31 Mart soyqırımı

image

Əsrlərdir türk qanına susamış erməni quldurlarının başımıza gətirmədikləri fəlakət qalmayıb. Torpaqlarımızdan, varımızdan , mülkümüzdən göz çəkməyən nankorlar hər cür pislikləri ilə tarix boyu xalqımıza ziyan vurublar.

1918-ci il 31 mart tarixində S.Şaumyanın başçılıığı ilə bolşevik-daşnaq birləşmələri Azərbaycanda misli görünməmiş soyqırımı törətdilər. Azərbaycanın müstəqilliyini boğmaq, milli demokratik qüvvələrə ağır zərbə vurmaq məqsədi ilə təşkil olunmuş bu soyqırımı Azərbaycan xallqının tarixinə qan yaddaşı kimi həkk olundu. Sözün həqiqi mənasında qılıncdan keçirilib, dözülməz işgəncələrə məruz qalan xalqımız bu tarixi əsrlər keçsə belə unuda bilməyəcək. Bu hadisələr zamanl təkcə Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdi. Azərbaycanın bir çox bölgələri bu qırğına məruz qaldı. Quba, Şamaxı, Lənkəran, Şuşa, Cəbrayıl qəzalarında görünməmiş faciələr törədildi. Şamaxıda erməni və rus-molokan kəndlilərinin köməyi ilə daşnaqlar 8 mindən artıq dinc azərbaycanlı əhalini öldürdülər, 72 kəndi dağıtdılar. Hamazaspın başçılıq etdiyi silahlı dəstələr Quba qəzasının 162 kəndini yandırıb , 16 mindən çox müsəlmanı öldürdü. Bu soyqırım zamanı 50 minə qədər azərbaycanlı öldürüldü.

1918-ci iln aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı pusquya salınaraq son nəfərinədək məhv edilmişdir.
Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.
İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi məhv edilmişdir. (ADR hökuməti, Fövqəladə İstintaq Komissiyasının materiallarından).

Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədiylə mərhum prezident Heydər Əliyevin 27 mart 1998-ci il “31 mart Azərbaycanlıların Soyqırımı haqqında” fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırım günü elan edilmişdir.

Fərmanda deyilir: “Azərbaycan xalqına qarşı tərədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədiylə qərara alıram:

1. 31 mart Azırbaycanlıların Soyqırımı günü elan edilsin.

2. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun ki, azərbaycanlıların soyqırımı ilə bağlı hadisələrə həsr olunmuş xüsusi sessiyanın keçirilməsi məsələsinə baxılsın.”

Bu yazını yazmaqda əsas məqsədim yaddaşları bir daha təzələməkdir. Qanımızda Tomris, Həcər, Nigar qanı axırsa, düşmənə nifrətlə yanaşı onunla mübarizəyə də hazır olmalıyıq.

Bir daha soyqırım qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir, Allahdan onlara rəhmət diləyirəm.

31/03/2016 tarixində Tariximiz içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Er yada geç ermenilerden intikam alacağız…döktükleri maznum müslüman kanı yanlarına kar kalmayacak:-(

    tərəfindən bəyənildi 1 şəxs

  2. Reblogged this on Sevincli Dünya və şərh edildi:

    31 Mart soyqırım günüdür

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: