimin mehriban danışmağı mənə bəs edər, məsələn, sizin kimi. Bu arada məni seçdiyiniz üçün çox sag olun.
5. Qadın kölgə kimidir: onu izləyəndən qaçar, özü isə önündəkinin arxasınca düşər…Razısınız bu fikirlə?
– Xeyr, razı deyiləm. Məndə heç belə şey olmayıb sözün düzü.
6. Yalnızlıq insana çox şey öyrədirmiş. Niyə?
– Heç yalnız qalmamışam bu günə kimi, çox sükür, onunçün bilmirəm.
7. Özünüzdə olan hansı xasiyyəti dəyişmək istərdiniz?
– Özümdə dəyismək istədiyim xasiyyət pis insanlara həmişə inanmaqdı. Kaş inanmamağı bacarardım, amma yavaş-yavaş öyrənirəm.
8. İnsanın dözümü onun köməkçisidir… “köməkçiniz ” varmı?
– Özüm özümə köməyəm mən, şükür hər şeyin öhdəsindən təkbaşına gəlirəm. Amma Allaha şükür yanımda yoldaşım, ailəm var.
9. Pis xəbərlərin qanadları var, yaxşı xəbərlərin ayaqları belə yoxdur”…Niyə belədir axı?
– Həyatın qanunudu bu, gözümüzü açandan belə görmüşük.
10. İnsanın özünə qarşı edə biləcəyi ən böyük pislik, özünə olan etibarını itirməsidir… Bu pisliyi etmədiniz ki, özünüzə?
– Çox şükür, özümə etibarım sonsuzdur.
11. Yəqin ki, bu fraza sizə tanışdır: “Abasqulu ağanın nazıyla çox oynayırıq, Kərbəlayi!” – kimin nazıyla çox oynadınız vəçya oynayırsınız?
– Elə bir şey yoxdu, amma mənim nazımı çəkən həyat yoldaşım var.
12. Ümidi olanın hər şeyi var deyirlər. Sizin necə, ümidiniz varmı?
– Bəli, hər zaman həyata ümidlə baxıram, çünki istədiyim şeylər gec olsa da həyata keçir, onunçün ümidimi itirmirəm.
13. İnsanlar çox tez-tez həyatı filmə, özlərini – ətrafdakı insanları isə aktyorlara bənzədirlər. Bəs sizin həyatınızdakı ən böyük premyera və ən yadda qalan obraz hansıdır?
– Yaxşı insanlar çoxdu, amma o filmdəki pis qəhrəmanlardan biri mənim qonşuluğumdadı, həm də ailə içi sayılır, adını çəkmirəm.
14. “Quşlar kimi uçmağı, balıqlar kimi üzməyi öyrəndik, lakin bu vaxt çox sadə bir sənəti unutduq. İnsan kimi yaşamağı.” Sizcə, insan kimi yaşamaq unudulub?
– Sözün düzü bəzilərində görsənilir, telvizorda xəbərləri eşidəndə görürük insanlar çox vəhşiləşib, çox can alırlar.
15. Bəzən sözlər, şüşə qırıqları kimidir, Ağzına dolar insanın…Sussan, ağrıdar…Danışsan, qanadar… Oldumu sizdə belə bir hal?
– Bəli, oldu.
16. Yaşadığınız ömürdə elə bir səhnə varmı ki, bunu əminliklə “mən yazdım” deyərdiniz?
– Yox, hər şey Allahın qismətidir. Əslində biz deyirik belə olmasaydı, belə olardı, amma qismət…
17. “Kaş ki ……………….” bu cümləni necə tamamlamaq istəyərdiniz?
– Kaş ki həyat yoldaşımla çox tez qarşılaşardım, bunu çox istəyərdim.
18. İnsanların dini sizin üçün nə qədər vacibdir?
– Hər kəs öz dininə əməl etməlidir məncə. Hamı özünə cavabdehdi.
19. Görünüşcə hər kəs insana bənzəyə bilər. Sizin görünüşünə aldanıb insan bildikləriniz oldumu?
– O qədər olub ki…
20. Həyat nə qədər gözəl olardı… Bir insan həm aşiq, həm də sadiq olmağı bacara bilsəydi…! Necə düşünürsüz, həm aşiq, həm də sadiq olmaq çətindirmi?
– Məncə çətin deyil, nə özünün, nə də qarşındakının sonuna qədər sadiq olacağını bilə bilməzsən. Həyatdı bu, insanın başına hər şey gələ bilər. Heç kim sığortalanmayıb, amma şükür yoldaşım mənə, mən yoldaşıma sadiq və aşiqik.
21. Sevgi və mərhəməti çox olan insanlar acı çəkərmiş. Acı çəkməmək üçün bu hisslərin sizdə olmamasını istərdinizmi?
– Düzgün insanlar çox vaxt əzab çəkir.
22. “Hər kəs layiq olduğu həyatı yaşayar deyirlər” – sizcə bu doğru deyilmiş fikirdirmi?
– Hərdən doğru olur hərdən də yanlış.
23. Susmaq insanın içindəkilərlə söhbət etməsi demək imiş. Çoxmu susdunuz?
– Bəli, susduğum anlar çox oldu. Amma insanın bir sirdaşı bütün dərdini deyə biləcəyi biri olmalıdı. Məndə olub əvvəl şükür indi susmuram hər birini yoldaşımla bölüşürəm.
24. Bir xanım üçün təhsil, sənət-peşə sahibi olmaq nə dərəcədə əhmiyyətlidir?
– Məncə hər bir qadına ali təhsil lazımdı. Hərçənd ki, oxumuşam müəllim işləmirəm. Amma müəllim adı çox gözəldi.
25. Şansınız olsaydı, peşənizi dəyişərdinizmi? Və hansına?
– Jurnalist olmaq istərdim, əgər şansım olsaydı.
26. Pul olan yerdə xoşbəxtlik olmaz deyirlər, digər tərəfdən də pul özü xoşbəxtlik gətirir deyirlər…Siz hansı ilə razısız?
– Əslində ikisi də düzdü, amma baxır insanlara. Mən misalçün pulumuz olmasa xoşbəxtəm, çünki sevilirəm ən əsas da dəyər verirlər mənə. Amma indiki dövrdə də hər şey pulnandı, istədiyin hər şeyi alanda, gəzəndə də sevinirsən.
27. Dost onu da dartıb yıxacağını bilə-bilə, sən yıxılan zaman əl uzadandır…Belə dostunuz varmı həyatda?
– Xeyr, yoxdur. İndiki zamanda heç kimə etibar yoxdu.
28. Dostayevski deyir: “Kişi çata bilmədiyi qadını lənətləyər, qadın çata bilmədiyi kişiyə “eşq” deyər. Sizin üçün eşq nədir?
– Mənim fikrimcə eşq sevgi, hörmət, ən əsas da birbirini basa düsməkdi. Çünki məndə hamısı var və çox xoşbəxtəm yoldaşımla.
29. Aristotel deyir ki, insanlar həqiqətə yox, həqiqət kimi görünən şeylərə inanarlar. Sizcə həqiqətlər tükənib, ya insanlar həqiqəti görmək istəmirlər?
– Yasadığımız həyat elə özü həqiqətdi. İnsanlar özlri də görür bilir. Sadəcə inanmaq istəmirlər. Bəzən bizlərdə də olur, əldən heç nə gəlmir.
30. Freydin çox maraqlı, bir qədər də ironiya çalarlı fikri var:
“Hələ cavabı tapılmayan və qadın ruhuyla əlaqədar otuz il davam edən araşdırmalarıma qarşı mənim də cavablamağı bacara bilmədiyim çox əhəmiyyətli bir sual var: Qadın nə istəyir”. Öz dünyanızla əlaqələndirib deyin, istədiyiniz varmı, nədir bu istədiyiniz?
– Mən bir qadın olaraq sadəcə sevilməyi, başa düşülməyi, hörmət edilməyi, uğur qazanmağı, gözəl ailəm var və çox şükür ki, ən gözel hiss analıqdı, ona da sahibəm. Qadın üçün bunlardan gözəl nə istək ola bilər. Allah hər bir qadına qismət eləsin inşAllah…

Maraqlı müsahibə üçün təşəkkür edirəm sizə💐

01/04/2016 tarixində Yazılarım içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 11 Şərh.

  1. Paylaşım üçün teşekkür ederim♥

    tərəfindən bəyənildi 1 şəxs

  2. Humay xanım, arzu edirəm sizi sevənlərin sevgisi heç zaman tükənməsin😘🌷💐🌹

    Bəyən

  3. Humay xanima cox tewekkur edirem semimi cavablara gore..Allah sevginizi de xowbextliyinizi de daim etsin.amin

    Bəyən

  4. Ayyy ureyimin ozu… cox gozel suallar idi coox sagol ezizim.sen bu qeder suallar duwunursen..oooo ozumden qorxuram eeee…meni duwunmeye hec vaxtin qalmir..((( canimmmm ureyimmmm CENNETİMMM VAROL HEMIWE..

    Bəyən

  5. Sensiz olmazki.. mene zamanin qalmur ki senin.. men de darixiram sensiz..sen fesillerin ferqi yoxdu nece olursa olsun hava sen gunume gunew kimi dogursan..iwiq sacirsann..ureyimi isidirsen…varligina wukurler olsun..seni cooox lap cooox cooxx istiyiremmmm.yaxwiki varimsannn

    Bəyən

  6. Son 3-4 müsahibənin içərisində ən çox bəyəndiyim müsahibə oldu. Səmimi, içdən cavabları, münasibəti sevirəm də 🙂
    Hər ikinizə təşəkkür edirəm və özümə Humay xanım kimi gəlin arzulayıram 🙂

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: